irland sözü azərbaycan dilində

irland

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • irland • 73.2394%
  • İrland • 26.7606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qədim İrland dili
Qədim İrland dili (Goídelc) İrland dili və digər Qal dillərinin VI-X əsrlər arasındakı formasıdır. X əsrdə Orta İrland dilinə çevrilmişdir. Qədim İrland dili müasir İrland dili, Men dili və Şotland dilinin əcdadıdır.
Maykl Kollins (irland lider)
Maykl Kolins (irl. Míceál Ó Coileáin; 16 oktyabr 1890 – 22 avqust 1922[…]) — XX əsrdəki İrlandiya İstiqlal müharibəsinin önəmli siması olmuş İrlandiyalı inqilabçı, əsgər, siyasətçi. İrlandiyanın Kork əyalətində doğulan Maykl ibtidai təhsilini tamamladıqdan sonra Londona yollanaraq burada poçtalyon, katib kimi peşələrə yiyələnir. Londonda olarkən İrlandiyanın müstəqilliyi üçün çalışan dərnək və təşkilatlara qoşulur. 1916-da İrlandiyaya qayıdan Kollins Şinn Feyn (İrlandiya Milliyətçiləri) hərəkatının aktiv bir üzvünə çevrildi. Eyni ildə baş verən Pasxa üsyanında həbs edilsə də, çox keçmədən sərbəst qaldı və İrlandiyaya qayıdaraq hərəkatda önəmli yer tutmağa başladı. 1918 dekabrında ümumi seçkilərdə böyük nailiyyət əldə edən Respublikaçılar İrlandiya Məclisini (Deyl Eyran) təsis edirlər. Mayklın Kork şəhərindən üzv olduğu məclis 1 ay sonra İrlandiyanın müstəqilliyini elan edir. O, burada Maliyə naziri, Müvəqqəti hökumətin sədri, Daxili İşlər naziri olaraq vəzifə tutur. İrlandiyanın müstəqilliyinə qarşı göndərilən İngiltərə ordusu, İRO (İrlandiya Respublikaçı Ordusu) nun müqaviməti ilə qarşılaşır.
Co, gözəl irland qadını (Kurbe)
Co, özəl irland qadını (fr. Jo, femme d'Irlande) — Qüstav Kurbenin 1868-ci ildə yağlı boya texnikası ilə portret janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsərin əsli Stokholmda, İsveç Milli Muzeyində, nüsxəsi isə Nyu Yorkun Metropoliten muzeyində sərgilənməkdədir. 1865 ci ildə Normandiya sahillərindəki Truvilldə rəssam Ceyms Uilster sonralar Qüstav Kurbenin rəsm əsərlərinin əcac modelinə çevrilən Coanna Hiffernanı Qüstav Kurbe ilə tanış edir. Elə həmin il Kurbe “Co gözəl irland qadını” tablosunu və Conun portret eskizini çəkir.
1981-ci il irland aclıq aksiyası
1981-ci il irland aclıq aksiyası (ing. 1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing. Special Category Status) anlayışını ləğv etmişdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi. Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı. Bu aksiya 53 gün davam etmişdir.İkinci aclıq aksiyası 1981-ci ildə başladı.
İrland dili
İrland dili - İrlandiyada və Şimali İrlandiyada danışılan dil. İrland hökumətinin 2004-cü ilə olan rəsmi məlumatına görə İrlandiya Respublikasında irland dilini bilən 1 570 894 nəfər yaşayır. Onlardan 339 541 nəfər irland dilindən gündəlik danışıqlarında istifadə edirlər. 155 039 nəfər həftədə bir dəfə, 585 300 nəfər daha az, 459 657 nəfər isə demək olar ki, heç vaxt bu dildə danışmırlar. 31 357 nəfər dildən istifadə ilə bağlı suala cavab verməmişdir. Amma bir çox irland dili təəssübkeşləri və peşəkar dilçilər bu göstəricilərə şübhə ilə yanaşırlar. Onlar gündəlik danışıqlarında irland dilindən yalnız 65 min insanın istifadə etdiyini bildirirlər.
