Krit sözü azərbaycan dilində

Krit

Yazılış

  • Krit • 97.5728%
  • krit • 2.4272%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Krit
Krit (yun. Κρήτη / Kriti) və ya Kirid (osm. گريد / Girid) — Yunanıstanın tərkibində, Aralıq dənizində ada. Sahəsi 8,3 min km², əhalisi 537,2 min nəfərdir. == Tarixi == Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Krit Roma tərəfindən işğal edilmişdi. 395–823, 961–1204-cü illərdə Bizansa, 823–961-ci illərdə ərəblərə məxsus idi. 1204-cü ildə səlibçilər Kriti zəbt etmiş və Venetsiyaya satmışdılar. 1715-ci ildən Osmanlı imperiyasının tərkibində idi.
Krit (periferiya)
Krit (yun. Περιφέρεια Κρήτης) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Əhali sayı 623.065 nəfərdir. Sahəsi — 8335,88 . Əhalinin sıxlığı 74,74. İnzibati mərkəzi — İraklion.
Krit adası
Krit (yun. Κρήτη / Kriti) və ya Kirid (osm. گريد / Girid) — Yunanıstanın tərkibində, Aralıq dənizində ada. Sahəsi 8,3 min km², əhalisi 537,2 min nəfərdir. == Tarixi == Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Krit Roma tərəfindən işğal edilmişdi. 395–823, 961–1204-cü illərdə Bizansa, 823–961-ci illərdə ərəblərə məxsus idi. 1204-cü ildə səlibçilər Kriti zəbt etmiş və Venetsiyaya satmışdılar. 1715-ci ildən Osmanlı imperiyasının tərkibində idi.
Krit dənizi
Krit dənizi (yun. Κρητικό Πέλαγος) — Aralıq dənizinin şimalında, Krit adası ilə Egey dənizi arasında yerləşən dəniz. Dənizin cənubunda Liviya dənizi şimalında Egey dənizi, şərqində isə İkari dənizi ilə əhatələnir. Krit adası və Kikland adaları arasında yerləşir. Sahillərində Kissumos, Krit, Xauya, Anafi, Kasoş, Suda, Retimnon, İraklion və Sitiya şəhər və limanları yerləşir. Buxtalarına misal kimi Xanya, Suda (Krit adasının şimal-qərbi), Nirabello (Krit adasının şərqi).
Krit vilayəti
Krit vilayəti — Osmanlı İmperiyası tərkibində, 1867–1897–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi ilk öncə Kandiye, daha sonra Xanya şəhərləri olmuşdu.
Krit əmirliyi
Krit əmirliyi — Krit adasında 825 - 961 -ci illərdə mövcud olmuş müsəlman dövləti. Ada əhalisi və hakim Hafsid sülaləsi islamın sünni təriqətini ibadət edirdilər. == Ədəbiyyat == Рыжов К. Все монархи мира. Мусульманский Восток VII-XV вв. М.Ş изд. Вече,2004, стр.473-4, стр.544, isbn 5-94538-301-5, т.3000 Айдын Ариф оглы Али-заде, Хроника мусульманских государств I-VII вв.Хиджры, изд. 2-е, испр. и доп., М., изд.Умма, 2004,стр. 255, стр.445. isbn 5-94824-111-4,тираж 5000.
