mx sözü azərbaycan dilində

mx

Yazılış

  • mx • 47.8261%
  • MX • 44.3478%
  • mX • 5.2174%
  • Mx • 2.6087%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
.mx
.mx — Meksikanın internet kodu.
Aşağı Kartli mxaresi
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir. == İnzibati bölgü == İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı == Əhalisi == 01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi.
Daxili Kartli mxaresi
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Henrix Mxitaryan
Henrix Mxitaryan (erm. Հենրիխ Մխիթարյան; 21 yanvar 1989[…], İrəvan) - İngiltərənin Arsenal klubunun və Ermənistan milli futbol komandasının futbolçusu. == Həyatı == Henrix Mxitaryan 21 yanvar 1989-cu il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində doğulub. 1980-ci illərdə Ermənistanın "Ararat" futbol klubunun hücumçularından biri olmuş Mxitaryanın atası Hamlet Mxitaryan 33 yaşında beyin xərçəngi nəticəsində dünyasını dəyişib. == Karyerası == Henrix Mxitaryan karyerasına 2006-cı ildə Ermənistanın Pünik klubunda başlayıb . Henrix sonralar Ukrayna ,Almaniya və İngiltərənin müxtəlif klublarında çıxış edib və 2018-ci ildə Arsenala transfer olunub . == Uğurları == 2012-ci ildə Ukrayna Premyer Liqasında ən yaxşı futbolçu seçilmişdir. Bundan başqa, 2009, 2011 və 2012-ci illərdə Ermənistanda ilin futbolçusu seçilmişdir. == Özəl həyatı == Henrix Mxitaryan 2019-cu ilin iyun ayında tütün biznesi ilə məşğul olan iri erməni sahibkarın qızı Betti Vardanyanla evlənib. Erməni futbolçunun toyu Venesiyada baş tutub.
Kaxeti mxaresi
Kaxeti diyarı (gürc. კახეთის მხარე) — Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biridir. Tarixi və müasir elmi Azərbaycan mənbələrində bəzən Qaxet adıyla tanınır. İnzibati mərkəzi Telavi şəhəridir. Diyar Azərbaycan və Rusiya ilə həmsərhəddir. Kaxetinin cənubunda Keşiş dağ məbədi yerləşir. == İnzibati-ərazi bölgüsü == Kaxeti diyar səkkiz bələdiyyəyə bölünür (2014): Telavi bələdiyyəsi (ərazisi 1,094 km², əhalisi 58.350) Axmeta bələdiyyəsi (ərazisi 2,248 km², əhalisi 31.461) Qurcaani bələdiyyəsi (ərazisi 849 km², əhalisi 54.337) Kvareli bələdiyyəsi (ərazisi 1,000 km², əhalisi 29.827) Dedoplistsğaro bələdiyyəsi (ərazisi 2,531 km², əhalisi 21.221) Laqodexi bələdiyyəsi (ərazisi 890 km², əhalisi 41.678) Saqareco bələdiyyəsi (ərazisi 1,515 km², əhalisi 51.761) Sığnaq bələdiyyəsi (ərazisi 1,251 km², əhalisi 29.948) == Tarixi == VIII əsrdən başlayaraq Kaxeti müstəqil feodal knyazlıq olmuşdur. XI–XII əsrlərdə o, çar Qurucu Davidin səyləri nəticəsində birləşmiş Gürcüstan çarlığının tərkibidə girmişdir. Gürcüstan çarlığının süqutundan sonra Kaxeti 1460-cı illərdə yenidən müstəqil olub yerli çar tabeliyində kiçik dövlət kimi mövcudluğunu davam eləmişdir. 1762-ci ildə Kaxeti çarlığı qonşu Kartli çarlığı ilə birləşmiş, Kaxetinin paytaxtı Telavi yeni birləşmiş Kartli-Kaxeti çarlığının paytaxtı olmuşdur.
Kvemo Kartli mxaresi
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir. == İnzibati bölgü == İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı == Əhalisi == 01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi.
MXRA8
Matriksin yenidən qurulması 8 — İnsanda MXRA8 geni tərəfindən kodlaşdırılan zülaldır.
Mtsxeta-Mtianeti mxaresi
Mtsxeta-Mtianeti diyarı (gürc. მცხეთა-მთიანეთის მხარე), Gürcüstanın doqquz diyarından (gürcücə: მხარე) biri. İnzibati mərkəzi Gürcüstanın qədim paytaxtı olan Mtsxeta şəhəridir. Ölkə Rusiya ilə həmsərhəddir və bir neçə gürcü tarixi bölgələrini əhatə edir: Ertso-Tianeti, Mtiuleti, Xevi, Xevsureti, Pşaviya və Daxili Kartli. Mtsxeta-Mtianetinin bir hissəsi hal-hazırda separatçı Cənubi Osetiya qüvvələrinin işğalı altındadır. == İnzibati-ərazi bölgüsü == Mtsxeta-Mtianeti rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Duşeti bələdiyyəsi Kazbegi bələdiyyəsi Mtsxeta bələdiyyəsi Tianeti bələdiyyəsi Axalqori bələdiyyəsi — hal-hazırda tanınmamış Cənubi Osetiya respublikasının işğalı altındadır. == Coğrafiyası == Qafqaz dağları ölkəni iki yerə bölür. Daha kiçik olan şimal hissəsində Kazbegi və qismən Duşeti bələdiyyəsi yerləşir, qalan bələdiyyələr isə cənubdadır. == Tarixi == 1801-ci ildə Rusiya imperiyasının tərkibinə girməkdən əvvəl Mtsxeta-Mtianetinin ərazisi Kartli-Kaxeti çarlığının bir hissəsi olmuşdur. Çar dövründə 1840–1846 ildə Gürcüstan-İmeretiya quberniyası, sonradan isə Qutayıs və Tiflis quberniyaları arasında bölünmüşdür.
