Kerri sözü azərbaycan dilində

Kerri

Yazılış

  • Kerri • 99.9253%
  • kerri • 0.0747%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cim Kerri
Ceyms Eygin "Cim" Kerri (17 yanvar 1962-ci il) - Kanadalı aktyor, komediya ustası və prodüser. Cim 3 dəfə Qızıl Qlobus mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir. == Həyatı == Cim Kerri Nyumarket, Ontario, Kanadada anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır. == Kariyerası == İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi Maska filmi isə ona dünya şöhrəti gətirdi.
Con Kerri
Con Forbes Kerri (11 dekabr 1943[…], Aurora) — ABŞ-nin Massaçusetsdən seçilmiş senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin sədridir. Con Kerrini Azərbaycan dövləti və xalqıyla bağlayan məsələ isə onun və erməni lobbisinin dəstəyi ilə 907-ci düzəliş irəli sürülməsidir. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına əlavə edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Kerri Bredşou
Kerolin “Kerri” Bredşou Preston (ing. Caroline «Carrie» Bradshaw) – Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin və gənclər üçün prikvel-serial “Kerrinin Gündəlikləri”-nin baş qəhrəmanı. Kerri rolunu filmlərdə və serialda aktrisa Sara Cessika Parker, gənc Kerrini isə “Kerrinin Gündəlikləri”-də Annasofiya Robb canlandırmışlar. Bu obrazın prototipı onun yaradıcısı, jurnalist, "The New York Observer"ə məqalələr yazan və kitabın müəlifi olan Kendis Bunşelldir. == Böyük şəhərdə seks == === Obrazın təsviri === Kerri çox dəbli, ağıllı və cazibədardır. O, heç vaxt ruhdan düşmür və heç vaxt yumor hissini itirmir. Onun yaralı yeri ayaqqabıdı. Manolo Blanik, Cimi Çu kimi məşhur dizaynerlərin ayaqqabılarını görəndə özünü saxlaya bilmir. Kerrinin həyatı onun rəfiqələri Miranda, Samanta və Şarlotta ilə sıx bağlıdır. Onun həyatının sevgisi isə Mister Bigdir və Kerri onu serialın altı mövsümü ərzində unuda bilmir.
Kerri Fişer
Kerri Fişer (ing. Carrie Fisher; 21 oktyabr 1956[…], Berbank, Kaliforniya və ya ABŞ – 27 dekabr 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və ssenaristi. == Həyatı == 21 oktyabr 1956-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində Eddi Fişer və Debbi Reynoldsun ailəsində doğulub. 2 yaşı olanda ailə dağılmış və ata məşhur aktrisa Elizabet Teylorla evlənmişdir. Uşaqlıqda aktrisa olmaq arzusu olan Kerri "Central School of Spench and Drama"da təhsil aldı. İlk filmi "Şampun" filminə 1975-ci ildə çəkildi. Aktrisanın karyerasında dönüş yaradan film isə 1977-ci ildə çəkilən Ulduz müharibələri filmində "Şahzadə Leya" obrazı oldu. Daha sonra 1980-ci ildə "Cazmen Qardaşlar" filmində rol aldı. 1990-cı ildə "Postcards from the Edge" filminin sserisini yazmışdır. Kerri Fişer 27 dekabr 2016-cı ildə Londondan qayıdarkən təyyarədə infarkt keçirmişdir.
Kerri Kavano
Kerri Kavano — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Kerri Kennedi
Meri Kerri Kennedi (8 sentyabr 1959, Vaşinqton) — Amerikalı insan hüquqları müdafiəçisi və yazıçı. Robert F. Kennedi və Ethel Skakelin yeddinci uşağı və üçüncü qızıdır. O, insan hüquqları müdafiə edən — Robert F. Kennedi Insan Hüquqları təşkilatının prezidentidir. == Həyatı == Mary Kerri Kennedi 1959-cu ildə Vaşinqton şəhərində anadan olmuşdur. Doğumundan üç gün sonra atası, qardaşının prezidentlik kampaniyasını aparmaq üçün Senat Raketlər Komitəsinin baş məsləhətçisi vəzifəsindən istefa etmişdir. Atası 1968-ci ildə öldürülmüşdür. Putney Məktəbi və Brown Universitetinin məzunudur və Boston College Hüquq Fakültəsindən Juris Doktorunu qazanmışdır. 9 iyun 1990-cı ildə Endryu Kuomo ilə 30 yaşında Vaşinqton, DC-dəki Həvari Matta Katedralində evlənmişdir. Üç qızları var: əkizlər, Kara Etel' Kennedi-Kuomo və Merayya Matilda Kennedi-Kuomo (1995) və Mikaela Andrea Kennedi-Kuomo (1997). Kennedi və Kuomo 2005-ci ildə boşanmışdır.
Kerri Kinq
