* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••• | 318.63 |
2003 | ••••••••••••• | 266.52 |
2004 | •••••••••••••• | 273.54 |
2005 | ••••••••••••••• | 291.51 |
2006 | •••••••••••••• | 275.47 |
2007 | ••••••••••••••• | 304.88 |
2008 | ••••••••••••••••• | 334.49 |
2009 | ••••••••••••••••• | 335.01 |
2010 | ••••••••••••••••• | 336.50 |
2011 | ••••••••••••••••• | 330.81 |
2012 | •••••••••••••••••• | 357.96 |
2013 | •••••••••••••••••••• | 411.51 |
2014 | •••••••••••••••••••• | 394.71 |
2015 | ••••••••••••• | 253.99 |
2016 | ••••••••••••••• | 299.01 |
2017 | •••••••••••••• | 271.68 |
2018 | •••••••••••• | 235.82 |
2019 | ••••••••••••• | 252.03 |
2020 | ••••••••••••••• | 306.99 |
1 is. [ər.] 1. Materiyanın hərəkətinin müəyyən inkişaf mərhələsində əmələ gələn xüsusi forması; varlıq, dirilik. Yerdə həyatın əmələ gəlməsi. – Bunları duyduqca, düşündükcə mən; Həyata, varlığa məftun oluram. S.Vurğun. 2. Ömür. Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman. Bir gün həyatımda yellər qopacaq; Ömür öz tağından salacaq məni. M.Araz. 3. Canlı vücudun törədiyi andan yox olana qədərki dövr (bütöv dövr və ya onun bir hissəsi); ömür. Həyatında bir dəfə də olsun xəstələnməyib. Həyatının məsud çağları. – Hər kəs bilir həyatın sonu ölümdür; Ah bu qəmli dəyişmə yaman zülümdür. M.Müşfiq. Şam əgər yanmırsa, yaşamır demək; Onun da həyatı yanmağındadır! B.Vahabzadə. // İnsanın keçirdiyi ömür və gördüyü işlər; tərcümeyi-hal. Öz həyatından danışmaq. – Açıb qarşısında külliyyatını; Öyrənir şairin o, həyatını! S.Vurğun. [Zərqələm] həyatından və ailəsindən danışdı. Ə.Sadıq. // Bir adamın müəyyən yerdə yaşadığı dövr. M.F.Axundzadənin Tiflis həyatı. – Beləliklə, Qəhrəmanın texnikum həyatı davam edirdi. S.Rəhimov. Cəbhə həyatı günü-gündən [Firidunun] qanına, vərdişinə keçirdi. Mir Cəlal. // Məişət, yaşayış qaydası. Avropa həyat tərzi. Şəhər həyatı. Kənd həyatı. // Dolanacaq, yaşayış tərzi. Tüfeyli həyat. Köçəri həyat. Sərsəri həyat. // Dirilik, canlılıq. Həyat əsəri yoxdur. // məc. Canlanma, dirçəlmə, hərəkət, qaynaşma, qızğın fəaliyyət. Tikinti sahəsində həyat qaynayır. 4. məc. İnsanda cismani və mənəvi qüvvələrin təzahürü. Onun hərəkət və sözlərində coşqun həyat duyulur. □ Həyat eşqi – yaşamaq arzusu. İnsanların ürəyində yeni bir həyat eşqi oyandı. Ə.Məmmədxanlı. Çırpınsın həyat eşqi; Gözlərində, qanında; Bundan ləkə görünməz; İnan ki, vicdanında. N.Rəfibəyli. 5. Hər hansı bir sahədə yaşayış və inkişafı səciyyələndirən hadisələrin məcmusu. Ölkənin təsərrüfat həyatı. Beynəlxalq həyat. Mədəni həyat. Mənəvi həyat. 6. Bizi əhatə edən real varlıq. Elmin həyatla əlaqəsi. Elm həyatdan ayrı yaşaya bilməz. ◊ Həyat keçirmək (sürmək) – yaşamaq, ömür sürmək, ömrünü bu və ya başqa tərzdə keçirmək. İçərişəhərdə qaranlıq, dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq. Uzun illər böyük bir etibara malik olan Nemətullayev çox sakit həyat sürər və gələcək üçün ehtiyat görərdi. S.Rəhimov. Həyat vermək – canlandırmaq, ruhlandırmaq. O vicdan qızının ehtişamı çar; Qəlbə həyat verir gülümsəyərək. S.Vurğun. Həyat yoldaşı – ər və ya arvad. [Məsmə:] Kor Seyidə nişanlandığım gündən təsəvvür etdiyim gənc həyat yoldaşımdan məhrum edilmişdim. S.Hüseyn. Həyat yoldaşıdır Gülyaz; Dağlarda bəslənmiş bu gül. A.