Mxare
Mkhare (gürc. მხარე) — Gürcüstanın inzibati ərazi bölgüsündə inzibati vahid. Ümumiyyətlə “region” olaraq tərcümə olunur. Regionlar (gürc. მხარე) Abxaziya və Cənubi Osetiyadakı separatçı münaqişələr həll oluna qədər 1994-1996-ci illər arasında Prezident sərəncamları ilə müvəqqəti bir şəkildə qurulmuşdur. Onlar, Gürcüstanın ənənəvi tarixi və coğrafi ərazilərinə təqribən uyğundurlar. Region muxtar bir vahid deyildir və vəzifəsi, daha çox bir neçə bələdiyyənin (Acarıstan və Tbilisi bələdiyyələrindən başqa) bir regionda Gürcüstan prezidenti tərəfindən vəzifələndirilən bir vəzifəli şəxs tərəfindən təmsil edilən Gürcüstan mərkəzi hökuməti ilə olan ünsiyyəti koordinasiya etməkdir. Gürcüstanda müvəqqəti inzibati Regional idarəetməyə, Gürcüstan prezidenti tərəfindən təyin edilən səlahiyyətli Dövlət Komissarı (gürc. სახელმწიფო რწმუნებული, Saxelmćipo Rćmunebuli, ümumi olaraq “Qubernator” (gürcücə: გუბერნატორი) olaraq tərcümə olunur) rəhbərlik edir. Lakin qubernator adı rəsmi ad deyildir.Bölgələr ayrıca olaraq raion (rayon) adlandırılan inzibati bölgələrə bölünmüşdür.
Mxarqrdzeli
Mxraqdzeli, Mxraqdzeli-Zaxaryan və ya Dolqoruki (gürc. მხარგრძელი) – gürcü və erməni sülalələri ilə qohumluq əlaqələri olmuş kürd mənşəli, digər qaynaqlara görə isə qıpçaq əsilli gürcü və ya erməni sülaləsi. Parfiyanın yeddi ən böyük sülaləsindən biri olan Karen-Pəhləvilər sülaləsinin qollarından biri hesab edilən Mxraqdzeli sülaləsi həm də Arşakilər xanədanının bir hissəsi hesab oluna bilər. Sülalə II Artakserks Dolqorukinin xatirəsinə Mxraqdzeli (Dolqoruki) adlandırılmışdır. Lori/Taşir, Ani, Dvin, Qelarqunik, Amberd (1187–1358-ci ildə şaxələnib) knyazları məhz bu sülalənin nümayəndələri olmuşlar. Sülalənin Zaxarilər adlandırılması isə knyaz Zaxarinin (doğ. 1150) adı ilə bağlıdır. Mxraqdzeli – Arqutaşvili şaxələnməsi isə knyaz Arqutun (vəf. 1506) adı ilə bağlıdır. Pavlenişvili şaxələnməsi isə, bir versiyaya görə Pavneli (Pavnisi qalasının), ikinci versiyaya görə isə knyaz Pavleni Mxraqdzelinin adı ilə bağlıdır.Mxraqdzeli sülaləsi Gürcüstana və Ermənistana bir çox böyük siyasətçi və sərkərdə bəxş etmişdir.
