Lila sözü azərbaycan dilində

Lila

Yazılış

  • Lila • 70.5882%
  • lila • 29.4118%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən zorbalığa məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Lila Dauns
Ana Lila Downs Sánchez (Oaxaka, Meksika - 9 sentyabr 1968-ci ildə) Meksikada anadan olub. Qısaca Lila Downs kimi tanınır. mixteker əsilli meksika-lı müğənni, bəstəkar, rəqqasə və aktrisadır. 90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, folk, latin, rock, traditional kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 1 dəfə Grammy, 2 dəfə Latin Grammy. Ən çox albomu satılan Meksika-lı müğənnidir. Cumbia del Mole sinqlı 2 milyondan çox satılaraq son 1 ilin ən çox satılan sinqlı olmuşdur. Downs Amerika, Avstraliya və İngiltərə-də ən çox yüksələn Cənubi Amerika-lı müğənnidir.
Mimoza Kusari-Lila
Mimoza Kusari-Lila (alb. Mimoza Kusari-Lila 16 oktyabr 1975) — Kosovo-Albaniya dövlət və siyasi xadimi, Yeni Kosovo İttifaqının və daha sonra Alternativ partiyasının üzvü. == Bioqrafiyası == Mimoza Kusari 16 oktyabr 1975-ci ildə Kosovonun cənub-qərbindəki Cyakovitsa şəhərində ziyalı ailəsində anadan olmuşdur: atası pulmonoloq, anası məktəbdə alban dili və ədəbiyyatı müəllimi idi. Bir müddət ailə Kosovo Peç şəhərində yaşayır, sonra 1980-ci illərin ortalarında Cyarkovisaya qayıdır. «Hajdar Dushi» gimnaziyasını bitirdikdən sonra Priştina Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur (universitet 1999-cu ildə fəaliyyətini dayandırır), İdarəetmə və İnformasiya Sistemləri ixtisası üzrə məzun olarkən təhsilini ödəmək üçün işləyir. 1998-1999-cu illərdə Kosovoda münaqişə baş verəndə, Sərhədsiz Həkimlər və ATƏT-də işləmişdir. O, həmçinin ABŞ-də MBA təhsilini davam etdirmək üçün ABŞ Dövlət Departamentindən nüfuzlu Ron Braun Təqaüdü alaraq Makedoniyadakı qaçqın düşərgəsində işləmişdir. ABŞ-də olarkən Kusari-Lilya, İqtisadiyyat İnstitutunda, Kolorado Universitetində və Pittsburqdakı Dyukeyn Universitetində elektron biznes sahəsində magistr dərəcəsi ilə təhsilini davam etdirir. Amerikada liderlik keyfiyyətlərini göstərən tələbə icmalarının təşkili və işində fəallıq göstərir. Dyukeyn Universitetinin İşadamı Qadınlar Assosiasiyasının təsisçisi, ilk prezidenti olur və Vaşinqtonda Beynəlxalq Təhsil Həftəsini qeyd etmək üçün Dövlət katibi Madlen Olbraytın dəvət etdiyi Şərqi Avropadan gələn üç Ron Braun təqaüdçülərindən biri idi.
Ram və Lila (film, 2013)
“Güllə səsləri altında rəqs: Ram və Lila”, yaxud da daha çox tanınan adı ilə “Ram və Lila” (hind dilində गोलियों की रासलीला रामलीला Romanizasiya: Goliyon ki Raasleela Ram-Leela, hərfi tərcümə: «Güllələrin rəqsi: Ram və Lila») Sanjay Leela Bhansalinin rejissorluğu altında çəkilmiş olan 2013-cü il istehsalı olan Hindistanın melodram janrında olan filmidir. Sanjay Leela Bhansali həm də filmin orijinal saundtrekini bəstələyib. Film Bhansali Productions və Eros International studiyalarında Bhansalinin özünün və Kishore Lullanın prodüserliyi ilə çəkilmişdir. Baş rollarda Deepika Padukone və Ranveer Singh iştirak ediblər. Filmdə həmçinin Supriya Pathak, Richa Chadda, Sharad Kelkar, Gulshan Devaya, Barkha Bişt Sengupta və Abhimani Singh iştirak etmişdirlər. Priyanka Chopra “Ram Chache Leela” mahnısı üçün xüsusi rəqs nömrəsində çıxış etmişdir. == Süjet xətti == Hindistanın Qucarat ştatında iki nəsil arasında 5 əsrlik qan düşmənçiliyi davam edir. Son illər onların arasındakı ədavət pik nöqtəyə çatıb. Tərəflər artıq silahlara əl ataraq, açıq müharibəyə başlayıblar. Hər iki tərəf əhəmiyyətli dərəcədə itki verib.
