Krista sözü azərbaycan dilində

Krista

Yazılış

  • Krista • 93.4426%
  • krista • 3.2787%
  • KRİSTA • 3.2787%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Atom kristal qəfəsi
=== Atom kristal qəfəsi === Düyünlərində bir-biri ilə kovalent rabitələr ilə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəs == Xarakteristikası == Atom qəfəsinin düyünlərində neytral atomlar yerləşir. Atomlar arasında kovalent rabitə onların valent elektronlarının qoşalaşması hesabına yaranır. Atom kristal qəfəsində atomlar da ionlar kimi fəzada müxtəlif vəziyyətdə yerləşir və nəticədə müxtəlif formalı kristallar əmələ gəlir. Kristalda kovalent rabitə sp elementləri üçün xarakterik olur. Məsələn, həm almazın, həm də qrafitin kristal qəfəsinin düyünlərində karbon atomları mövcuddur. Düyün nöqtələrində yerləşən bu atomların müxtəlif cür yerləşməsi ilə əlaqədar olaraq, almaz kristalları oktaedr, qrafit kristalları isə prizma şəkillidir. == Uyğun element və birləşmələr == Karbonun allotropik şəkildəyişmələri (almaz, qrafit, fülleren, karbin), eləcə də bəzi elementlər (silisium, germanium) atom kristal qəfəs quruluşludur. Karbonun allotropik şəkildəyişmələrinin kristal qəfəsinin tipi eyni olsa da, quruluşu fərqlidir. Atom kristal qəfəs əmələ gətirən maddələrə B, C, Si, SiC, SiO2 , qırmızı və qara fosforu misal göstərmək olar. SiC və SiO2 atom kristal qəfəsli olsalar da, atomlar arasındakı rabitə polyar kovalent rabitə ilə yaranmışdır.
Bakı Kristal Zalı
Bakı Kristal Zalı — Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi. Əvvəllər rəsmi olaraq təsdiqlənməsə də 2012 Avroviziya Mahnı Müsabiqəsidə burada keçirilmişdi. == Ümumi məlumat == 5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 10 yanvar 2012-ci il tarixinə zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırıldı. Dam örtüyünün çəkisi 2400 tondu. İnşaat prosesində 500 nəfər çalışmışdır. Avroviziya müsabiqəsinin keçirilməsi üçün 6 həftəyə ərsəyə gəlmiş olan — "Bakı Kristal Zalı"nın səhnəsində işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb.
Fraksion kristallaşma
Fraksion kristallaşma — maqmada kristallaşan mineralların qravitasion çökməsi qalıq mayenin sıxılıb çıxarılması və başqa proseslər nəticəsində maqmatik ərinti və ya məhlul ilə bərk faza arasındakı qarşılıqlı təsirin kəsilməsi. Fraksion kristallaşma diferensial kristallaşma şəklində baş verir. Bu proses təbii ərintilərin (maqmanın) diferensiasiyasının əsas yollarından biridir. == Həmçinin bax == Qravitasion çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kano Kristales
Kano Kristales (isp. Caño Cristales) — Kolumbiyanın Meta əyalətində olan çaylardan biri. Çay adətən "Beş Rənglər çayı", "Maye Göy qurşağı" və "Dünyanın ən gözəl çayı" adlanır.
Kristabel Borq
Kristabel Borq (ing. Christabelle Borg; d. 28 aprel, 1992, Mcarr, Malta) və ya sadəcə Kristabel — Malta müğənnisi, bəstəkarı və aparıcısı. O, "Taboo" mahnısı ilə Maltanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. == Həyatı == Kristabel Borq 28 aprel 1992-ci ildə Malta adasında anadan olmuşdur. O, Los-Ancelesdə yerləşən Dağ Müqəddəs Merinin kollecində təhsil almış və 2014-cü ildə orada təhsilini bitirmişdir. Daha sonra isə Malta Universitetində mühasibat ixtisası üzrə təhsil almışdır. == Musiqi karyerası == Kristabel öz karyerasını yeniyetmə yaşlarından Maltanın Teen Trouble və Teen Traffic televiziya proqramları ilə başlatmışdır. 2014-cü ildə Kristabel ifa etdiyi "Lovetricity" mahnısı Maltanın Avroviziya üçün təşkil olunan milli seçim turunda iştirak etmiş və səkkizinci yeri tutaraq, məğlub olmuşdur. Növbəti ildə yenidən seçim turuna qayıdan ifaçı səsləndirdiyi "Rush" mahnısı ilə finalda ikinci, 2016-cı ildə isə "Kingdom" mahnısı ilə dördüncü yerdə qərarlaşaraq, milli seçim turunda növbəti məğlubiyyətlə üzləşmişdir.
