Maratx sözü azərbaycan dilində

Maratx

Yazılış

  • Maratx • 50.0000%
  • maratx • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maratx dövləti
Maratha İmperiyası, Maratx dövləti və ya Maratha konfederasiyası (marathi मराठा साम्राज्य) — 1674-1820-ci illərdə mövcud olmuş və əsası Maratxlar sülaləsindən olan Şivaçi tərəfindən qoyulmuş dövlət. Onun ərazisi indiki Hindistanın Maxaraştra ştatına uyğun gəlir. == Tarixi == 1674-cü ildə Maratx kəndlilərinin çıxışı Şivaçinin başçılıq etdiyi Maratx dövlətinin yaradılması ilə nəticələndi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əhməd şah müstəqil Əfqan dövlətinin əsasını qoydu. Bu zaman Maratx dövləti Hindistanda ən böyük siyasi qüvvəyə çevrilmişdi və ümumhindistan miqyasında hegemonluğa can atırdı. 1759—1761-ci illərdə Hindistan uğrunda Əfqan-Maratx müharibəsi baş verdi. 1761-ci ilin yanvarın 14-də Panipat döyüşü müharibənin sonu oldu. Məğlub olan Maratx dövləti bir daha özünə gələ bilmədi. Panipat döyüşü həm də Böyük Moğol İmperiyasının süqutu demək idi. Lakin əfqanlar ölkədə möhkəmlənə bilməyib buranı tərk etdilər.
Birinci ingilis-maratx müharibəsi
Birinci ingilis-maratx müharibəsi (1775-1782) - Böyük Britaniyanın Ost-Hind kompaniyası ilə Maratx Konfederasiyası arasında baş vermiş ilk müharibə. == Müharibə ərəfəsində == 1772-ci ildə Maratx konfederasiyasının peşvası I Madxav-raonun ölümü taxt-tac uğrunda mübarizənin kəskinləşməsinə səbəb oldu. Bu mübarizədə əsas rolu Punada peşva sarayı, İndaur və Qvalior kimi iri maratx knyazlıqları oynayırdılar. İddiaçılardan biri - Raqxunatx-rao 6 mart 1775-ci ildə Bombeydə britaniyalılarla Surat müqaviləsini imzaladı. Bu müqaviləyə əsasən Punada taxt-tacın ələ keçirilməsinə kömək göstərilməsi müqabilində o, Salset adasını və Basseyn limanını (maratxların əlinə keçmiş Portuqaliya anklavı - ]ingilislər bu anklava çoxdan göz tikmişdilər) ingilislərə verməyi vəd etdi. == Müharibənin gedişi == Britaniyalılar kontingentə 2500 nəfərlik qoşun çıxardılar. Birləşmiş ingilis-maratx ordusu Qucarata daxil oldu, Ost-Hind kompaniyasının əsas şəhəri olan Kəlküttədə qarşıları alınanadək onlar bir neçə qələbə qazandılar. Bombeydən gələn dəstəyə düşərgəyə qayıtmaq əmr olundu, Böyük Britaniya səfiri isə peşvanın yanındakı regentlər şurası ilə danışıqlar aparmaq üçün Punaya yola düşdü. O, müyyən miqdarda təzminat və Salsettinin onlara güzəşt edilməsi müqabilində Raqxunatx-raonu müdafiədən imtina olunmasına razılaşdı. Lakin Böyük Britaniyanın bu şərtləri qəbul olunmadı və 1778-ci ildə Bombeyə yenidən Raqxunatx-raonun koməyinə gələn 4000 min nəfərlik ordu yeridildi.
İkinci ingilis-maratx müharibəsi
İkinci ingilis-maratha müharibəsi (1802-1805) - Böyük Britaniyanın Ost-Hind kompaniyası ilə Maratha Konfederasiyası arasında baş vermiş ikinci müharibə. == Müharibənin arxaplanı == 1799-1800-cü ildə maysurların devrilməsindən sonra marathalar ingilislərin nəzarətindən kənarda qalan yeganə güc idi. Hindistanda vətəndaş həmrəyliyini pozan Ost-Hind kompaniyası marathalar arasında nifaq salır, milli qırğınlar törədirdi. Nəhayət, Peşvə ilə bağlanan müqaviləyə əsasən Kompaniya marathaların xarici siyasətini öz nəzarətinə aldı. Bu müqaviləyə əsasən ingilislərin böyük bir hərbi dəstəsi Peşvənin ərazisinin keşiyini çəkməli idi. Bunun müqabilində ümumi vergi məbləği 2 milyon 600 min rupi təşkil edir və mahallar Kompaniyanın ixtiyarına keçirdi. Eyni zamanda marathaların hərəkat birliyini zəiflətməyə çalışan müstəmləkəçilər həmin müqaviləyə konfederasiyanın ləğv edilməsi haqqında maddə daxil etməyə müvəffəq oldular. == Müharibənin gedişi == 1802-ci ildə bağlanmış müqavilənin qeyri-bərabər xarakterdə olması ən iri maratha knyazlıqlarının, o cümlədən İndorun və Qvaliorun müqavimətinə səbəb oldu. Beləliklə, uzun sürən ingilis-maratha müharibələri başlandı. İngilislərin planına əsasən Velesli Dəkkən yaylasını, Leyk Doab və Dehlini tutmalı, Povel isə Bundelkxanda daxil olmalı idi.
Maratxlar
Maratxlar (marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय) — Hindistanda xalq, Maxaraştra ştatının əsas əhalisi, == Haqqında == Maxaraştra ştatına qonşu ştatlarda kiçik qruplar halında yaşayırlar, İsraildə və Mavrikidə disporaları mövcuddur. Maratxların sayı 1997-ci ilin məlumatlarına əsasən 68 milyon nəfər , 2007-ci ilin məlumatına görə isə 80 milyon nəfər olmuşdur. Maratx dilində danışırlar. Əksəriyyəti induizm, qalanları isə caynizm, islam, xristianlıq dinlərinə sitayiş edirlər. Əsas məşğuliyyətləri əkinçilikdir. == Tarixi == Hindistanın bir çox xalqlarına nisbətən çoxsahəli kustar istehsalın mövcudluğu və qədim tarixə malik ənənəvi dəniz ticarəti maratxlarda daha əvvəl kapitalizm münasibətlərinin inkişafına, fəhlə sinfinin və milli burjuaziyanın yaranmasına səbəb olmuşdur. XV əsrdə rus taciri və səyyahı Afanasi Nikitin maratxların qonağı olmuşdur. Onun hindlilərin məişəti, adət və ənənələri barədə qeydləri ilk növbədə bu xalqa aid olmuşdur. Bir neçə yüzilliklər ərzində maratxlar Böyük Moğol imperiyasına (məsələn, XVII əsrdə Şivacinin rəhbərliyi altında ), portuqaliyalılara, daha sonralar isə ingilis müstəmləkəçilərinə qarşı gərgin mübarizə aparmışlar. İngilis-maratx müharibələri nəticəsində maratx əraziləri ingilislər tərəfindən işğal edilmişdir.

Oxşar sözlər

#maratx nədir? #maratx sözünün mənası #maratx nə deməkdir? #maratx sözünün izahı #maratx sözünün yazılışı #maratx necə yazılır? #maratx sözünün düzgün yazılışı #maratx leksik mənası #maratx sözünün sinonimi #maratx sözünün yaxın mənalı sözlər #maratx sözünün əks mənası #maratx sözünün etimologiyası #maratx sözünün orfoqrafiyası #maratx rusca #maratx inglisça #maratx fransızca #maratx sözünün istifadəsi #sözlük