* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Söykənəcəyi olmayan sadə stul, kürsü; taburet. …Şərəfoğlu ağ kətili taxtın yanına çəkib, əlini Rüstəm kişinin başına qoydu. M.İbrahimov. Bucaqda yükün bir tərəfində paltar-palaz, qab-qacaq, o biri tərəfində kətil üstündə radio cihazı qoyulmuşdu. R.Rza. Qapının qabağında, kiçik bir kətilin üstündə bir arvadın oturub çubuq çəkdiyini gördü. S.Rəhman. 2. Divar hörgüsündə daş və ya kərpiclər arasına, yaxud pəncərə divarlarının üstünə qoyulan dirək parçası, ağac.
Azərbaycan dilinin izahlı lüğəti / kətil1 KƏTİL (söykənəcəyi olmayan stul) [Həmid] köhnə kətildə əyləşib dincini alanda Mikayılla İsmayıl sevinə-sevinə heyətə çıxdı (H.Abbaszadə); TABURET(KA) Gülgəz kənarda taburetkanın üstündə əyləşib buğlanan suya tamaşa eləyə-eləyə xəyala getdi... (B.Bayramov).
Azərbaycan dilinin sinonimlər lüğəti / kətil2 сущ. 1. табурет, табуретка (стул без спинки). Uşaq kətili детская табуретка 2. диал. балка (деревянный брус, укрепленный концами в две противоположные стены или устои и служащий поддержкой настила пола, потолка и др.) 3. строит. козлы (брусья, жерди с укрепленными сверху досками, служащие опорой, подставкой для чего-л.)
Azərbaycanca-rusca lüğət / kətil1 сущ. 1. табуретка; 2. китил (кьеверин кӀаникай цлал вегьидай кӀарасар; дакӀардин-рикӀинин кьилер).
Azərbaycanca-ləzgicə lüğəti / kətilI (Xocavənd, İmişli) yeni doğmuş heyvanın ilk südündən bişirilən yemək II (Dərbənd, Quba, Mingəçevir) ev tikərkən tirlərin altına qoyulan ağac. – Bizdə əvlər daşdan tikilədü, kətili tirlərün artinə quyaduğ ki, ular düz utursun (Dərbənd)
Azərbaycan dilinin dialektoloji lüğəti.