Kristafano Allori
Kristafano Allori (17 oktyabr 1577, Florensiya – 1 aprel 1621[…], Florensiya) — barokko dövrünün italyan rəssamı. Karavacionun müasiri olan Allori 1616–1618-ci illərdə Kasimo di Mediçinin himayəsi altında rəssamlıq etmişdir. Allori dövrünün ən məşhur əsəri olan "Judith with the Head of Holofernes" rəsminin müəllifidir. Əsərlərində daha çox drammatik mövzulara yer vermişdir. Allori işıq və kölgədən inanılmaz dərəcədə ustalıqla istifadə etmişdir. İşıq və kölgədən ibarət bu tərzini portretlərində görmək mümkün deyil. Allorinin əsərlərinin çoxu hazırda Detroyt İncəsənət İnstitutunda və Ermitaj muzeyində sərgilənməkdədir.
Kristal Gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi.Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı. Bütün yəhudilərin 50% -i Almaniyanın 10 ən böyük şəhərində, o cümlədən Berlin (təxminən 160.000), Frankfurt (təxminən 26.000), Breslau (təxminən 20,000), Hamburq (təxminən 17,000), Köln (təxminən 15.000), Hannover (təxminən 13,000) və Leypsiq (təxminən 12,000) məskunlaşmışdı.
Kristal Palas
Kristal Palas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Palas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Palas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kristal Palas FK
Kristal Palas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Palas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Palas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kristal bənövşəyi
Kristal bənövşəyi - əsas trifenilmetan boyasıdır. Parlaq yaşıl kristalların görünüşünə malikdir və biologiyada turşu-əsas göstəricisi və müxtəlif rəngli preparatlar üçün istifadə olunur. Bürünc parıltılı yaşıl kristallar susuz formada mavi rəngə malikdir. Molar kütləsi 407,99 q/mol təşkil edir. 215 °C-də parçalanır. spirtdə yaxşı həll olandan sonra, xloroformda və qliserində həll olur, efirdə həll olmur. Sulu məhlullar bənövşəyi rəngə malikdir, xlorid turşusu əlavə edildikdə rəngi dəyişir. Boya məhluluna natrium hidroksid əlavə edilməsi bənövşəyi çöküntünün əmələ gəlməsinə səbəb olur. Molar kütləsi 570,12 q/mol olan C25H30N3Cl•9H2O tərkibli kristalhidrat əmələ gətirir. == Alınması == Dimetilanilin və Mixler ketonundan fosfor oksixlorid vasitəsilə sintez edilir.
Kristal qəfəslər
Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-ion, atom, molekul və metal kristal qəfəsi olur. == İon kristal qəfəsləri == Düyünlərində ion rabitələrlə birləşmiş müsbət və mənfi yüklü ionlar olan kristal qəfəslərinə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri duzlardır. Məsələn, natrium-xloridin kristal qəfəsi kub şəklindədir və onun düyünlərində müsbət yüklü natrium və mənfi yüklü xlorid ionları yerləşir. İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu və müəyyən bərklikdə olur. == Atom kristal qəfəsləri == Düyün nöqtələrində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş atomlar olan kristal qəfəsinə atom kristal qəfəsləri deyilir. Atom kristal qəfəsi olan maddələrə B, C (almaz, qrafit), Si, SiO2 (kvars), SiC, qara və qırmızı fosforu misal göstərmək olar. Bu maddələrin əksəriyyəti çox bərk olur və onlar üçün yüksək ərimə temperaturu xarakterikdir. == Molekul kristal qəfəsləri == Düyün nöqtələrində molekullar olan kristal qəfəslərinə molekul kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəsi əmələ gətirir.