İrland dənizi
İrland dənizi (ing. Irish Sea,vall Môr Iwerddon,irl. Muir Éireann,) — Atlantik okeanın ucqar dənizi. Şərqdə Böyük Britaniya və qərbdə İrlandiya adalarının arasında yerləşmişdir (51° 40' — 54° 30' ş.e ; 3° — 6° q.u). Şimalda Şotlandiyanın qərb sahillərini — İrlandiya Respublikasını və Şimali İrlandiyanı əhatə edir. Dənizdən cənuba Uels krallığı yerləşmişdir. Cənub-qərbdə Müqəddəs George boğazı, şimalda — Şimal boğazı ilə və Kelt dənizi vasitəsilə okeanla birləşir. Sahəsi təxminən 100 min km², ən böyük dərinliyi 175 metrdir.Antik dövrlərdə İrlandiya dənizi İberiya okeanı adlandırılırdı. (lat. Oceanus Hibernicus).
İrland viskisi
İrland viskisi (irl. Fuisce və ya uisce beatha) — İrlandiya adasında hazırlanmış viski. "Viski" sözü irlandca uisce beatha sözündən gəlir, həyat suyu deməkdir. İrlandiya viskisi bir vaxtlar dünyanın ən məşhur içkisi idi, lakin 19-cu əsrin sonlarından etibarən uzun müddət davam edən tənəzzül sənayeyə elə təsir etdi ki, İrlandiyada 1890-cı illərdə ən azı 28 içki zavodu olsa da, 1966-cı ilə qədər bu rəqəm cəmi ikiyə düşdü və 1972-ci ilə qədər qalan içki zavodları, Bushmills Distillery və Old Midleton Distillery (New Midleton Distillery ilə əvəz olundu) yalnız bir şirkətə, Irish Distillers-ə məxsus idi.Monopoliya vəziyyəti akademik olaraq düşünülmüş Cooley Distillery adlı yeni distillə zavodunun işə salınması başa çatdı. 1990-cı illərdən etibarən İrlandiya viskisi yenidən populyarlıq qazandı və 1990-cı ildən bu yana hər il dünyada ən sürətlə böyüyən içkilərdəndir. Mövcud içki zavodları genişləndirildi və bir sıra yeni içki zavodları tikildi, ixrac isə ildə 15%-dən çox artdı. 2019-cu ilin dekabr ayına olan məlumata görə, İrlandiyada 32 içki zavodu fəaliyyət göstərir, daha çoxu planlaşdırılır və inkişaf etdirilir.
Avroviziya 2021 mahnı müsabiqəsində İrlandiya
İrlandiya Avroviziya 2021 Mahnı Müsabiqəsində Lesli Royun "Maps" mahnısı ilə təmsil olunmuşdur.
Azərbaycan-İrlandiya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan-Şimali İrlandiya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–İrlandiya münasibətləri
Azərbaycan–İrlandiya münasibətləri — Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin iyul ayının 1-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Teymur Bünyadov olmuşdur. Bu işçi qrupu 6 mart 2009-cu il tarixində yenidən yaradılmış və rəhbəri Rafael Cəbrayılov olmuşdur. 4 mart 2016-cı il tarixindən də Rafael Cəbrayılov işçi qrupunun rəhbəridir.
Azərbaycan–Şimali İrlandiya futbol matçları
== Kişilər ==
Azərbaycan–Şimali İrlandiya münasibətləri
Azərbaycan–Şimali İrlandiya münasibətləri — Azərbaycan Respublikası ilə Şimali İrlandiya arasındakı mövcud ikitərəfli əlaqələr.
