gəmi-peyk sözü azərbaycan dilində

gəmi-peyk

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gəmi-peyk • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Peyk
Təbii peyk — kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya ilə fırlanan təbii obyekt. Süni peyk — kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya ilə fırlanan süni obyekt. Peyk (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Hiperion (peyk)
Hiperion (ing. Hyperion) və ya Saturn VII — Saturn planetinin təbii peyki. 1848-ci ilin 16 sentyabrında Villiam Bond, Corc Bond və Villiam Lassel tərəfindən kəşf olunmuşdur. Peyki digərlərindən fərqləndirən əsas cəhəti kürə formasında olmamasıdır. == Adlandırılması == Peyk öz adını yunan mifologiyasında Kronun ögəy qardaşı olan İşıq tanrısı Hiperiondan almışdır. Ekvivalent ad kimi Saturn VII-dan dan istifadə olunur. Çünki bu ingilis astronom Con Herşelin kəşf etdiyi 6 Saturn peykindən sonra 7-ci peykdir. == Haqqında == Saturndan 1.5 milyon km uzaqlıqda olan və planetin ətrafında dövrəsini 21 günə başa çatdıran Hiperion yumurta formalı olub 360 km uzunluğunda və 250 km enindədir. Səthinin niyə bu qədər meteor izi daşıdığı bilinmir. Peykin sıxlığı isə suyun sıxlığından belə azdır.
Kallisto (peyk)
Kalisto — Günəş sistemində Yupiter planetinin ikinci ən böyük peyki. == Haqqında == Kallisto Yupiterin ən böyük 2-ci, Günəş sisteminin isə 3-cü ən böyük təbii peykidir. 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilən və bu səbəbdən Qaliley peyklərinə aid edilən Kallisto bu qrupun ən uzaqda yerləşən peykidir. Günəş sistemində ən çox kraterə sahib göy cismidir. Səthi son 4 milyard ildə heç dəyişməmişdir.
Kosmos (peyk)
Kosmos (rus. Космос) Sovet İttifaqı və sonradan Rusiya tərəfindən idarə olunan çox sayda peykə verilən bir təyinatdır. Kosmos1, ilk kosmik gəmi , 16 Mart 1962-ci ildə fəaliyyətə başladı. == Tarixi == Yer üzündə ilk sovet peykləri Sputnik, Polyot (1963-cü ildən), Elektron (1964-cü ildə), Proton (1965-ci ildə) və Molniya (1965-ci ildə) adlandırılmışdır, lakin bir çoxu 16 Mart 1962-ci ildə Kosmos-1 dən sonra Kosmos adlandırılmışdır. Layihə, insanlı kosmik gəmi və peyklərin elmi tədqiqat və hərbi məqsədlər üçün pilotsuz yoxlanılmasını əhatə edirdi. Kosmik gəmi tək bir proqram olmayıb, demək olar ki, bütün Sovet və Rusiya hərbi peykləri, habelə bir sıra elmi peyklərdən ibarətdir, hansılar ki, başlanğıcdan dərhal sonra orbitə çatdıqdan sonra uğursuzluqla nəticələnib. Kosmik gəmilərə optik kəşfiyyat peykləri, rabitə peykləri, erkən xəbərdarlıq mərmi müdafiə etmə kosmik peykləri , nüvə enerjisiylə radar kəşfiyyat peykləri, anti-peyk silahları və hədəfləri, naviqasiya peykləri və texnologiya nümayişləri daxildir. Dnepropetrovsk Sputnik, Bion və Meteor peykləri kimi bəzi elmi kosmik peyklərə Kosmos təyinatları verilmişdir. Daha sonra Kosmos təsvirlərinə təyin edilmiş 152 kosmos vasitəsi üçün idarəetmə sistemləri Elmi İstehsal Müəssisəsi (Xarkov) tərəfindən hazırlanmış və istehsal edilmişdir. 2014-cü ilin yanvar ayından etibarən, 2490 Kosmos peykinə start verildi.