Krit əməliyyatı
Krit əməliyyatı (almanca: Luftlandeschlacht um Kreta, yunanca: Μάχη της Κρήτης) və ya digər adı ilə Merkuri əməliyyatı İkinci dünya müharibəsi ərzində Yunanıstanın Krit adasında baş vermiş hərbi münaqişə. Krit əməliyyatı dünya tarixində paraşütçülərin iştirak etdiyi ən böyük hərbi əməliyyat hesab olunur və hələ də bütün dünyada paraşüt diviziyalarına taktiki cəhətdən tədris olunur. Hər nə qədər müttəfiq qoşunların Market Garden əməliyyatında daha çox sayda paraşütçü iştirak etsə də, həmin əməliyyatda zirehli birliklərdən istifadə olunduğuna görə, hava dəstəyi xaricində heç bir dəstək olmadan baş tutan bu alman hücum əməliyyatı ən böyük hava endirmə (paraşütçü) əməliyyatı olaraq qəbul edilir.25 aprel 1941-ci ildə Adolf Hitler tərəfindən imzalanan 28 saylı direktivlə Krit adasına hücum planı təsdiqlənir. Merkuri əməliyyatı kod adı ilə hazırlanan plana əsasən bu döyüş əməliyyatında Alman ordusunun 7-ci Paraşüt diviziyası, 5-ci dağ-atıcı diviziya və planör alayı iştirak edir. Hərəkat minə yaxın alman təyyarəsi tərəfindən dəstəklənir. General Ştudentin planına görə, ilk hücum hədəfi adanın şimalında strateji cəhətdən əlverişli ərazi olan Maleme olmuşdur. İlk olaraq bu əraziyə endirilən paraşütçülər yaxınlıqda yerləşən aerodromu ələ keçirmiş və əməliyyata sonradan qatılan digər birliklər və təyyarələr döyüşün gedişində həmin yerdən istifadə etmişdir. Əməliyyat 20 may 1941-ci il tarixində 3 min nəfərə qədər alman paraşütçülərin Krit adasına endirilməsi ilə başlamışdır. Həmin zaman adada təqribən 28,600 nəfərə yaxın müttəfiq qoşunları mövqe tutmuşdu. Almanlar paraşüt və planörlərlə iki minə qədər əsgəri adanın şimalında yerləşən Malemeyə endirir və bunun ardınca qısa zaman çərçivəsində adaya ümumilikdə 22 minə yaxın əlavə qoşun hissələri endirilir.
Vai (Krit)
Vai çimərliyi (yun. Βάι; yun. Φοινικόδασος του Βάι) — Kritin şərqində rerləşən milli park == Ümumi məlumat == Vai Sitiya şəhərindən 28 km və İtan kəndindən isə 2 km aralııda yerləşir. Burada Teofrast palması endemik bitkidir. Burada yerləşən meşə Avropada ən böyük təbii palma meşəsidir. Meşə 200 ha ərazini əhatə edir. Belə düşünülür ki, bu palma meşəliyini ilk dəfə finikyalılar və ya dəniz quldurları olan ərəblər salmışlar. == Görməli yerləri == Palmalı Vai çimərliyi qumdan ibarətdir. Dənizin dibi isə daşlıqdır. XV əsrə aid yunan kilsəsi parkın kənarında yerləşir.
Cırtdan Krit begemotu
Cırtdan krit begemotu (lat. Hippopotamus creutzburgi) — tükənmiş növ olaraq müasir Begemotlar cinsinə aiddir. Vaxtı ilə Krit adasında yayılmışdı. Bu növ iki yarımnövə bölünürmüş: Hippopotamus creutzburgi creutzburgi Hippopotamus creutzburgi parvusCırtdan krit begemotunun sümükləri ilk dəfə Doroteey Beyt tərəfindən 1920-ci ildə Krit adasının şərqində aşkarlanmışdır. Cırtdan krit begemotu çox guman ki, Avropa begemotundan törəmişdir.
Krit (desentralizasiya idarəsi)
Krit (yun. Αποκεντρωμένη Διοίκηση Κρήτης) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, eyni adlı Krit periferiyasından ibarətdir. İdarənin mərkəzi — İraklion şəhəridir. Desentralizasiya idarəsi 2011-ci ildə Kallikratis proqramı çərçivəsində yaradılmışdır (Qanun 3852/2010). == Xarakteristikaları == Krit desentralizasiya idarəsinin sahəsi 8.336 kvadrat kilometr və əhalisi 623.065 nəfər təşkil edir. Sıxlığı 43,27 nəf./km2. == İstinadlar == == Ədəbiyyat == Ministry of Interior. Structure and operation of local and regional democracy. // Council of Europe (January 2013).
Krit zəlzələsi (1303)
Krit zəlzələsi — 1303-cü ilin 8 avqustunda Krit şəhərində meydana gəlmiş təbiət hadisəsi. Mercalli intensivlik şkalasına görə, təxmin edilən böyüklüyü 8, şiddəti 9 idi. Krit və İskəndəriyyədə ciddi ziyan və insan tələfatına səbəb olan böyük bir sunamiyə səbəb oldu. == Tektonik vəziyyət == Bu zəlzələnin ən çox ehtimal olunan yeri olan Yunan qövsü, Afrika lövhəsinin Egey dənizi plitəsinin altına keçməsi ilə əlaqədar əyri bir tektonik xüsusiyyətə malikdir. Qərbi Avrasiyanın ən aktiv seysmik bölgələrindən biridir və Misirə də təsir edən böyük zəlzələlər tarixinə malikdir. == Xəsarət == Zəlzələ və sunaminin Kritin Heraklion şəhərində dağıdıcı təsirlərə malik olduğu qeyd edildi. Ətraflı məlumatı, zəlzələ günü və iyirmi gün sonra Herakliondan məsul olan Venesiya rəhbərliyinə verilən hesabatlardan əldə etmək olar. Adanın hər tərəfindəki Heraklionanın əsas ictimai binalarına və qalalarına vurulan ziyanın miqyasını təsvir edir. Hesabatlarda, qurbanların çoxunun qadın və uşaqlar olduğu bildirilir. İskəndəriyyədə də böyük daşqın oldu.