Boomerang (Böyük Britaniya və İrlandiya)
Boomerang (Böyük Britaniya və İrlandiya) - Hanna-Barbera və Warner Bros. kimi studiyaların müasir və klassik proqramlarını yayımlayan 24 saatlıq Böyük Britaniya telekanalıdır. Televiziya 27 may 2000-ci il tarixində Cartoon Network-un spin-offu və ABŞ Televiziya Şəbəkəsinin lokalizasiyası kimi fəaliyyətə başladı. Həmçinin, telekanal AT&T-nin Warner Media beynəlxalq bölməsi altında idarə olunur. == Tarixçə == === Mənşəyi === Boomerang (Böyük Britaniya və İrlandiya) 1993-cü ildə yayım bloku kimi fəaliyyətə başlamışdır. === Yayım === Boomerang 27 may 2000-ci il tarixində, saat 06:00–00:00 radələrində "Sky Digital" və digər kabel televiziyalarında yayıma başlamışdır. Cartoon Network o vaxtlar mürəkkəb bir cədvələ sahib idi və buna görə kanal Turner Broadcasting tərəfindən Hanna-Barbera, MGM və Warner Bros. proqram kitabxanasının arxivindəki klassik cizgi filmləri və eyni zamanda qardaş kanalının cədvəlindəki bir çox klassik serialları yayımlamaq üçün yaradılmışdır. 2001-ci ilin may ayında, Boomerang ikinci ən çox baxılan uşaq kanalı olmuşdur. Həmin ilin iyulunda, kanal "Telewest" kabel operatoruna əlavə olunur, beləki tamaşaçı sayı da getdikcə artmağa başlayır.
Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Ireland) — 1801–1922-ci illərdə mövcud olmuş suveren dövlət.
Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu
Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu (KAİ) (ing. Royal Anthropological Institute of Great Britain and Ireland) — antropologiya sahəsində dünya miqyasında fəaliyyət göstərən beynəlxalq elmi cəmiyyət. 1871-ci ildə yaradılmışdır. Tərkibinə antropologiyanın bütün sahələri, o cümlədən bioloji antropologiya, təkamül antropologiyası, sosial antropologiya, mədəni antropologiya, vizual antropologiya, tibbi antropologiya və bunlar daxilində alt ixtisaslar və s. aiddir. KAİ, antropologiyanın ictimai anlayışı adı ilə antropologiyanın ictimai işlərə və sosial məsələlərə verdiyi töhfəni təbliğ edir. Buraya yalnız akademik antropoloqlar deyil, mövzu ilə maraqlananlar, eləcə də antropologiya təhsili alan və digər sahələrdə çalışan mütəxəssislər daxildir. Kral Antropologiya İnstitutunun prezidenti, adətən, iki illik müddətə seçilir. == Tarixi == İnstitutun üzvləri 1837-ci ildə qurulmuş Aborigenləri Müdafiə Cəmiyyətindən 1843 ayrılmış bir qurupun formalaşdırdığı London Etnoloji Cəmiyyətinin qurucu üzvlərinin davamçıları hesab olunurlar. Yaradılan yeni cəmiyyət insan irqləri üzərində aparılan bütün müşahidələrin toplanması və sistemləşdirilməsi üçün mərkəz olmalı idi.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni, «Allah Kralı/Kraliçanı hifz elə!» (ing. God Save the King/Queen) — vətənpərvər mahnı, Böyük Britaniyanın dövlət himni, Böyük Britaniyanın vacib dövlət və ictimai tədbirlərində və hadisələrində səsləndirilir. Həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya və Millətlər Birliyinə daxil olan bir sıra ölkələrin kral himni. Britaniya kral ailəsinin himni. Norveçin kral himni (mllli himn deyil) — Kongesangen, norveç dilində oxunur; 1871-1918-ci illərdə — Almaniya İmperiyasının himni ( Q.Hariesin mətni ilə).