Kupid (peyk)
Kupid (ing. Cupid) - Uranın daxili peykidir. O, 2003-cü ildə Habbl teleskopundan istifadə edən Mark Şovalter və Cek Lissauer tərəfindən ləşf edilib. Kupid adı Uilyam Şekspirin Afinanın Timonu tamaşasındakı bir obrazdan götürülüb. Kupid Uranın peykləriUranın daxili peykləri içərisində ən kiçiyidir. Diametrinin təxminən sadəcə 18 km olduğu təxmin edilir. Bu və onun qaranlıq səthi Voyacer 2-nin 1986-cı ildə Uranın yaxınlığından etdiyi uçuş zamanı onun görüntülərini əldə etməyi xeyli çətinləşdirmişdi. Kupidin orbiti ondan daha böyük olan Belindanın orbitindən sadəcə 863 km fərqlənir. Mab və Perditadan fərqli olaraq Uranın peykləri həmçinin 2003-cü ildə kəşf olunmuşdu, o bu cəhətdən də çox narahat görünmür. Kəşf olunduqdan sonra Kupidə müvəqqəti olaraq S/2003 U 2 adı verilmişdi.
Laomedeya (peyk)
Laomedeya (yun. Λαομήδεια) və ya Neptun XII Neptunun düz istiqamətdə dönən düzənsiz peyklərindən biridir. Peyk Metyu Holman və bir neçə alim tərəfindən 13 Avqust 2002-ci ildə kəşf edilmişdir.3 Fevral 2007-ci ildə (İAUC 8802) onun adı elan olunmazdan əvvəl, bu peyk S/2002 N 3 kimi tanınırdı. O, təxminən 23,571,000 km məsafədə Neptunun ətrafında fırlanır və diametri təxminən 42 kilometrdir.Bu peyk yunan mifalogiyasındakı əlli Nereiddən birinin adını daşıyır.
Larissa (peyk)
Larissa (yun. Λάρισσα) və ya Neptun VII — Neptunun beşinci ən yaxın daxili peyki. Bu peykə Yunan mifalogiyasında Poseydonun sevgilisinin və Yunanıstanda Fessaliyada eyniadlı nimfa şəhərinin adı verilib. == Kəşf == Peyk ilk dəfə təsadüfən yerüstü ulduz tutulması müşahidələri əsasında Harold C. Reitsema, Vilyam B. Habbard və Larri A. Lebofskay tərəfindən 24 May 1981-ci ildə kəşf edilmiş və müvəqqəti olaraq S/1981 N 1 adlandırılmışdır.Kəşf 29 May 1981-ci ildə açıqlanmışdır. == Xarakteristika == Neptunun dördüncü ən böyük peyki olan Larissa düzənsiz formadadır və heç bir geoloji dəyişmə əlaməti görünmür.
Leda (peyk)
Leda (yun. Λήδα) və ya Yupiter XIII Yupiterin düz istiqamətdə dönən düzənsiz peyklərindən biridir.1974-cü il Sentyabrın 14 də Palomar Observatoriyasında Çarli Tomas Koval tərəfindən kəşf edilmişdir.Peyk Yunan mifalogiyasında Zevsin sevgilisinin adını daşıyır.Kovalın peykə təklif etdiyi ad 1975-ci ildə qəbul edilir. Leda Himalia qrupuna aiddir.Himalia qrupu Yupiterdən 11-13 Gm aralığında 27.5 ° meyillikdə 5 peykin fırlandığı qrupdur.Bu orbital elementlər haqqında məlumatlar 2000-ci il Yanvar ayına aiddir,belə ki onlar daim Günəş və planetlərdəki dəyişikliklər səbəbi ilə öz xarakteristikalarını dəyişirlər.
Mefona (peyk)
Mefona (ing. Methone) — Saturnun çox kiçik peyklərindən biri. Orbiti Saturnun Mimas və Enkelad peyklərinin orbitləri arasında yerləşir. == Kəşf və adlandırma == Peyk ilk dəfə Kassini komandası tərəfindən müşahidə olunmuş və müvəqqəti olaraq S/2004 S 1 adı verilmişdir. Daha sonra peyk Saturn XXXII adlandırılmışdır. "Kassini" aparatı iki dəfə peykə yaxınlaşmışdır. 2012-ci ilin 20 mayında peykin 1.900 km yaxınlığına çataraq şəklini çəkmişdir. Mefona adı 21 yanvar 2005-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tövsiyə olunmuş, 2006-cı ildə keçirilmiş iclasda təsdiq olunmuşdur. Yunan mifologiyasında Mefona yeddi alkioniddən biridir. == Xarakteristikası == 2012-ci ilin may ayında Saturnun orbitində fəaliyyət göstərən "Kassini" aparatı ilk olaraq Mefonaya yaxınlaşaraq onun şəkillərini çəkmişdir.