Şaiq. Həyata keçirilmək – yerinə yetirilmək, tətbiq edilmək. [Fəxrəddin:] Mərhum Atabəy Məhəmmədin qətlində həyata keçirilən macəranın təkrar olunmaması üçün belə də lazım idi. M.S.Ordubadi. Həyata keçirmək – yerinə yetirmək, tətbiq etmək. [Həmzə] şəhərdə şəriki ilə bu planı həyata keçirmək üçün konkret layihə də hazırlamış, elə buna görə də … qardaşı Salamı tələsik şəhərə göndərmişdi. Ə.Əbülhəsən. Həyata keçmək – tətbiq olunmaq. [Hücum haqqında] müqavilə olduqca müvəffəqiyyətli bir surətdə həyata keçdi. M.S.Ordubadi. Həyata qaytarmaq – diriltmək, ölümdən qurtarmaq, ağır, təhlükəli xəstəlikdən qurtarmaq. Artıq heç bir dava-dərman ananı həyata qaytara bilməzdi… Ə.Məmmədxanlı. Həyata vida etmək – bax həyatla vidalaşmaq. Həyatdan geri qalmaq – həyatın tələbi ilə ayaqlaşa bilməmək. Ey mənim gözəl qızım; Qalma həyatdan geri; Oxu mükəmməl, qızım. M.Müşfiq. Həyatın nəbzini tutmaq – həyatın tələbinə görə yaşamaq, həyatdan geri qalmamaq. Həyatını qurban vermək – canını fəda etmək, ölmək (bir şəxs və ya bir iş yolunda). Həyatından keçmək – bir adam və ya bir şey yolunda canını fəda etmək. Həyatla vidalaşmaq tənt. – ölmək. Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. M.S.Ordubadi. Həyat-məmat məsələsi – bax olüm-dirim məsələsi (“ölümdirim”də).
Azərbaycan dilinin izahlı lüğəti / həyat3 HƏYAT1 ə. 1) varlıq, dirilik; 2) ömür; 3) yaşayış, ömür. HƏYAT2 ə. həyət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / həyat4 \ – cansız maddədən və ruhi varlıqdan da ayrı olaraq canlıların \ varlıq forması və varlıq məkanı. Canlıların ən birinci xüsusiyyəti. Əlamətləri öz-özünə böyümə, inkişaf, dəyişmə, çevrilmə, təsir etmə, təsirlənmə, artıb çoxalmaq. Lakin elm və texnologiyanın ən modern imkanları ilə belə canlılar ilə cansızları ayırd etmək mümkün deyildir. Misal üçün viruslar ən aşağı dərəcədəki canlı varlıqlar, yoxsa kimyəvi maddədən ibarət olduğunu sübut etmək mümkün olmamışdır. Həyat bir növ ölümün antonimi mənasında da işlənir. Materiyanın hərəkət forması; fiziki və kimyəvi hərəkət formalarına nisbətən keyfiyyətcə yüksək və onları ―bərtərəf‖ olunmuş formada özündə ehtiva edən forması.
Fəlsəfə terminlərinin izahlı lüğəti / həyat1 Ərəbcədir, “yaşama, yaşayış” deməkdir. Həmin mənanı türk aləmində durmuş, tın kimi sözlər əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / həyat2 1. HƏYAT, VARLIQ Həyata, varlığa məftun oluram (S.Vurğun). 2. HƏYAT, ÖMÜR (bax) 3. həyat bax yaşayış 1
Azərbaycan dilinin sinonimlər lüğəti / həyat1 HƏYAT – ÖLÜM Ölüm, həyat yanaşıdır əzəldən (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / həyat2 I сущ. жизнь: 1. особая форма движения материи, возникающая на определенном этапе её развития. Yerdə həyatın əmələ gəlməsi возникновение (зарождение) жизни на Земле, üzvi həyat органическая жизнь, həyatın əsasını zülali birləşmələr təşkil edir основу жизни составляют белковые соединения 2. физиологическое существование человека, животного, растения от зарождения до смерти. İnsan həyatı человеческая жизнь, uşağın həyatı жизнь ребёнка, həyat ələmət(lər)i признаки жизни, həyatın sonu конец жизни, həyatı sevmək любить жизнь, həyatını xilas etmək kimin спасти жизнь кому, həyatını həsr etmək kimə, nəyə посвятить жизнь кому, чему, həyat üçün qorxulu опасный для жизни 3. уклад, способ существования. Ağır həyat тяжёлая жизнь, xoşbəxt həyat счастливая жизнь, sakit həyat спокойная жизнь, ailə həyatı семейная жизнь, şəxsi həyat личная жизнь, kənd həyatı деревенская (сельская) жизнь, şəhər həyatı городская жизнь, həyat tərzi образ жизни 4. период в существовании