Krit müharibəsi (1645-1669)
Krit müharibəsi və ya Kritin fəthi (yun. Κρητικός Πόλεμος, it. Guerra di Candia ) — Osmanlı-Venesiya müharibələrinin beşincisinə verilən ad. Müharibə Venesiya Respublikası ilə müttəfiqləri (Malta, Papalıq və Fransa Krallığı) və Osmanlı İmperiyası arasında aparıldı. Krit adasının fəthi 1645-ci ildə başlamış və 1669-cu ilə qədər davam etmişdir. Müharibə çərçivəsində Krit xaricində Egey dənizi və Dalmaçiya sahillərində qarşıdurmalar yaşandı. Kritin böyük bir hissəsi müharibənin ilk illərində Osmanlılar tərəfindən fəth edilərək Krit vilayətinə çevrilsə də, Heraklion qalası uzun müddət müqavimət göstərməyə davam etdi. Mühasirə zamanı Venesiyalılar, Osmanlı təchizat yollarını kəsərək ordunu geri çəkilməyə məcbur etməyi hədəflədilər. Beləliklə, qarşıdurmalar sadəcə ada ilə yetinmədi müxtəlif dəniz döyüşləri və sahil basqınları baş verdi.
Koşi kriteriyası
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. ( , ) m m x y ,( , ) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Kritik infrastrukturlar
Kritik infrastrukturlar − 2001-ci ildə ABŞ-də qəbul edilmiş Vətənpərvərlik Qanununda “kritik infrastruktur” anlayışı aşağıdakı kritik infrastruktur sektorlarını və resurslarını əhatə edir: kimya sənayesi fövqəladə xidmətlər informasiya texnologiyaları; poçt; telekommunikasiya; nəqliyyat sistemləri (avtobus, təyyarə, gəmi, avtomobil sistemləri, dəmiryolu sistemləri və boru kəməri sistemləri daxil olmaqla). == Regional kritik infrastrukturun qorunması proqramları == Avropa Birliyi Kritik infrastrukturun qorunması üzrə Avropa Proqramı Komissiya tərəfindən hazırlanmışdır. Üzv Dövlətlər tərəfindən təkliflərə əsaslanan Avropa kritik infrastrukturların siyahısı təklif edilmişdir. Almaniya Alman kritik infrastrukturun qorunması proqramı Federal Daxili İşlər Nazirliyi tərəfindən koordinasiya edilir. Həmin proqrama Alman Federal İnformasiya Təhlükəsizliyi İdarəsi və ya Vətəndaş Müdafiəsi və Fəlakətə Yardım Federal İdarəsi kimi xüsusi qurumlarından bəziləri müvafiq məzmun verir, məsələn, İT sistemləri. Birləşmiş Krallıq Böyük Britaniyada Milli İnfrastrukturun Müdafiəsi Mərkəzi Böyük Britaniyanın milli infrastrukturunu təşkil edən, terrorizm və digər təhlükələrə qarşı zəifliyini azaltmağa kömək edən müəssisələrə və təşkilatlara məlumat, personal və fiziki təhlükəsizlik məsləhətləri verir. Amerika Birləşmiş Ştatları ABŞ 1996-cı ildən etibarən Kritik İnfrastruktur Müdafiə Proqramına malikdir. 2014-cü ildə NIST Cybersecurity Framework ilk dəfə nəşr edilib və tezliklə məşhur təlimat dəstinə çevrilmişdir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Kritik mach
Aerodinamikada, bir təyyarənin kritik Mach sürəti, qanadın kiçik bir hissəsi üzərindəki axının səs sürətinə çatdığı ən kiçik Mach sürətidir. Uçuşda olan bütün avianəqliyyat vasitələri üçün, nəqliyyat vasitəsinin ətrafında dövran edən havanın sürətinin artmasından və ya azalmasından, nəqliyyat vasitəsinin ətrafındakı hava axını nəqliyyat vasitəsinin hava sürəti ilə eyni deyildir. Kritik Mach sürətində, təyyarənin özü 1,0 Mach sürətindən daha az bir hava sürətinə malik olmasına