* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İt balası. Küçüyü qovmaq. Küçüyü yedirtmək. 2. Uşaq, bala mənasında (yüngül söyüş kimi işlənir). Küçüyün biri. – [Rəhim xan:] Amma məni heç bir şey yandırmırdı, o balaca küçük Nadirin öyünməsi. C.Cabbarlı. [Hacı Manaf:] Axtar, küçüyün atasını tap! S.Hüseyn. [Cəmilə:] …Hara gedəcəksə, qoy getsin, … küçüklərini də hara aparırsa, aparsın. E.Sultanov. 3. dan. bax bic2. Köklərdə əlavə tumurcuqlar … yan köklər kimi, kökün daxili hissəsindən, yəni mərkəzi silindrdən əmələ gəlir, … sonralar inkişaf edərək torpaq üzərində yarpaqları olan zoğlar verir ki, bunlara küçük və ya bic deyilir… M.Qasımov. 4. Bəzən “kiçik” əvəzinə işlənmişdir. Hey fələk, gör necə günlər gördük; Azdı hər kəs, nə böyük var, nə küçük… H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / küçük1 KÜÇÜK İstifadə eləyib belə bir yaramazdan; Atmışdılar kənara küçük kimi bir azdan (M.Rahim); ƏNİK (məh.) İtin əniyi it olar (ADDL); İT BALASI.
Azərbaycan dilinin sinonimlər lüğəti / küçük2 I сущ. щенок: 1. детеныш собаки, волка, лисы и т.п. 2. груб. о ребенке 3. перен. груб. молодой, неопытный в каком-л. деле человек; мальчишка, молокосос, пащенок II прил. щенячий. Küçük səsi (zingiltisi) щенячий визг, küçük kimi titrəmək дрожать как щенок
Azərbaycanca-rusca lüğət / küçük1 I. i. 1. (it balası) pup, puppy; (şir, pələng, canavar, tülkü və s. balası) cub, whelp; 2. (söyüş məqamında) whelp; 3. (ağacın biçi) offspring II. s. bax balaca II
Azərbaycanca-ingiliscə lüğət / küçük1 is. caniche f, chiot m, jeune chien m, toutou m ; blanc-bec m ; morveux m (söyüş kimi)
Azərbaycanca-fransızca lüğət / küçük1 сущ. 1. курцӀул, гурцӀул (кицӀин шараг); кваси, кӀватӀи; 2. аял, бала (кьезил экъуьгъун манада); 3. рах. кӀачӀичӀ (кил. bic²); 4. гагь-гагь “гъвечӀи(д)” манада.
Azərbaycanca-ləzgicə lüğəti / küçük(Ağdaş, Kürdəmir, Mingəçevir) ağacın dibindən qalxan, ətrafında göyərən xırda zoğ. – Bir dənə alça küçüyü aldım (Ağdaş); – Albalı küçüklüyüp (Kürdəmir)
Azərbaycan dilinin dialektoloji lüğəti.