Kristal sahə nəzəriyyəsi
Kristal sahə nəzəriyyəsi — mahiyyətcə kimyəvi rabitənin klassik nəzəriyyəsinə yaxın olub, kompleksəmələgətirici ilə liqandlar arasında yalnız elektrostatik qarşılıqlı təsiri qəbul edir. Kristal sahə nəzəriyyəsinin riyazi hesablamaları ilk dəfə 1929-cu ildə alman alimi Bete tərəfindən aparılmışdır. == İzahı == Klassik təsəvvürlərdən fərqli olaraq, kristal sahə nəzəriyyəsində liqandların kompleksəmələgətiricinin elektronlarına təsiri nəzərdə tutulur. başqa sözlə, kristal sahə nəzəriyyəsi kompleksəmələgəlmə prosesi ilə əlaqədar olaraq bütün hadisələri kompleksəmələgətiricinin sərbəst ionlarının (məsələn, Co3+, Fe2+ və s.) liqandların elektrostatik sahəsinə düşməsi zamanı elektron təbəqələrində gedən dəyişikliklə izah etməyə çalışır. Müəyyən edilmişdir ki, kompleks birləşmələrdə liqandların elektrostatik sahəsi, bərk maddələrin kristal şəbəkələrini təşkil edən ionların yerləşdiyi elektrostatik sahə ilə tamamilə oxşardır. Məsələn, [Fe(CN)6]4--də Fe2+ ionu altı liqandın elektrostatik sahəsi təsirində olduğu kimi, NaCl-in kristal şəbəkəsində Na+ ionu da altı Cl- ionun elektrostatik sahəsində yerləşir. Həm də hər iki halda fəza mərkəzində müsbət yüklü ion yerləşən oktaedr əmələ gəlir. Beləliklə, kompleks birləşmələrdə kompleksəmələgətirici ionun vəziyyəti ilə kristal şəbəkələrində müsbət ionların vəziyyəti arasında belə oxşarlığın mövcudluğuna əsasən kompleks birləşmələrin tədqiqi ilə məşğul olan bu nəzəriyyə kristal sahə nəzəriyyəsi adını almışdır. Liqandların yaratdığı sahə qüvvətli olduqda Δ qiyməti də böyük olur. Liqandların sahəsi ilə Δ qiymətinin arasındakı emprik asılılıq aşağıdakı kimidir: I− < Br− < S2− < SCN− < Cl− < NO3− < N3− < F− < OH− < C2O42− < H2O < NCS− < CH3CN < py < NH3 < en < bipy < phen < NO2− < PPh3 < CN− < CO Δ qiyməti artır.
Kristallar
Kristallar — atom və ya molekulları müəyyən nizamlı vəziyyət tutan bərk cisimlərdir. Monokristallar — eyni bir elementar qəfəsin(struktur elementinin) bütün istiqamətlərdə təkrarlanması ilə yaranan kristala deyilir. Bu nizamlı düzülüş kristalın xarici formasında da özünü büruzə verir.Təbiətdə rast gəlinən bütün monokristalları eiementar qəfəsin formasına görə yeddi sinqoniyaya, malik olduqları simmetriya elementlərinin dəstinə görə 32 kristalloqrafik sinifə ayırmaq olar.Monokristalları digər bərk cisimlərdən fərqləndirən əsas əlamət onların fiziki xassələrinin istiqamətdən asılı olmasıdır. Anizotropluq — fiziki xassələrin istiqamətdən asılı olmasına deyilir. Monokristalların elektrik keçiriciliyi ,istilik keçiriciliyi,optik xassələri,mexaniki xassələri və s. istiqamətdən asılıdır. Polikristallar — çoxlu sayda kiçik və müxtəlif istiqamətlərdə yönəlmiş monokristallardan yaranmış bərk cisimlərdir.Polikristallardan məsələn metallardan istənilən formalı cisimlər düzəldilir. Amorf cisimlər — atom və ya molekulları müəyyən nizamlı vəziyyət tutmayan bərk cisimlərdir.Bəzən eyni bir cisim (məsələn kvars) həm amorf həm də kristal şəklində ola bilər.