baxmayaraq gövdə yaxınlığındakı bəzi bölgələrdə yerli hava axını səs sürətinə çatır. Bu vəziyyət zəif bir şok dalğası yaradır. Kritik Mach sayından yüksək sürətlərdə: Sürüklənmə əmsalı birdən-birə artaraq yüksək təsirli sürüklənməyə səbəb olar. Transonik və supersonik sürətlər üçün nəzərdə tutulmayan təyyarələrdə idarəetmə səthlərindəki hava axını nəqliyyat vasitəsinin idarəetməsində pozğunluqlara səbəb olar.Kritik Mach sayında uçmaq üçün dizayn edilməyən nəqliyyat vasitələrində, qanad və quyruq qanadı üstündəki axıntıda olan şok dalğaları qanaddakı hündürlüyü itirmək üçün kifayətdir. Kritik Mach sayındakı problemlərlə əlaqəli bu fenomen sıxışdırılma olaraq bilinir. Sıxışdırılma 1930-40-cı illərdə yüksək sürətli hərbi və eksperimental təyyarələrdə bir çox qəzaya səbəb olmuşdur. O vaxt bilinməsə də, sıxışdırılma səs divarı kimi tanınan fenomenin səbəbi idi. Supermarine Spitfire, Messerschmitt Bf 109, P-51 Mustang, Gloster Meteor, Messerschmitt Me 262, P-80 kimi subsonik təyyarələrin çox qalın qanadları var və onlar 1.0 Maxa çata bilmirlər.
Kritik mach sayı
Aerodinamikada, bir təyyarənin kritik Mach sürəti, qanadın kiçik bir hissəsi üzərindəki axının səs sürətinə çatdığı ən kiçik Mach sürətidir. Uçuşda olan bütün avianəqliyyat vasitələri üçün, nəqliyyat vasitəsinin ətrafında dövran edən havanın sürətinin artmasından və ya azalmasından, nəqliyyat vasitəsinin ətrafındakı hava axını nəqliyyat vasitəsinin hava sürəti ilə eyni deyildir. Kritik Mach sürətində, təyyarənin özü 1,0 Mach sürətindən daha az bir hava sürətinə malik olmasına baxmayaraq gövdə yaxınlığındakı bəzi bölgələrdə yerli hava axını səs sürətinə çatır. Bu vəziyyət zəif bir şok dalğası yaradır. Kritik Mach sayından yüksək sürətlərdə: Sürüklənmə əmsalı birdən-birə artaraq yüksək təsirli sürüklənməyə səbəb olar. Transonik və supersonik sürətlər üçün nəzərdə tutulmayan təyyarələrdə idarəetmə səthlərindəki hava axını nəqliyyat vasitəsinin idarəetməsində pozğunluqlara səbəb olar.Kritik Mach sayında uçmaq üçün dizayn edilməyən nəqliyyat vasitələrində, qanad və quyruq qanadı üstündəki axıntıda olan şok dalğaları qanaddakı hündürlüyü itirmək üçün kifayətdir. Kritik Mach sayındakı problemlərlə əlaqəli bu fenomen sıxışdırılma olaraq bilinir. Sıxışdırılma 1930-40-cı illərdə yüksək sürətli hərbi və eksperimental təyyarələrdə bir çox qəzaya səbəb olmuşdur. O vaxt bilinməsə də, sıxışdırılma səs divarı kimi tanınan fenomenin səbəbi idi. Supermarine Spitfire, Messerschmitt Bf 109, P-51 Mustang, Gloster Meteor, Messerschmitt Me 262, P-80 kimi subsonik təyyarələrin çox qalın qanadları var və onlar 1.0 Maxa çata bilmirlər.
Kritius
Kritius (yun. Κριτίας E.ə. 460 – E.ə. 403) — Qədim Afinalı siyasi fiqur və yazıçı. Afinada doğulub Callaescherusun oğlu: Platonun anası Perictioneun qohumudur. Sokratın yaxınlarından biri idi. Sokratın Müdafiəsində adı keçir. Ancaq Afina xalqına qarşı onu müdafiə etməmişdi. Afinanın eradan əvvəl 404-cü ildəki çöküşündən sonra, sürgündən qayıdaraq iqtidarı ələ keçirən və, özünün ən sərt üzvlərindən biri olduğu, Otuz Tiran rəhbərliyi zamanında gerçəkləşən qanlı təmizlikdən məsul tutuldu.
