Kaştanki adası
Kaştanki — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir.
== Yerləşməsi ==
Şimal Torpağı arxipelaqına daxil olan Oktyabr İnqilabı adasından 700 m şimal-şərqdə, Qırmızı Ordu boğazının şərqində yerləşir. Ada qərbdən şərqə 2,4 km məsafədə uzanır. Eni 500 m təşkil edir. Adada maksimal hündürlük 8 metrdir. Buzdan tam azad ola bilir. Burada çay və göl yoxdur.