Karla sözü azərbaycan dilində

Karla

Yazılış

  • Karla • 98.9712%
  • karla • 0.6173%
  • KARLA • 0.4115%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Karla Diaz
Karla Diaz (isp. Carla Díaz; 19 iyul 1998, Madrid) — ispaniyalı aktrisa və rəqqasə. == Bioqrafiya == Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Karla Peterson
Karla Peterson (isp. Carla Peterson; doğ. 6 aprel 1974, Kordova) — tanınmış Argentina teatr və kino aktrisası, bir çox Argentina seriallarında çəkilib. == Həyatı == Karla Peterson 6 aprel 1974-cü ildə Kordova şəhərində anadan olmuşdu və orada 3 il yaşamışdı. Onun atası aviasiya təlimatçısı, anası isə vəkil idi. Karla üç bacı arasında (bacıları İsveçdə yaşayırlar - Karlanın ailəsi isveçlidir) yaşça ən böyüyüdür. O özünü tanıyandan həmişə aktrisa olmaq arzusunda idi.
Karla Qucino
Karla Qucino (ing. Carla Gugino, 29 avqust 1971, Florida, ABŞ) — amerikalı aktrisa. Əsasən "Günahlar şəhəri" filmindəki Lusill roluna görə tanınır. == Həyatı == Karla Qucino 29 avqust 1971-ci ildə ABŞ-nin Florida ştatında dünyaya gəlib. İtalyan mənşəli amerikalıların ailəsində dünyaya göz açan aktrisa davamlı olaraq anası ilə birlikdə Kaliforniyanın şəhərlərində yaşamalı olub. 15 yaşı olanda onlar San-Diyeqoda yaşayırdılar. Bu zaman model karyerasına başlamaq istəyən Karla Nyu-Yorka getməyi qərara alır. Ancaq boyu hündür olmadığı üçün bu iş perspektiv vəd etmədi və o, Los-Ancelesə köçdü. Xalasının məsləhəti ilə Karla aktyorluq məharəti kurslarına getməyə başladı. Anası isə onu Los-Ancelesə altı aylıq oxumağa göndərmişdi və artıq San-Diyeqoya qayıtmasında israr edirdi.
Karla Bruni-Sarkozi
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Karla Olivares Sousa
Karla Olivares Sousa (isp. Karla Olivares Souza, 11 dekabr 1985, Mexiko) — meksikalı aktrisa, müğənni və modeldir. ABC-nin "How to Get Away with Murder" (Cinayətdən necə yayınmaq olar?) serialında Lorel Kastillo/Kastiyo (isp. Laurel Castillo) rolunda çəkilərək, məşhurlaşıb. == Həyatı == Karla Sousa Mexiko şəhərində anadan olub. Atası Çilidən, anası isə Meksikadandır. 1993-cü ildə 7 yaşlı Karla "Aspen Extreme" filmində çakilmək üçün dəvət alır. Elə bu filmdən başlayaraq Karlanın sənətə marağı başlayır. Nəticədə valideynləri qızının təhsilini fikirləşərək onu Fransaya və İngilitərəyə göndərirlər. İngiltərədə Kral Mərkəzi Nitq və Dram Məktəbində (Royal Central School of Speech and Drama) təhsil alıb.
Karla van der Bun
Karla van der Bun (d. 9 sentyabr 1968) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla van der Bun, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Azərbaycan Karlar İdmanı Federasiyası
== Lisenziyalı federasiyalar == Bu siyahı hal-hazırda rəsmi lisenziyası olan Azərbaycan idman federasiyalarının siyahısıdır. Hal-hazırda respublikada 31 rəsmi federasiya və 1 rəsmi assosiasiya lisenziyalı şəkildə fəaliyyət göstərir. == Digər federasiyalar == Azərbaycan Aykido Federasiyası Azərbaycan Strongmen Federasiyası Azərbaycan Alpaqut Federasiyası Azərbaycan Ciu-Citsu Federasiyası Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası Azərbaycan Çimərlik Futbol Federasiyası Azərbaycan Futzal Federasiyası Azərbaycan Xokkey Federasiyası Azərbaycan Kosiki Karate-do Federasiyası Azərbaycan Qol Güləşi Federasiyası Azərbaycan Pauerliftinq Federasiyası Azərbaycan Reqbi Federasiyası Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası Azərbaycan Yelkənli İdman Federasiyası Azərbaycan İdman Turizmi Federasiyası == Mövcud olmuş federasiyalar == Bəzi federasiyalar bir müddət aktiv fəaliyyət göstərmiş və ya fəaliyyət göstərməmiş, lakin rəsmi lisenziyaya sahib olmuşdur. Sonra isə bu lisenziya ləğv edilmiş və ya müddəti uzadılmamışdır. Bu səbəbdən də həmin federasiyalar ləğv olunmuş və ya fəaliyyətsiz hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == İdman Federasiyaları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi [1] Arxivləşdirilib 2017-12-23 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Daniela Karlan
Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu. Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Karlar obası
Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib. == Tarixi == Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var.Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub. Lənkəran qəzası isə 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi.
Karlayl Kallen
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Karlayl adası
Karlayl adası (ing. Carlisle Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. == Coğrafiya == Yaşayışı olmayan, diametri 6 km olan ada. Herbert adasından 9 km şimal-şərqdə yerləşir. Adada sönmüş vulkan vardır. Maksimal hündürlüyü 1610 metrdir. Soyuq dəniz iqliminə sahibdir. Duman və atmosfer yağıntıları adi haldır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.90 dəfə / 1 mln.
2004 ••••• 1.01
2006 •••• 0.90
2007 ••• 0.63
2008 ••••••••• 1.95
2009 •••••••••••••• 3.04
2010 •••••••••••••••••••• 4.63
2011 ••••••••••••••••••• 4.20
2012 •••••••••••••••• 3.70
2013 ••••••••••••• 2.92
2014 •••••• 1.20
2015 ••• 0.68
2016 0.17
2018 0.15
2020 •• 0.27

"karla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karla nədir? #karla sözünün mənası #karla nə deməkdir? #karla sözünün izahı #karla sözünün yazılışı #karla necə yazılır? #karla sözünün düzgün yazılışı #karla leksik mənası #karla sözünün sinonimi #karla sözünün yaxın mənalı sözlər #karla sözünün əks mənası #karla sözünün etimologiyası #karla sözünün orfoqrafiyası #karla rusca #karla inglisça #karla fransızca #karla sözünün istifadəsi #sözlük