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət və siyasi sistemi
Birləşmiş Krallıq konstitusiyalı monarxiyaya əsaslanan unitar dövlətdir. Kraliça 2-ci Elizabet Birləşmiş Krallıq və 15 digər müstəqil dövlət ittifaqının başçısıdır. Kraliçanın məsləhətçi, dəstəkləyici və xəbərdaredici kimi hüquqları vardır. Birləşmiş Krallıq yazılmamış konstitusiyaya malik olan dünyanın 4 ölkəsindən biridir. Birləşmiş Krallığın konstitusiyası konstitusional razılaşmalarla birgə beynəlxalq müqavilələr və qanun toplularından ibarət məhkəmə sistemi, əsas qanunların da daxil olduğu fərqli yazılı mənbələr toplusundan təşkil olunub. == Monarxın rəsmi vəzifələri == Birləşmiş Krallıq konstitusiyalı monarxiyadır. Bu o deməkdir ki, dövlət başçısı kimi ölkəni irsi monarx idarə edir (kral və ya kraliça), lakin monarxın hakimiyyəti formaldır və o yalnız Parlamentin dəstəyi ilə hökm sürə bilər. Kral yaxud kraliçanın rəsmi vəzifələrinə aiddir: Seçkilərin sonunda Baş Naziri təyin etmək (adətən İcmalar Palatasında səs çoxluğuna malik olan partiyanın lideri), Parlamenti çağırmaq, işində fasilə təyin etmək və Parlamenti buraxmaq; Müharibə elan etmək/sülh bağlamaq, Xarici dövlət və hökumətləri rəsmən tanımaq, Saziş bağlamaq, Əraziləri özünə birləşdirmək və ya başqa ölkəyə güzəştə getmək, Məhkəmə hakimiyyətinə rəhbərlik etmək (ölkədə bütün məhkəmələr Kral və ya kraliça məhkəməsi adlanır və bütün məhkəmə prosesləri kral yaxud kraliçanın adı ilə həyata keçirilir), Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq, Mötəbər İngiltərə Kilsəsinin Ali Hakimi olmaq, Silahlı Qüvvələr və kilsədə şəxsləri mühüm dövlət postlarına rəsmi şəkildə təyin etmək, Əsilzadə, cəngavər və digər şərəf ordenləri ilə təltif etmək, Gizli Şuranın görüşlərində kökumətin qərarlarını rəsmi şəkildə təsdiq etmək, Avstraliya, Kanada, Yeni Zellandiya daxil olmaqla, yerli hakimlər tərəfindən idarə olunan 16 sabiq koloniyanın kral və ya kraliçası olmaq; Dövlətin başçısı olmaq,Kral və ya kraliçanın mühüm simvolik vəzifələri xalqın birliyini, tarixi ənənələri və davamlılığı qoruyub saxlamaq, dövlətin ruhani başçısı olmaqdır. Birləşmiş Krallığın konstitusiyası Maqna Karta, Hüquqlar Vəsatəti Ərizəsi və Hüquqlar Haqqında Bill (1689) kimi tarixi sənədlərin daxil olduğu formalaşdırılmamış konstitusiyadır. Konstitusiya qeyri-sabitdir və Parlament aktı ilə dəyişdirilə bilər.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının himni
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni, «Allah Kralı/Kraliçanı hifz elə!» (ing. God Save the King/Queen) — vətənpərvər mahnı, Böyük Britaniyanın dövlət himni, Böyük Britaniyanın vacib dövlət və ictimai tədbirlərində və hadisələrində səsləndirilir. Həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya və Millətlər Birliyinə daxil olan bir sıra ölkələrin kral himni. Britaniya kral ailəsinin himni. Norveçin kral himni (mllli himn deyil) — Kongesangen, norveç dilində oxunur; 1871-1918-ci illərdə — Almaniya İmperiyasının himni ( Q.Hariesin mətni ilə).
