* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. Doğru yol göstərmə, doğru yola çəkmə, qəflətdən oyatma. İrşadını bilmədim qənimət; Yüz vay ki, fövt olundu fürsət. Füzuli. Döydülər, söydülər, əl çəkmədim irşadımdan. A.Səhhət. □ İrşad qılmaq klas. – doğru yola gəlmək, qəflətən oyanmaq. Firqətin dövründə çəkdim möhnətü cövrü cəfa; İmdi vəslin yoluna irşad qılmaq vaxtıdır. Xətayi. İrşad etmək klas. – doğru yola çəkmək, qəflətdən oyatmaq. Sən onların dinini bir tərəfə qoy və onların batil olması haqqında heç bir söz söyləmə və beləliklə, onları irşad etməyə başla. M.F.Axundzadə. …Kənarda durmaqla millətin ehtiyacını və dərdü halını bilmək olmaz və … ona kömək vermək, dərdinə əlac tapmaq və onu haqqa irşad etmək qeyrimümkündür. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / irşad3 ə. doğru yol göstərmə, doğru yola sövq etmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / irşad4 (ər. إسشاد ) – dorğu yolu tapmaq, hidayətə çatmaq deməkdir. Bəzən dini terminologiyada müsəlman olmaq, imanlı olmaq yaxud pis vərdişlərdən çəkinmək mənasını ifadə edən ―irşad olunmaq‖ sözündən də istifadə olunur. İrşad olunan adama isə mürşid deyilir. Sufi ədəbiyyatında geniş çərçivədə rast gəldiyimiz mürid – mürşid sistemi də bununla bağlıdır. Mürid sanki müəllim, mürşid isə şagirddir. Təsəvvüf təlimində mürşidlər öz müəllimlərindən sözü gedən təlimi əxz edənlərdir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / irşad1 Ərəbcə “nəsihət verən, yol göstərən” deməkdir. Bir mənası da “sufiliyi öyrətmək hüququna dair sənəd” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / irşad1 сущ. устар. наставление на путь истины. İrşad qılmaq встать на путь истины; irşad etmək kimi наставлять, наставить на путь истины кого
Azərbaycanca-rusca lüğət / irşad1 [ər.] сущ. клас. дуьз рехъ къалурун, дуьз рекьиз чӀугун, дуьз рекъе ттун, вилер ахъаюн, уяхарун; // irşad qılmaq клас. дуьз рекьиз атун, вилер ахъа хьун, уях хьун; irşad etmək клас. дуьз рекьиз чӀугун, вилер ахъаюн, уяхарун.
Azərbaycanca-ləzgicə lüğəti / irşad