* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [alm. Kittel] Hərbi biçimdə pencək, dikyaxalı kurtka. Pristav və yoldaşları əyləşdilər. Onlar kitellərinin yaxasını açdılar. İ.Şıxlı. Hələ əynində olan və onun mütənasib bədəninə, dikbaxışlı qumral gözlərinə … çox yaraşan poqonsuz bir kitel vardı. M.Rzaquluzadə. Pristav kitelinin dal cibindən yekə ağ dəsmal çıxarıb pazı kimi qırmızı peysərinin tərini sildi. Ə.Abasov.
Azərbaycan dilinin izahlı lüğəti / kitel1 [alm. Kittel] китель (тик хев авай куртка, аскер формадин пенжек).
Azərbaycanca-ləzgicə lüğəti / kitel