Metida (peyk)
Metida (yun. Μήτις) və ya Yupiter XVI Yupiterin daxili peyklərindən biridir. Peyk 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə kəşf edilmiş və 1983-cü ildə Zeusun birinci arvadının adı ilə Metida adlandırılmışdır.Qalileo kosmik gəmisi ilə 1996-cı ilin əvvələrindən 2003-cü ilin Sentyabr ayı arasında aparılan əlavə müşahidələr onun səthinin şəkillərini çəkməyə imkan vermişdir. == Kəşf və müşahidə == Metida 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə Stiven Sinnot tərəfindən kəşf edilmiş və müvəqqəti olaraq S/1979 J 3 adlandırılmışdır.1983-ci ildə ona rəsmi olaraq Zevsin ilk həyat yoldaşı olan titan Metidanın adı verilmişdir.Voyacer 1 in çəkdiyi şəkillərdə Metida nöqtə kimi görsənirdi və bu səbəbdən Metida haqqında məlumatlar Qalileonun gəlişinə kimi çox məhdud idi.Qalileo Metidanın demək olar bütün səthinin şəkillərini çəkmişdi. == Fiziki xarakteristikaları == Metida düzənsiz formadadır və ölçüləri 60×40×34 km-dir,bu da onu Yupiterin dörd daxili peykinin ən kiçiyi edir.Təqribi hesablanması nəticəsində onun səthinin sahəsinin 5800 və 11.600 km² aralığında olduğu güman edilir.Metis tərkibi və kütləsi məlum deyil, lakin onun orta sıxlığı Amalteyanın orta sıxlığına yaxın olduğundan, onun kütləsinin 3.6 × 1016 kq,sıxlığının isə (~0.86 g/cm³) olduğu fərz edilir.Bu sıxlıq onu göstərir ki,peykin 10-15 %-i su və buzdan ibarətdir. Metida səthində çoxlu kraterlər var və qırmızımtıl rəngdə görünür.Baş və arxa yarımkürələr arasında böyük asimmetriya var:baş yarımkürə arxa yarımkürədən 1.3 dəfə parlaqdır. == Orbit və rotasiya == Metida Yupiterin dörd daxili peykindən biridir.O Yupiterdən ~128,000 km məsafədə fırlanır.Metidanın orbiti çox kiçik ekssentrisitetə (~0.0002) və Yupiterin ekvatoruna nəzərən çox kiçik əyilməyə (~ 0.06°) malikdir. Nəhəng kilitlənmə səbəbi ilə Metida öz orbital dövrüdə sinxron fırlanır. Metida Yupiterin peyklərinin ən sürətlə hərəkət edənidir.O Yupiterin ətrafında 31.5 km/s sürətlə fərlanır. == Yupiterin halqaları ilə əlaqəsi == Yupiterin əsas halqası daxilində Metidanın orbiti təqribən 1000-km uzanır.Metida əsas halqanın tozunun çox hissəsini təşkil edir.
Miranda (peyk)
Miranda — Uranın 5 sferoid peykindən ən kiçiyi və ən yaxını. Miranda Cerard Koyper tərəfindən 1948-ci il fevralın 16-da Teksasda yerləşən Mak-Donald rəsədxanasında aşkar edilmiş və Uilyam Şekspirin "The Tempest" adlı əsərindən Miranda adına layiq görülmüşdür. Uranın digər böyük peykləri kimi, Miranda da planetin ekvatorial müstəvisinə yaxın dövr edir. 470 km diametri olan və hidrostatik tarazlıqda olduğuna inanılan Miranda Günəş sistemində ən yaxından izlənilən obyektlərdən biridir. Mirandanın yaxından çəkilmiş yeganə görüntüləri 1986-cı ilin yanvarında Urana uçuşu əsnasında Mirandanı müşahidə etmiş Voyacer 2 zondu tərəfindən çəkilmişdir. Uçuş zamanı Mirandanın cənub yarımkürəsi Günəşə doğru yönəldiyindən yalnız bu hissə tədqiq edilmişdir.