Kerri Rey Kinq (ing. Kerry Ray King; 3 iyun 1964, Los-Anceles, Kaliforniya) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri. Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" (ing. Golden God) nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" (ing. Golden Gods Awards)). == Həyatı == Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
Kerri Ollivyerre
Kerri Ollivyerre (d. 16 yanvar 1999) — Qrenadalı üzgüçü. Kerri Ollivyerre Qrenadanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kerri Ollivyerre birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.91 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 90-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Neoseiulus kerri
Neoseiulus kerri (lat. Neoseiulus kerri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Kerri-Enn Moss
Kerri-Enn Moss (ing. Carrie-Anne Moss; 21 avqust 1967) – kanadalı aktrisa. Özünün "Matriks" serialında, Suvenir və "Şokalad" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. == Həyatı və karyerası == === Gənclik dövrü === Kerri-Enn Moss Vankuver Kanadanın Britaniya Kolumbiyası əyalətində anadan olub. Onun Bruk adlı böyük qardaşı vardır. Ennin anası Barbara qızının adının o vaxtlar əfsanəvi hit olan Hollies-dən "Kerri Enn" mahnısından götürmüşdür. Moss həyatının böyük hissəsini anası ilə Vankuverdə keçirib. 11 yaşında o, Vankuverdə uşaq musiqi teatrında çıxış edir və sonradan Avropaya konsert turuna yollanır. O vaxtlar Enn ilə birlikdə onun sinif yoldaşı Hill Bellou da yola düşmüşdü. Turdan qayıtdıqdan sonra o, Amerikan Dram İncəsənət Akademiyasını daxil olur.
Kerri (film, 2013)
Kerri (ing. Carrie) 2013-cü il Amerika istehsalı olan qorxu, fövqəltəbii və dram janrlı filmdir. Bu film 1978-ci ildə eyni adlı əsər əsasında Metro-Goldwyn-Mayer tərəfindən hazırlanmış filmin motivləri əsasındadır.Əsas rollara Kloe Qreys Moretz və Culianna Mur çəkiliblər. == Məzmun == Marqaret Vayt yalnız yaşadığı evdə tək başına uşaq dünyaya gətirir. O uşaq isə onun günahının məhsuludur. Dindar olan Marqaret əvvəlcə uşağı öldürmək istəyir, lakin daha sonra fikrini dəyişir. İllər keçir. Kerri Vayt utanqac və ətrafdakılar tərəfindən təhqir və tədric olunan bir qızdır. Bir gün idman dərsindən sonra hamamda Kerridə ilk dəfə olaraq qadın xəstəliyi baş verir. Bunun nə olduğunu bilməyən Kerri qanaxmadan öləcəyini fikirləşir və qorxaraq digər qızların yanına qaçır və qışqıraraq onlardan kömək istəyir.
Crypturellus kerriae
Crypturellus kerriae (lat. Crypturellus kerriae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Rafflesia kerrii
Rafflesia kerrii (lat. Rafflesia kerrii) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Solanum kerrii
Solanum seaforthianum (lat. Solanum seaforthianum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum cyrrhosum Dunal Solanum kerrii Bonati Solanum prunifolium Roem. & Schult. Solanum salignum Roem. & Schult.
Uillis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; XIX əsr – 7 oktyabr 1950, Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. == Həyatı == U.Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. == Fəaliyyəti == İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Villis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; XIX əsr – 7 oktyabr 1950, Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. == Həyatı == U.Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. == Fəaliyyəti == İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.31 dəfə / 1 mln.
2003 1.18
2004 ••• 8.42
2005 0.67
2006 2.03
2007 0.42
2008 0.49
2009 0.96
2010 •• 3.72
2011 0.86
2012 1.72
2013 •••••••••••••••••••• 67.39
2014 ••••••••••••••••• 55.26
2015 ••••• 16.33
2016 ••••••• 21.69
2017 1.79
2018 0.75
2019 2.09
2020 1.33

Oxşar sözlər

#kerri nədir? #kerri sözünün mənası #kerri nə deməkdir? #kerri sözünün izahı #kerri sözünün yazılışı #kerri necə yazılır? #kerri sözünün düzgün yazılışı #kerri leksik mənası #kerri sözünün sinonimi #kerri sözünün yaxın mənalı sözlər #kerri sözünün əks mənası #kerri sözünün etimologiyası #kerri sözünün orfoqrafiyası #kerri rusca #kerri inglisça #kerri fransızca #kerri sözünün istifadəsi #sözlük