Misk sözü azərbaycan dilində

Misk

Yazılış

  • Misk • 66.6667%
  • misk • 25.0000%
  • MiSK • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəzail Miskinli
Fəzail Cəfər oğlu Orucov (12 mart 1976, Çaldaş, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == 1976-cı ilin mart ayının 12-də Gədəbəy rayonunun Çaldaş kəndində doğulmuşdur. 1984-cü ildə Gədəbəy rayonunda keçirilən «Gədəbəyin yazı – aşığın sazı» adlı müsabiqənin laureatı olmuşdur. 1993-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinə daxil olub. 1997-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə magistraturanı bitirib aspiranturaya daxil olmuşdur. Fəlsəfə üzrə elmlər doktoru. Türkiyədə, Almaniyada, İspaniyada, Fransada, Macarıstanda keçirilən festivallarda Azərbaycanı xalq musiqisinin ifaçısı kimi təmsil etmişdir. Türkiyədə keçirilən Uluslararası folklor musiqisi müsabiqəsi-nin laureatı, Yunis İmrə kültür mərkəzinin üzvüdür. Bir manoqrafiyanın, «Aşıq sənətinin tarixi və nəzəriyyəsi» adlı proqramın müəlliflərindən biridir.
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. == Həyatı == Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Miskincə
Miskincə- (Miskicka) (ləzgi dilində Məscid (Miski) + yeri (cka) deməkdir) ləzgi kəndidir, Dağıstanın Doqquzpara rayonunun ən böyük yaşayış məntəqəsidir. Burada 1000 təsərrüfat, 7500-dən çox əhali yaşayır. == Tarixi == Miskincənin tarixi- müharibələr tarixi olduğu üçün Qacar xalqının tarixinə qəhrəmanlıq səhifələri yazmış Dadaş, Sübhan, Lələ və Qənbər kimi xalq sərkərdələrinin adları xatirələrdə qalıb, onlar vətənin azadlıq və müstəqilliyini qoruyub saxlayıblar. 738-ci ildə Dərbəndin ərəb döyüşçülər üçün əmək haqqı ödəmək haqda sərkərdə Mərvan İbn Mahmud Kuri və Miskincdən 14 min batman buğda və 40 min dirhəm aldı. 1409-cu ildə Miskincə məscidində onun yetirmələrindən biri tərəfindən böyük şair – Şərqin mütəfəkkiri Sədinin “Gülüstan” kitabının bir hissəsi ərəb dilinə köçürüldü. Tərkibində 8 minə yaxın əhalisi olan minə yaxın həyəti-ailəni birləşdirən böyük dağ mahalının inzibati mərkəzi olduğu zaman Miskincə kəndinin 1800-cü il maraqlı statik məlumatı. Bu Qacar elinin böyük icması idi. Kəndin özü icma daxili tabeçiliyi olan 7 yaşayış məntəqəsi (qazmalar) xüsusi müdafiə- təsərrüfat funksiyalarını yerinə yetirirdi. XIX əsrin ortalarında Miskinclilər Qafqazda Rus dövlətinin maraqlarını təmin edən müharibələrdə fəal iştirak ediblər. Bu müharibələrdə Miskinclilər böyük qurbanlar (insan itkiləri) verib və ona qədər döyüş qardaşlığı sədaqəti nümunəsi nümayiş etdiriblər.
Miskinli
Miskinli — Təxəllüs. == Təxəllüsü bu olanlar == Miskinli Vəli — Azərbaycan aşığı. Fəzail Miskinli — Azərbaycan aşığı. == Kəndlər == Miskinli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd (əvvəlki adı "Rüstəm Əliyev"). Miskinli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Miskinli (Gədəbəy)
Miskinli (əvvəlki adı: Rüstəm Əliyev)— Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılmış və Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi Miskinli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == Miskinli kəndinin əsl və tarixi adı Qarabulaq və ya Böyük Qarabulaq olmuşdur. Miskinli çuxuru adlanan coğrafi ərazinin ən böyük yaşayış sahəsidir. === Tarixi abidələri === Kəndin ərazisi tarixi abidələrlə, xüsusilə də qəbir abidələri ilə zəngindir. Son tunc dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti bu ərazilər üçün də xarakterikdir. Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə yerli əhali tərəfindən Koroğlu qalası adlandırılan müdafiə tikilisi vardır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə, orta və yüksək hündürlüklü lələkvari dağlar arasında yerləşir. İqlimi mülayim soyuq və mülayim isti xarakterlidir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2140 nəfər əhali yaşayır.
Miskinli (Şəmkir)
Miskinli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 352 nəfərdir ki, onunda 197 nəfəri kişi, 155 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib.Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s. kimi şerləri vardır.
Miskinli bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İbn Miskəveyh
İbn Miskəveyh (farsca: مُسْکُـوْيَه Muskūyah, 932–1030) — tam adı Əbu Əli Əhməd ibn Məḥəmməd ibn Yaqub ibn Miskəveyh Büveyhi dövrünün fars filosofu və tarixçisi. Neoplatonizm fəlsəfəsinin ardıcılı olaraq İslam fəlsəfəsinə təsir etmişdir, əsas fikirlərini əxlaq problemləri üzrə irəli sürmüşdür. Praktik etikaya, davranışa və xarakteri incələşdirməyə diqqət yetirərək "Xarakterin incələnməsi" (تهذيب الأخلاق Təhdib əl-Axlaq) adlı fəlsəfi etikaya dair ilk böyük İslam əsərinin müəllifi idi. Şəxsi etikanı ictimai aləmdən ayırdı və ağılın azad təbiətini aldadıcı çevrəyə qarşı qoyurdu. Miskəveyh dövrünün intellektual və mədəni həyatında görkəmli bir şəxs idi. == Həyatı == Miskəveyh, Ziyarilərin nəzarəti altında olan Reydə anadan olub. Ola bilsin öncə zərdüşti olub, sonra İslamı qəbul edib, ya da onun nəsli zərdüşdi olub. Erkənyaşlarını həyatını Bağdadda keçirib, burada Büveyhi əmiri Muizz əd-Dövlənin vəziri Muhallabi'nin katibi olmuşdur. Orta fars dilini səlis bilirdi, bu dildə bəzi islamdan əvvəlki mətnləri ərəb dilinə tərcümə etmişdi. İllərlə Büveyhi vəziri Əbuül-Fədl ibn əl-Əmidlə birlikdə çalışdı.
İlkin Miskərli
İlkin Misgərli (6 yanvar 1983, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan aktyoru. == Həyatı == İlkin Misgərli 6 yanvar, 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 •••••••••••••••••• 0.16
2010 •••••••••••••••••••• 0.18
2011 •••••••••• 0.09

misk sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax mişk.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"misk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#misk nədir? #misk sözünün mənası #misk nə deməkdir? #misk sözünün izahı #misk sözünün yazılışı #misk necə yazılır? #misk sözünün düzgün yazılışı #misk leksik mənası #misk sözünün sinonimi #misk sözünün yaxın mənalı sözlər #misk sözünün əks mənası #misk sözünün etimologiyası #misk sözünün orfoqrafiyası #misk rusca #misk inglisça #misk fransızca #misk sözünün istifadəsi #sözlük