Nahid (peyk)
Nahid (fars. ناهید "Venera" mənasını verir) — İranın müşahidə peyki olub, günəş enerjisinə əsaslanır. Əmir Kəbir adına Tehran texnologiya universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdır. Nahid, günəş panelləri ilə təchiz edilmiş bir müşahidə peykidir, 250 ilə 370 kilometr arasındakı bir yüksəklikdə orbitə çıxarılması nəzərdə tutulmuşdur. Nahid Peyki peyklərdə bəzi əsas texnologiyaları test etmək üçün yerüstü peyklərə çatma strategiyası kontekstində müəyyən edilmiş tədqiqat peykidir.
Nayada (peyk)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. == Tarix == Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. == Fiziki xarakteristikaları == Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. == Orbital xarakteristikaları == Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin == Araşdırma == Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Nereida (peyk)
Nereida — Neptunun üçüncü ən böyük peykidir. O yüksək ekssentrikli orbitə malikdir. Bu peyk 1949-cu ildə Cerard Koyper tərəfindən kəşf edilmiş Neptunun ikinci peyki idi. == Kəşf və adlandırma == Nereida Cerard Koyper tərəfindən 1 may 1949-cu ildə Makdonald Rəsədxanasında 82 düymlük teleskopla çəkilmiş foto lövhələrdə kəşf edilmişdir. O, öz kəşfinin hesabatında peykə ad təklif etmişdir.Peyk Yunan mifalogiyasında dəniz nimfalarının və Neptun allahının növbətçilərinin adını daşıyır. O Voyacer 2 zondunun gəlişindən əvvəl kəşf edilmiş Neptunun ikinci və sonuncu peyk idi. == Orbit və rotasiya == Nereida Neptunun orbitində planetin hərəkət istiqamətində ondan 5,513,400 km (orta məsafə) məsafədə dövr edir. Peyk yüksək ekssentrisitetə (0.7507) malik olduğundan onun planetə maksimum yaxınlaşması 1,372,000 km və maksimum uzaqlaşması 9,655,000 km-dir. Qeyri-adi orbitə malik olması onu göstərir ki, peyk Neptun tərəfindən cəzb olunaraq tutulmuş bir asteroid, Koyper qurşağına aid bir obyekt və ya Neptunun ən böyük daxili peyki olan Tritonun təsiri ilə orbitini dəyişmiş neptunun daxili peyklərindən biri ola bilər. 1991-ci ildə Nereida fırlanma dövrünün təxminən 13.6 saat olduğu təyin edilmişdir.
Paz (peyk)
Paz (ispanca "sülh") - İspaniyanın hərbi peyki. Peyk 2018-ci il Fevralın 22-də havaya buraxılmışdı. Peyk Hisdesat tərəfindən idarə olunur. Paz əvvəllər SEOSAR (Satélite Español de Observación SAR) kimi tanınıb. Hərbi və biznes məqsədləri üçün PAZ radar texnologiyasından istifadə etməklər yerin şəkillərini çəkəcək. Peyk əvvəllər istifadə olunmuş Falcon 9 raketi vasitəsilə havaya buraxılmışdı.
Peyk (Salyan)
Peyk — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Foto məlumatlar == Peyk kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Tədbirlər == Peyk kəndində Rayon İcra hakimiyyəti başçısının görüş-qəbulu Salyan rayon İcra hakimiyyəti başçısının 4 sentyabr 2012-ci il tarixdə Varlı kənd inzibati ərazi dairəsinin Peyk kəndində səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda 145 nəfər kənd sakini iştirak etmişdir. Rayonun hüquq-mühafizə orqanları, xidmət təşkilatı rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılmışdır. Qəbulda kənd sakinlərindən Faiq Sərxan oğlu Zərbalıyev, Meyrənsə Hüseynbaba qızı Əliyeva, Ənvər Məlik oğlu Həsənov, Rəşidov Aydın Babasəli oğlu, Ağamədi Şərəfxan oğlu Əlirzayev, Yədulla İsa oğlu Əliyev və başqaları son vaxtlar rayonda aparılan abadlıq-quruculuq işlərini, ərazidən keçən Kürsəngi-Yolüstü kəndarası yolunun tikintisini böyük məmnunluqla qeyd etmiş, eyni zamanda kollektorların təmizlənməsi, elektrik dirək və naqillərin dəyişdirilməsi, kəndin qazlaşdırılmasının sürətləndirilməsi, qış aylarında kənd məktəbin qızdırılması ilə əlaqədar müraciətlər etmişlər. Vətəndaşların müraciətləri yerində araşdırılmış və icrası ilə əlaqədar konkret vaxt qoyulmaqla aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda aparılan işlər barədə kənd sakinlərinə məlumat vermişdir.[mənbə göstərin] == Bələdiyyə == Peyk kəndi Birinci Varlı, İkinci Varlı kəndləri ilə birlikdə Varlı bələdiyyəsinin daxilindədir. == Din == Kənddə Peyk kənd məscidi dini icması fəaliyyət göstərir.