Böyük aclıq (İrlandiya)
Böyük aclıq və ya "İrland kartof qıtlığı" (irl. an Gorta Mór) — 1845-1849-cu illərdə İrlandiyada davam kütləvi aclıq və xəstəlik dövrü. İrland dilinin dominant olduğu qərb və cənub ərazilərinə güclü təsir göstərən bu dövr An Drochshaol olaraq tanınır (hərfi mənada "Pis həyat", ümumi olaraq isə "çətin vaxtlar" kimi tərcümə olunur). Bu dövrün ən pis ili "Qara 47" adlandırılan 1847-ci il idi. Aclıq dövründə bir milyona yaxın insanın ölməsi və daha bir milyon insanın İrlandiyadan köçməsi adanın əhalisinin 20-25%-ə qədər azalmasına səbəb oldu.İrlandiyadan kənar ərazilərdə bu hadisə bəzən İrland kartof aclığı adlanır. Aclığa "kartof küfü" adlı bitki xəstəliyinin səbəb olduğu güman olunur. 1840-cı illərdə bütün Avropadakı kartof məhsulunda özünü büruzə verən bu xəstəlik İrlandiyadan kənarda 100,000 insanın ölümünə səbəb oldu və 1848-ci ildə geniş yayılmış Avropa inqilablarına öz təsirini göstərdi. Xəstəliyin təsir gücü Viq hökumətinin 1846-cı ildən laissez-faire adlı iqtisadi siyasəti tətbiq etməsi ilə daha da kəskinləşdi. Aclığın uzunmüddətli olmasının digər səbəblərinə torpaq sahibinin mülkiyyətində yaşamaması və tək məhsuldan asılılıq daxil idi.Bu aclıq 1801-cı ildən 1922-ci ildə Böyük Britaniya Krallığının bir hissəsi kimi birbaşa Vestminster tərəfindən idarə olunan İrlandiyanın tarixində dönüş nöqtəsi idi. Aclıq və onun təsirləri adanın demoqrafik, siyasi və mədəni mənzərəsini birdəfəlik dəyişdi, təxminən iki milyon insanın qaçqın düşməsinə və bir əsr boyu əhalinin azalmasına səbəb oldu.
Cartoon Network (Böyük Britaniya və İrlandiya)
Birləşmiş Krallıq və İrlandiyada 17 Sentyabr 1993-cü ildə yaradılıb. Avropada açılan ilk Cartoon Networklardandır. Mərkəzi İngiltərədədir. Ayrıca Türkiyə şöbəsi açılana qədər Türkiyəyə 3 ay boyunca nəşr etmiş və Türkiyədəki jenerik, VTR kimi elementlərin də sahibidir. Daha sonra 2008-ci ildə şifrəli nəşrə keçmişdir. 2010 payızında bəri yeni logoyu istifadə etməktədir.
Yeni il İrlandiyada
Yeni il İrlandiyada — İrlandiyada təntənə ilə qeyd olunan bayram Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram süfrəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və "Bu evdə və bütün dünyada sülh naminə" badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni İrlandiya
Yeni İrlandiya (ing. New Ireland) — Bismark arxipelaqına daxil olan Papua-Yeni Qvineya ərazisində yerləşən ada. Ümumi sahəsi 7 404,5 km², əhalisi 118 350 nəfər təşkil edir. Ada Yeni İrlandiya vilayəti ərazisinə daxildir. Mərkəzi Kavienq şəhəridir. == Cografiya == Ada Bismark arxipelaqının Yeni Britaniya. Ada uzunsov formaya malikdir. Uzunluğu 400 kilometrdir. Eni 10 km təşkil edir. Tropik meşələri ilə örtülüdür.