Abeliophyllum distichum f. lilacinum
Abeliophyllum (lat. Abeliophyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Cənubi Koreya üçün endemik bitkidir. == Növləri == Abeliophyllum distichum Nakai cinsə aid yeganə növdür.
Bulbophyllum lilacinum
Bulbophyllum lilacinum (lat. Bulbophyllum lilacinum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Esvatini lilangenisi
Esvatini lilangenisi (svati və ing. lilangeni) — Esvatini dövlətinin pul vahididir. Bir lilangeni 100 sentə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — SZL-dir. Cəm halda valyutanın adı emalangeni (svati və ing. emalangeni) kimi səslənir. Pul dövriyyəsində 10, 20, 50, 100 və 200 nominallı emalangeniyə, 5, 10, 20, 50 sentlik və 1, 2, 5 emalangenilik sikkələrə rast gəlmək olar. Esvatini lilangenisi 6 sentyabr 1974-cü ildə dövriyyəyə Cənubi Afrika randının yerinə daxil edilmişdir. == 1990-2008-ci il nümunəsi əsginasları == Dövriyyədə 5, 10, 20, 50, 100 və 200 nominallı müxtəlif buraxılış illərinin emalangeni əsginaslarını görmək olar. 1974-cü ildən sonra buraxılışın köhnə nümunələrinin əsginasları ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür.
Henri Martin Liland
Henri Martin Liland (16 fevral 1843 – 26 mart 1932, Detroyt, Miçiqan) — ABŞ mühəndisi == Həyatı == 16 fevral 1843-cü ildə Barton şəhərciyi yaxınlığında (Vermont ştatı, ABŞ) fermer ailəsində anadan olmuşdu. 1857-ci ildə Lilandlar ailəsi Massaçusetsə köçdü. İmkansız ailələrdən olan oğlanların çoxu kimi, gələcək konstruktor da erkən yaşlarından işləməli oldu. Öz işçi karyerasına Liland trikotaj fabrikində başladı. Hər şeylə maraqlanan və hər şeyi tez qavrayan Liland zaman keçdikcə mexanik peşəsinə yiyələndi və bir sıra müəssisələrdə mexanik kimi uğurla işlədi. Əgər 1861-ci ildə ABŞ-də şimal və cənub ştatları arasında vətəndaş müharibəsi başlamasaydı, bəlkə də, Lilandın taleyi başqa cür olacaqdı. Cəbhəyə silah tələb olunurdu. Silahqayırma müəssisələrində ixtisaslı mexaniklər böyük pullar qazanmaq imkanına malik idilər. Liland "Kolt" fabrikinə işə düzəldi, bu fabrik o vaxtlar detalların standartlaşdırılması və dəqiq ölçülərə uyğun hazırlanması sahəsində lider idi və məşhur "Kolt" tapançasının buraxılışı sayəsində ad qazanmışdı. Bu fabrikdə qazandığı pullar və əldə etdiyi təcrübə Linkolna 1880-ci ildə öz şəriki ilə birlikdə "Liland and Falkoner" şirkətini təsis etmək imkanı verdi.
Lilab (Vərziqan)
Lilab (fars. ليلاب‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 591 nəfər yaşayır (130 ailə).
Lilacaceae
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. == Sinonimləri == Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Manettia lilacina