кого- л., ограниченный рамками пребывания где-л. Tələbə həyatı студенческая жизнь, cəbhə həyatı фронтовая жизнь 5. окружающая нас реальная действительность, бытие. Real həyat реальная жизнь, elmin həyatla əlaqəsi связь науки с жизнью, həyat həqiqəti правда жизни, həyatın təsviri изображение (описание) жизни, həyatı başa düşmək понимать жизнь, həyatı dəyişdirmək переделать (преобразовать) жизнь, həyatdan öyrənmək учиться у жизни 6. деятельность общества и человека в тех или иных проявлениях. Mənəvi həyat духовная жизнь, mədəni həyat культурная жизнь, elmi həyat научная жизнь, ölkənin ictimai həyatında önəmli bir hadisə знаменательное событие в общественной жизни страны II прил. жизненный (относящийся к жизни во 2 и 4 знач.). Həyat yolu жизненный путь, həyat təcrübəsi жизненный опыт, həyat fəaliyyəti жизненная деятельность; həyat yoldaşı: 1. супруг (муж); 2. супруга (подруга жизни, жена); həyat vərmək kimə, nəyə давать, дать жизнь кому, чему; həyata qaytarmaq kimi вернуть к жизни кого; həyat keçirmək (həyat sürmək) necə жить, проживать, прожить жизнь как; həyata atılmaq вступать, вступить в жизнь, начать самостоятельную жизнь; həyata vida etmək (həyatla vidalaşmaq) прощаться, проститься с жизнью (скончаться, умереть); həyata göz yummaq см. həyatla vidalaşmaq; həyatından keçmək отдавать, отдать жизнь за кого-л.,за что-л.; həyatını vermək kim, nə uğrunda 1) отдавать, отдать свою жизнь з а ког о, з а чт о 2) kimə посвящать, посвятить свою жизнь кому; həyatını qurban vermək жертвовать, пожертвовать своей жизнью; həyata keçirmək претворять, претворить в жизнь, осуществлять, осуществить; həyata keçirilmək претворяться, быть претворенным в жизнь; həyata keçmək претворяться, претвориться в жизнь, осуществляться, осуществиться; həyatın nəbzini tutmaq (tapmaq) находить, найти пульс жизни; həyatdan geri qalmaq отставать, отстать от жизни; həyatına qəsd etmək kimin покушаться, покуситься на жизнь кого, чью
Azərbaycanca-rusca lüğət / həyat1 I. i. life; normal ~ plain living; ~ uğrunda mübarizə struggle for life; özünü ~dan məhrum etmək to take* one’s own life, to commit suicide; ~ boyu for life; ~a tətbiq etmək to put* into practice (d.), to carry out (d.); ~a qədəm basmaq to start out in life; gələcək ~ future life; ◊ ~dan hər şeyi almaq to enjoy life to the full; Ayda həyat yoxdur There is no life on the Moon II. s. life, vital; (i.s.) of life; ~ yolu path / road in life; ~ səviyyəsi standard of life; ~ təcrübəsi experience of life
Azərbaycanca-ingiliscə lüğət / həyat1 is. vie f ; normal ~ vie réglée ; ~ uğrunda mübarizə lutte f pour la vie ; özünü ~ dan məhrum etmək suicider (se), donner (se) la mort
Azərbaycanca-fransızca lüğət / həyat1 [ər.] сущ. 1. уьмуьр; 2. ччан; диривал, сагъвал; 3. пер. ччан атун, гьерекат, къизгъин кӀвалах; 4. яшайиш; яшамиш хьунухь; // həyat eşqi яшамиш хьуниз авай ашкъи, яшамиш хьунин мурад; ** həyat keçirmək уьмуьр гьалун, яшамиш хьун; həyat vermək ччан гъун, руьгь кутун; həyat yoldaşı уьмуьрдин юлдаш (гъуьл ва я паб); həyata keçirmək кьилиз акъудун; həyata keçmək кьилиз акъатун; həyata qaytarmaq ччан хкун, дири хъувун, рекьиникай хкудун, сагъарун (мес. пис азарлуди); həyata vida etmək кил. həyatla vidalaşmaq; həyatını qurban vermək ччан къурбанд авун, ччан гун, кьин (са касдин ва са кардин рекье); həyatından keçmək ччандилай гъил къачун, ччан къурбанд авун; həyatla vidalaşmaq кьин.
Azərbaycanca-ləzgicə lüğəti / həyat