Kritli Mark Antoni
Kritli Mark Antoni (lat. Marcus Antonius Creticus ö. e.ə. 71, Krit, Roma imperiyası) — E.ə. II və I əsrlərdə yaşamış olan, Antoni ailəsinə mənsub Roma siyasətçisi. O, Mark Antoni Oratorun Yuliya Antoniya ilə qurduğu evlilikdən doğulan oğlu və triumvir Mark Antoni, Qay Antoni və Lyusi Antoninin atasıdır. == Tarixi == E.ə 74-cü ildə pretor seçilmişdir və ertəsi il eynilə atasının otuz il öncə aldığı kimi Pont kralı VI Mitridata qarşı mübarizə aparmaq baxımından çox böyük səlahiyyətlər əldə etmişdir. Mark Antoni vəzifədə uğursuz olmaqla yanaşı eyni zamanda oğurluqlardan qoruyacağı əyalətləri də yağmaladı. Dəniz quldurları ilə ittifaq yaradaraq kritlilərə hücum etdi ancaq məğlub oldu və gəmilərindən çoxu batırıldı. Siciliyalı Diodor bu böyük biabırçılıqdan ancaq özünü xilas edə bildi.
Növün kriteriləri
Növün kriteriləri dedikdə ,onları bir-birindən fərqləndirən əlamətlər nəzərdə tutulur. Ancaq heç bir kriteri ayrılıqda iki növü bir-birindən fərqləndirməyə tam imkan vermir.Hər bir kriteri yalnız birgə fəaliyyət zamanı yaxşı nəticə əldə etməyə imkan verir.Növlərin aşağıdakı kriteriləri var. == Morfoloji == Ən sadə kriteridir.Bu kriteridən istifadə edərək iki növü bir-birindən yalnız xarici və ya daxili quruluşuna görə fərqləndirmək olar.Ancaq bəzən morfoloji cəhətdən fərqlənməyən iki növ bir-birindən genetik, yəni xromosom dəstinə görə fərqlənir. == Genetik == Genetik kriteridən istifadə edərək iki növü bir-birindən onların xromosom dəstinə görə fərqləndirmək olar.Məsələn insanda 46 xromosom olduğu halda, drozofil milçəyində 8 xromosom olur. == Ekoloji == Ekoloji kriteri vasitəsi ilə müxtəlif ekoloji bölgələrdə yaşayan iki növü bir-birindən fərqləndirmək olar. Ancaq bu tam olaraq düzgün deyil.Çünki eyni ekoloji bölgədə müxtəlif növlər yaşaya bilər. == Coğrafi == Coğrafi kriteri, müxtəlif təbii zonalarda yaşayan iki növü bir-birindən ayırmaq üçün istifadə olunan kriteridir.Ancaq eyni təbii zonada müxtəlif növlər yaşadığından əlverişsiz hesab olunur. == Biokimyəvi == Bu kriteri canlıları kimyəvi tərkibinə görə fərqləndirir.Tətbiqi çətin olduğundan əlverişsizdir. == Mənbə == Biologiya.9-cu sinif.Dərslik."Şərq-Qərb" ASC.2015.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.77 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 •••••••••• 1.01
2006 ••••• 0.45
2007 •••••••••• 1.06
2008 ••••• 0.49
2009 ••• 0.32
2010 •••••••••••••••••••• 2.18
2011 •••• 0.34
2012 •••••• 0.60
2013 ••••••• 0.73
2014 •• 0.17
2016 ••••••• 0.69
2017 •••••••••••••••••• 1.95
2018 ••• 0.30
2019 •••••• 0.56
2020 ••••••••••• 1.19

"krit" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#krit nədir? #krit sözünün mənası #krit nə deməkdir? #krit sözünün izahı #krit sözünün yazılışı #krit necə yazılır? #krit sözünün düzgün yazılışı #krit leksik mənası #krit sözünün sinonimi #krit sözünün yaxın mənalı sözlər #krit sözünün əks mənası #krit sözünün etimologiyası #krit sözünün orfoqrafiyası #krit rusca #krit inglisça #krit fransızca #krit sözünün istifadəsi #sözlük