Manettia lilacina (lat. Manettia lilacina) — boyaqotukimilər fəsiləsinin manettia cinsinə aid bitki növü.
Pleurothallis lilacina
Acianthera recurva (lat. Acianthera recurva) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Pleurothallis lilacina var. albipetala
Acianthera recurva (lat. Acianthera recurva) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Pleurothallis lilacina var. microphylla
Acianthera recurva (lat. Acianthera recurva) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Solanum sisymbriifolium forma lilacinum
Solanum sisymbriifolium (lat. Solanum sisymbriifolium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum balbisii (Dunal) Solanum balbisii var. bipinnata (Hook.) Solanum balbisii var. oligospermum (Sendtn.) Solanum balbisii var. purpureum (Hook.) Solanum bipinnatifidum (Larrañaga) Solanum brancaefolium (Jacq.) Solanum decurrens (Balb.) Solanum edule (Vell.) Solanum formosum (Weinm.) Solanum inflatum (Hornem.) Solanum opuliflorum (Port. ex Dunal (nomen nudum)) Solanum rogersii (S.Moore) Solanum sabeanum (Buckley) Solanum sisymbriifolium lapsus Solanum subviscidum (Schrank) Solanum thouinii (C.C.Gmel.) Solanum viscidum (Schweigg.) Solanum viscosum (Lag.) Solanum xanthacanthum (Willd. ex Walp. (nomen nudum)) Solanum sisymbriifolium notst purpureiflorum (Dunal) Solanum sisymbriifolium forma albiflorum (Kuntze) Solanum sisymbriifolium var. bipinnatipartitum (Dunal) Solanum sisymbriifolium var.
Spathoglottis lilacina
Spathoglottis plicata (lat. Spathoglottis plicata) — səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. == Sinonimləri == Bletia angustifolia Gaudich. Paxtonia rosea Lindl. Spathoglottis lilacina Griff. Phaius rumphii Blume Spathoglottis spicata Lindl. Spathoglottis deplanchei Rchb.f. Spathoglottis vieillardii Rchb.f. Spathoglottis angustifolia (Gaudich.) Benth. & Hook.f.
Svazilend lilangenisi
Esvatini lilangenisi (svati və ing. lilangeni) — Esvatini dövlətinin pul vahididir. Bir lilangeni 100 sentə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — SZL-dir. Cəm halda valyutanın adı emalangeni (svati və ing. emalangeni) kimi səslənir. Pul dövriyyəsində 10, 20, 50, 100 və 200 nominallı emalangeniyə, 5, 10, 20, 50 sentlik və 1, 2, 5 emalangenilik sikkələrə rast gəlmək olar. Esvatini lilangenisi 6 sentyabr 1974-cü ildə dövriyyəyə Cənubi Afrika randının yerinə daxil edilmişdir. == 1990-2008-ci il nümunəsi əsginasları == Dövriyyədə 5, 10, 20, 50, 100 və 200 nominallı müxtəlif buraxılış illərinin emalangeni əsginaslarını görmək olar. 1974-cü ildən sonra buraxılışın köhnə nümunələrinin əsginasları ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 •••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15
2018 •••••••••••••••••••• 0.15
2019 ••••••••••••••••••• 0.14

Oxşar sözlər

#lila nədir? #lila sözünün mənası #lila nə deməkdir? #lila sözünün izahı #lila sözünün yazılışı #lila necə yazılır? #lila sözünün düzgün yazılışı #lila leksik mənası #lila sözünün sinonimi #lila sözünün yaxın mənalı sözlər #lila sözünün əks mənası #lila sözünün etimologiyası #lila sözünün orfoqrafiyası #lila rusca #lila inglisça #lila fransızca #lila sözünün istifadəsi #sözlük