İrlandiya Homrul hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. == Başlanğıcı və səbəbləri == Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış , bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi.1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə , protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
İrlandiya Həmkarlar İttifaqları Konqresi
İrlandiya Həmkarlar İttifaqları Konqresi (ing. Irish Congress of Trade Unions) — İrlandiyanın ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Konqresin sədri Devid Beqdir. == Tarixi == İrlandiyada həmkarlar ittifaqlarının yaranması XVIII əsrə təsadüf edir. Həmin vaxtlarda bənnalar, qəssablar və müxtəlif sahələrin sənətkarları qruplaşaraq yerli təşkilatlar yaradırdılar. XIX əsrin ortalarından etibarən İrlandiya və İngiltərənin fərqli peşə sahibləri həmkarlar ittifaqlarının bünövrəsini daha da möhkəmlədirlər. Təxminən 1889-cu ildən indiki təşkilatlar yaranmağa başlayır. İlk əvvəl xüsusi fəallığı dəmiryolu və dəniz limanı işçiləri göstərirlər. Vaxt keçdikcə əhatə dairəsi daha da genişlənir və onlara bir sıra sahələrin işçiləri də qoşulurlar.
İrlandiya Könüllüləri
İrlandiya Könüllüləri(irl. Óglaigh na hÉireann) və ya İrland Könüllü Qüvvəsi və ya İrland Könüllü Ordusu—İrland milliyətçiləri tərəfindən 1913-də yaradılmış hərbi təşkilat. 1912-ci ildə yaradılan Ulster sədaqətçilərinə əks təşkilat olaraq quruldu və əsas məqsədinin "İrlandiya xalqının hüquq və azadlıqlarını qorumaq" olduğunu elan etdi. Üzvlər Kelt Liqası,Şinn Feyn və İrlandiya Respublikaçı Birliyindən ibarət idi. 1914-cü ilin ortalarına qədər sürətlə artaraq sayları 200000-ə çatan İrlandiya Könüllüləri Con Redmondun Britaniya qüvvələrinə olan sadiqliyi təşkilatı kiçik qruplara parçaladı.
İrlandiya Milli Kitabxanası
İrlandiya Milli Kitabxanası - İrlandiyanın milli kitabxanası. Əsas funksiyası İrlandiya xalqı, onun tarixi və mədəniyyəti haqqında sənədləşdirilmiş informasiya mənbələrini mühafizə etməkdən ibarətdir. == Tarixi == 1877-ci ildə Dublində yaradılmışdır. Əsas funksiyası İrlandiya xalqı, onun tarixi və mədəniyyəti haqqında sənədləşdirilmiş informasiya mənbələrini mühafizə etməkdən ibarətdir. Çap məhsulları, fotoqrafiya və əlyazmalar və təhsil şöbələri vardır. 1990-cı ildən elektron kitabxana yaratmağa başlamışdır. Oxucular informasiyanı avtomatlaşdırılmış kataloq vasitəsilə əldə edir. Kitabxananın sas məqsədi kitabxana fondunu istifadəçilərin tələbainə uyğunlaşdırmaqdır. İstifadə səviyyəsinə görə fond aktiv və passiv hissələrə bölünür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.79 dəfə / 1 mln.
2005 ••••••••••••• 1.35
2006 ••••• 0.45
2009 ••• 0.32
2010 •••••••• 0.82
2011 •••••••••• 1.03
2012 ••••••••••••• 1.38
2013 •••••••••••••••••••• 2.19
2014 •••••••••••••••••••• 2.23
2015 •••• 0.34
2016 •••••••••••••••• 1.74
2017 ••••• 0.49
2019 ••• 0.28
2020 •• 0.13

irland sözünün inglis dilinə tərcüməsi

irland sözünün fransız dilinə tərcüməsi

"irland" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#irland nədir? #irland sözünün mənası #irland nə deməkdir? #irland sözünün izahı #irland sözünün yazılışı #irland necə yazılır? #irland sözünün düzgün yazılışı #irland leksik mənası #irland sözünün sinonimi #irland sözünün yaxın mənalı sözlər #irland sözünün əks mənası #irland sözünün etimologiyası #irland sözünün orfoqrafiyası #irland rusca #irland inglisça #irland fransızca #irland sözünün istifadəsi #sözlük