işgil sözü azərbaycan dilində

işgil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • işgil • 84.6154%
  • İşgil • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İşgil birləşməsi
İşgil birləşməsi – qasnaq, dişli çarx, mufta və s. hissələri ox və vallara bərkitmək üçün istifadə edilir. == Ümumi məlumat == Bu birləşmələr burucu momenti valdan çarxa və əksinə ötürə bilir. Konstryksiyasının sadəliyi tez yığılıb sökülə bilməsi, çox böyük momenti ötürə bilməsi birləşmənin əsas üstünlüyüdür. Mənfi cəhətləri isə val üzərində işgil və ya şlis yuvası açılması nəticəsində valın və çarxın topunun zəifləməsi, gərginlik konsentrasiyası mənbələrinin əmələ gəlməsi, çox böyük yüklərdə konstruksiyanın dağılmadan qorunmaması və s-dir. İşgil birləşməsi gərginlikli və gərginliksiz olmaqla iki qrupa ayrılır. Yığma əməliyyatı nəticəsində işgildə gərginlik yaranmazsa, belə birləşməyə gərginliksiz işgil birləşməsi deyilir. Prizmatik və seqment şəkilli işgilləri bua misal göstərmək olar. Gərginlikli işgil birləşməsində yığma əməliyyatı zamanı hissələrdə başlanğıc gərginlik yaradılır. Bunlara pazvari işgil birləşməsi aiddir.

işgil sözünün leksik mənası və izahı

  • 1 is. 1. Zənn, şübhə, güman. 2. Çətinlik, maneə, əngəl, çətin vəziyyət. İşgildən çıxmaq. □ İşgil olmaq (törətmək) – mane olmaq, əngəl yaratmaq. İşgil törətmək onun köhnə peşəsidir. İşgilə düşmək – çətinliyə, çətin vəziyyətə düşmək. İşgilə salmaq – əngələ salmaq. Ol badəni kim, əqlimi başdan aparıbdır; Sandın məni, mən sadədili işgilə saldın. Qövsi. 3. məc. Çatışmazlıq, nöqsan, əngəl. [Mirzə Dadaş:] Camaat, görürsünüz ki, bu oğlanın başında bir balaca işgil var. N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / işgil
  • 2 is. məh. dan. 1. Cəftə, qarmaq. [Kosa] … şüşənin sınıq yerindən əlini içəriyə saldı və işgili tərpətdi. S.Rəhimov. 2. Arabanın qolu ilə boyunduruğu birləşdirən nazik ağac. // Arabanın təkəri çıxmamaq üçün oxunun ucuna keçirilən ağac parçası.

    Azərbaycan dilinin izahlı lüğəti / işgil

işgil sözünün sinonimləri (yaxın mənalı sözlər)

işgil sözünün rus dilinə tərcüməsi

  • 1 1 I сущ. 1. шпингалет (металлическая задвижка для запирания створок окна, двери и т.п.) 2. тех. шпонка (соединительная деталь в каком-л. устройстве, механизме и т.п.) II прил. шпоночный. İşgil kəskisi шпоночный резец; işgil dəzgahı шпоночный станок 2 сущ. 1. уловка, увёртка, хитрость 2. затруднение, загвоздка, препятствие. İşgilə düşmək попадать, попасть в затруднительное положение, işgilə salmaq kimi доставлять, доставить затруднения кому, işgil törətmək создавать, создать затруднения, yaranmış işgili aradan qaldırmaq преодолеть возникшее затруднение; işgildə olmaq быть в затруднении 3. дефект, изъян

    Azərbaycanca-rusca lüğət / işgil

işgil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. рах. 1. шефте, чефте, кӀар, къармах; 2. викӀин кӀар; 3. арабадин чарх алай гигинин кӀуфуз ядай ккун (чарх алат тавун патал).

    Azərbaycanca-ləzgicə lüğəti / işgil
  • 2 сущ. 1. шак, гиман, зенд; 2. четинвал, манийвал, энгел, четин везият; işgil olmaq (törətmək) маний хьун, манийвалун, энгелвалун; işgilə düşmək кӀеве гьатун, кӀеве акӀун, четин везиятда гьатун; işgilə salmaq кӀеве ттун, энгелвал авун; 3. пер. кимивал, нукьсан, рехне, энгел.

    Azərbaycanca-ləzgicə lüğəti / işgil

işgil sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Cəbrayıl, Meğri) bax işkil I. – Qapının işgilin yavaçcə vurdum, girdim yerimə (Meğri); – Fe:ruz içəri girib işgili vurdu (Cəbrayıl) II (Ağcabədi, Ağdam, Barana, Göyçay, Kürdəmir, Qazax, Oğuz, Şəki) bax işkil II. – Kəllər ülküf, arava:n işgili sınıtdı (Şəki) III (Tərtər) kotanın hissələrindən birinin adı IV (Qax) kəmərin qaşı. – Habınnan iləri kəmər vurardıx belinə, qizil də oluydu, qumuş da, kəmərin də işgili oluydu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"işgil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işgil nədir? #işgil sözünün mənası #işgil nə deməkdir? #işgil sözünün izahı #işgil sözünün yazılışı #işgil necə yazılır? #işgil sözünün düzgün yazılışı #işgil leksik mənası #işgil sözünün sinonimi #işgil sözünün yaxın mənalı sözlər #işgil sözünün əks mənası #işgil sözünün etimologiyası #işgil sözünün orfoqrafiyası #işgil rusca #işgil inglisça #işgil fransızca #işgil sözünün istifadəsi #sözlük