Peyk (dəqiqləşdirmə)
Təbii peyk — kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya ilə fırlanan təbii obyekt. Süni peyk — kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya ilə fırlanan süni obyekt. Peyk (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Peyk (Çaroymaq)
Peyk (fars. پيك‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 218 nəfər yaşayır (50 ailə).
Peyk dövlət
Peyk dövlət - Kağız üzərində müstəqil olmaqla birlikdə, özündən hərbi, siyasi və ya iqtisadi baxımdan daha güclü bir ölkənin motivimində olan ölkəyə siyasət elmində verilən ad. Əksəriyyətlə Varşava Paktına üzv Şərqi Avropa ölkələrinin Sovet İttifaqına üzvlüklərini xarakterizə üçün müraciət edilən termin, 1975-2005 arasında Hariri Sui-qəsdindən sonra Suriyanın beynəlxalq təzyiqlərə dözə bilməyərək əsgərlərini çəkməsinə qədər bu ölkənin motivimində olan Livan üçün də istifadə edilmişdir. == Digər mənaları == Termin zaman-zaman başqa mənalara gələn kukla dövlət, yeni müstəmləkə, protektorat ya da mandat ilə qarışdırılaraq da istifadə edilmişdir.
Peyk telefonu
Peyk telefonu — Dünyanın orbitində olan ünsiyyət məqsədli peykləri istifadə edərək əlaqə və ünsiyyət təmin edən bir növ mobil telefondur. Mobil telefonlar bənzər iş prinsipi ilə işləyir; danışıq, sms və aşağı sürətli internet xidməti təmin edir. Mobil telefonlardan fərqli olaraq hər hansı bir baza stansiyasına ehtiyac duymadan birbaşa peyk ilə əlaqə qururlar. == Bağlı sahələrdəki cazibə qüvvəsi == Peyk telefonlarının qapalı məkanlarda rabitə potensialı çox aşağıdır. Bir bina daxilində peyk telefonu ilə keyfiyyətli bir danışıq etmək üçün pəncərə önünə keçmək lazımdır. Peyk telefonu almadan əvvəl şirkətin əhatə sahəsini öyrənərək ehtiyaca uyğun bir telefon təmin etmək məsləhət görülür. Bəzi telefonların əhatə dairəsi bütün dünyanı, bəziləri isə yalnız müəyyən edilmiş bir ərazi üçün nəzərdə tutulub.
Peyk zavodu
Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir. 1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur. == Fəaliyyət sahələri == "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalı Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi. == Texnoloji imkanları == Müəssisənin əsas istehsalat sahələri: "BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi; Müəssisənin köməkçi istehsalat sahələri: Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
Psamafa (peyk)
Psamafa (yun. Ψαμάθη) və ya Neptun X—Neptunun əks istiqamətdə dönən düzənsiz peyklərindən biridir.Peyk yunan mifalogiyasındakı Nereidlərdən birinin adı ilə Psamafa adlandırılmışdır.Psamafa Skott Şeppard,Devid Cuitt,Cen Klina tərəfindən 8.2 metrlik Subaru teleskopu vasitəsilə kəşf edilmişdir.3 Fevral 2007-ci ildə (İAUC 8802) onun adı elan olunmazdan əvvəl, peyk, S/2003 N 1 kimi tanınırdı. Psamafanın diametri təxinən 38 kilometrdir.O Neptunun ətrafında təxminən 25.7 və 67.7 milyon km aralıqda fırlanır və bir dövrü təxminən 25 Yer ilinə bərabərdir.Neso (S/2002 N 4) ilə Psamafanın orbital parametrlərinin oxşarlığını nəzərə alaraq belə hesab edilir ki,hər iki düzənsiz peyk bir böyük peykin parçalanması nəticəsində əmələ gəlmiş ola bilər.Hər ikisi Günəş sistemindəki bilinən başqa peyklərin əksəriyyətinin ibtidaisindən daha uzaqdadır.