Kristallik sipər
Kristallik sipər -(rus. кристаллический щит, ing. shield) platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. «Sipər» termini E. Zyüss (1885), «Kristallik sipər» isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Kristalloqrafiya
Kristalloqrafiya — kristallar və kristallik maddə haqqında elm. Həndəsi, fiziki və kimyəvi kristalloqrafiyaya bölünür. Həndəsi kristalloqrafiya simmetriya və kristallik cisimlərin formaları, fəza qəfəsləri quruluşların həndəsi qanunları haqqında təlimləri birləşdirir. Fiziki kristalloqrafiya kristalların fiziki xassələrini tədqiq edir və kristalların rentgenometriyası və optikası kimi müstəqil sahələrə ayrılır. Kimyəvi kristalloqrafiya kristallik cismlərin kimyəvi quruluşunun kompleks məsələlərini tədqiq edir. Kristalların forma və həndəsi quruluşunun, onların fiziki xassələri və kimyəvi tərkibi ilə əlaqədar məsələlər kristalloqrafiya müstəqil sahəsi olan kristallokimyanın tədqiqat obyektidir. Kristalloqrafiya mineralogiyanın bir qoludur, mineralların forma və daxili quruluşlarını araşdırır. X-şüaları ilə həyata keçirilən quruluş tədqiqatlarında, atom və ya molekulların üç ölçülü tənzimlənməsi araşdırılır. Mineral kristallarında fiziki-kimyəvi olaraq atom və molekulları müəyyən bir qaydada olurlar. Amorf (formasız) kristallarda və ya minerallarda, atomlar və ya molekullar ixtiyari bir sıralanma nümayiş etdirirlər.
Kristanna Loken
Kristanna Sommer Loken (8 oktyabr 1979, Qent, Nyu-York ştatı) — ABŞ aktrisası və keçmiş modeli, mənşəcə norveçlidir. == Həyatı == Kristanna Sommer Loken 8 oktyabr 1979-cu ildə Qentdə doğulub.
Kristapor İvanyan
Kristapor İvanyan (erm. Քրիստափոր Իվանյանի, 20 dekabr 1920, Tiflis, Gürcüstan – 30 avqust 1999, Sankt-Peterburq) — Sovet və Ermənistan hərbi generalı. O, həm İkinci dünya müharibəsində, həm də Qarabağ müharibəsində iştirak etmiş və qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun yaradıcılarından biridir.
Kristaps Veksa
Kristaps Veksa (30 yanvar 1994) — Latviyalı peşəkar kişi BMX velosipedçisi. Kristaps Veksa Latviyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Kristaps Veksa 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda yarışı sona qədər başa vura bimədi və 91-ci yeri tutdu.
Kristara Barrinqton
Kristara Barrinqton (22 noyabr 1965) — Cənubi Koreya əsilli ABŞ pornoaktrisasıdır. 1983–1989-cu illər ərzində 230-dan artıq pornoqrafik filmlərdə iştirak etmişdir.
Maye kristallar
Maye kristalların növləri
Taboo (Kristabel mahnısı)
Taboo (azərb. Tabu‎) — Maltanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Kristabel Borq "Taboo" mahnısı ilə Maltanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Conni Sançez, "Euphoria" mahnısının bəstəkarı Tomas Cison, ifaçı Kristabel Borq və maltalı bəstəkar Muxunun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Yeddi kristal kürə
Yeddi kristal kürə - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 13-cü hissəsidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2003 ••••• 0.39
2004 •••• 0.34
2008 ••• 0.24
2009 •••••• 0.48
2010 •• 0.18
2013 •••••••••••••••••••• 1.90
2014 •• 0.17
2016 •• 0.17
2018 •• 0.15
2019 •• 0.14
2020 •• 0.13

"krista" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#krista nədir? #krista sözünün mənası #krista nə deməkdir? #krista sözünün izahı #krista sözünün yazılışı #krista necə yazılır? #krista sözünün düzgün yazılışı #krista leksik mənası #krista sözünün sinonimi #krista sözünün yaxın mənalı sözlər #krista sözünün əks mənası #krista sözünün etimologiyası #krista sözünün orfoqrafiyası #krista rusca #krista inglisça #krista fransızca #krista sözünün istifadəsi #sözlük