Qalateya (peyk)
Qalateya (yun. Γαλάτεια) və ya Neptun VI — Neptunun dördüncü ən yaxın daxili peykidir. Bu peykə yunan mifoloji personajları olan nereidalardan birinin - siklop Polifemə vurulmuş nereida Qaleteyanın adı verilmişdir. Qalateya 1989-cu il İyul ayının sonlarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkillər əsasında kəşf edilmişdir.O müvəqqəti olaraq S/1989 N 4 adlandırılmışdır.Kəşf 1989-cu il Avqustun 2-də açıqlanmışdır.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir. Qalateya düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Onun radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin. Qalateya öz orbitindən 1000 km kənarda olan Adams halqası üçün çoban ay olaraq görünür.42:43 nisbətində olan rezonans hadisələri Qalateyada mövcud olan halqanın unikal halqa əyriləri ilə məhdudlaşdırılması üçün ən çox ehtimal olunan mexanizm hesab olunur.Qaleteyanın kütləsi onu halqada qalmağa məcbur edən radial təlatümlər əsasında qiymətləndirilib.
Qalimeda (peyk)
Qalimeda (yun. Αλιμήδη) və ya Neptun IX Neptunun əks istiqamətdə dönən düzənsiz peyklərindən biridir. Peyk Metyu Holman və bir neçə alim tərəfindən 4 avqust 2002-ci ildə kəşf edilmişdir. == Xarakteristikaları == Halimede Neptun ətrafında dönən ikinci ən ekssentrik və üçüncü ən meylli orbitə malik peykdir.Bu Neptun digər düzənsiz peykləri ilə bağlı diaqramda təsvir edilmişdir.Üfiqi oxdan yuxarıda olan peyklər düz (prograde),ondan aşağıda olan peyklər isə əks (retrograde) istiqamətdə dönür. Halimede diametri təxminən 62 kilometrdir və görünən işıqda neytral (boz) görünür.Nerida peyki ilə eyni rəngdə olmarı nəzərə alaraq, belə hesab edilir ki,peyk Nereidanın fraqmenti bilər. == Adlandırma == Halimede və ya Neptun IX, Neptunun bir çox xarici peykləri kimi Nerey və Dorisin qızları olan əlli Nereiddən birinin adı ilə adlandırılmışdır.3 Fevral 2007-ci ildə (İAUC 8802) peykin adı elan olunmazdan əvvəl, Halimede müvəqqəti olaraq S/2002 N 1 adlandırılmışdır.

gəmi-peyk sözünün leksik mənası və izahı

  • 1 is. xüs. Planetlərin orbitinə buraxılan, tədqiqat aparmaq üçün lazımi cihazlarla təchiz olunmuş hava gəmisi. – Gəmipeykdə qoyulmuş qurğular sisteminin normal işləməsi haqqında məlumat alındıqdan sonra gəmi-peykin orbitdən yerə enməsi üçün komanda verilmişdir. (Qəzetlərdən).

    Azərbaycan dilinin izahlı lüğəti / gəmi-peyk

gəmi-peyk sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#gəmi-peyk nədir? #gəmi-peyk sözünün mənası #gəmi-peyk nə deməkdir? #gəmi-peyk sözünün izahı #gəmi-peyk sözünün yazılışı #gəmi-peyk necə yazılır? #gəmi-peyk sözünün düzgün yazılışı #gəmi-peyk leksik mənası #gəmi-peyk sözünün sinonimi #gəmi-peyk sözünün yaxın mənalı sözlər #gəmi-peyk sözünün əks mənası #gəmi-peyk sözünün etimologiyası #gəmi-peyk sözünün orfoqrafiyası #gəmi-peyk rusca #gəmi-peyk inglisça #gəmi-peyk fransızca #gəmi-peyk sözünün istifadəsi #sözlük