Mxedrioni
Mxedrioni (gürc. მხედრიონი, sözbəsöz olaraq "atlı" deməkdir, mənaca daha yaxın tərcüməsi — "cəngavərlər") — 1989-cu ildə Caba İoseliani tərəfindən qurulan Gürcüstan hərbiləşdirilmiş millətçi təşkilat. Özlərini fars və türk işğalına qarşı vuruşan orta əsr gürcü "partizan" dəstələrinin varisi hesab edən təşkilat üzvləri gürcü xalqı, Gürcü Pravoslav Kilsəsi və Gürcüstan torpaqlarını qorumaq üçün and içmişdilər. Onlar bir tərəfində müqəddəs Georginin təsviri, o birində öz adları və qan qrupu yazılan medalyon taxırdılar. Onları özlərinə məxsus geyimlərlər tanımaq olurdu, adətən cins, sviter, pencək geyinərdilər və içəridə belə çıxartmadıqları qara eynək taxardılar. Müstəqillik günlərində gürcü kriminal ailəmində böyük nüfuza sahib idi və Quram Mqeladze vasitəsilə keçmiş kommunist partiyasının strukturları ilə əlaqələri var idi. Zaman keçdikcə Mxedrioni qrupu, yerli əhalini tədhiş edən, soyğunçuluq, zorakılıq, narkotik ticarəti, şantaj və girov müqabilində adam oğurluğu ilə məşğul olan yaxşı silahlanmış quldurlar adını qazandılar. Cinayətkar qrupun radioaktiv materialları (yüksək dərəcədə zənginləşdirilmiş uran və silah plutoniumu) əldə etmək istəyi xüsusi narahatlıq doğururdu. Bu işin onların siyasi hakimiyyətə yol aça biləcəyi barədə tez-tez fikirlər səsləndirilirdi. Eyni anda qeyd olunurdu ki, uran və plutonium ticarət bazarının daimi qazanc potensialı müstəsna olaraq qeyri-sabitdir və bu işlə əlaqəli qeyri-müəyyənlik dərəcəsi son dərəcə yüksəkdir.Mxedrioni bölmələri prezident Qamsaxurdiya tərəfdarlarının çıxışlarını yatırılması üçün müntəzəm olaraq Qərbi Gürcüstana göndərilirdi və onlar bundan istifadə edərək yerli əhalini qarət edirdilər.
Mxitar Qoş
Mxitar Qoş (1130, təq. 1120 və ya 1120-ci illər, Gəncə – 1213, Qoşavəng monastırı) — Qafqaz Albaniyası tarixşünaslığının və mədəniyyətinin tanınmış nümayəndələrindən biridir. Mxitar Qoş külli miqdarda pritşaların, təmsillərin, məşhur Qanunnamənin, Alban salnamələrinin və yeganə aqioqrafik əsəri olan Gəncəli Xosrovun əzablı həyatı (Gəncəli Xosrovun şəhid olması) əsərinin müəlllifidir. == Həyatı == Mxitar Qoş Gəncə şəhərində doğulmuş, öz doğma şəhərini şəhərlərin anası, metropoliya adlandırmışdır. Qoş təxəllüslü məşhur hüquqşünas Mxitar təhsilini əvvəlcə vardapet Tovuzlu Yovhannesdən almış, sonra isə Kilikiyada oxumuşdur. Mxitar Qoş böyük nüfuza malik olmuş, ehkamçılıq, kilsə mərasimləri məsələlərində, eləcə də kilsə qanun-qaydaları, monastır nizamnaməsi məsələlərində onun rəyi həlledici sayılırdı. Qoş Qafqaz Albaniyası maarifçiliyinin mötəbər ocağı sayılan Nor Qetik monastırının və monastır məktəbinin yaradıcısıdır. Nor Qetiki hətta Qoşavəng (Qoşu monastırı)da adlandırırlar. Vardan Areveltsi və Vanakan Vardapet Mxitar Qoşun tanınmış şagirdləri olmuşlar. Hazırda Mxitar haqqında əlimizdə olan məlumatların əksəriyətini Vanakanın yetirməsi, Qoşu özünün mənəvi babası adlandıran Gəncəli Kirakos yazıb qoymuşdur.
Mxitarikənd
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Mxraqdzeli
Mxraqdzeli, Mxraqdzeli-Zaxaryan və ya Dolqoruki (gürc. მხარგრძელი) – gürcü və erməni sülalələri ilə qohumluq əlaqələri olmuş kürd mənşəli, digər qaynaqlara görə isə qıpçaq əsilli gürcü və ya erməni sülaləsi. Parfiyanın yeddi ən böyük sülaləsindən biri olan Karen-Pəhləvilər sülaləsinin qollarından biri hesab edilən Mxraqdzeli sülaləsi həm də Arşakilər xanədanının bir hissəsi hesab oluna bilər. Sülalə II Artakserks Dolqorukinin xatirəsinə Mxraqdzeli (Dolqoruki) adlandırılmışdır. Lori/Taşir, Ani, Dvin, Qelarqunik, Amberd (1187–1358-ci ildə şaxələnib) knyazları məhz bu sülalənin nümayəndələri olmuşlar. Sülalənin Zaxarilər adlandırılması isə knyaz Zaxarinin (doğ. 1150) adı ilə bağlıdır. Mxraqdzeli – Arqutaşvili şaxələnməsi isə knyaz Arqutun (vəf. 1506) adı ilə bağlıdır. Pavlenişvili şaxələnməsi isə, bir versiyaya görə Pavneli (Pavnisi qalasının), ikinci versiyaya görə isə knyaz Pavleni Mxraqdzelinin adı ilə bağlıdır.Mxraqdzeli sülaləsi Gürcüstana və Ermənistana bir çox böyük siyasətçi və sərkərdə bəxş etmişdir.
Quriya mxaresi
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Raça-Leçxumi və Aşağı Svaneti mxaresi
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Sameqrelo-Yuxarı Svaneti mxaresi
Sameqrelo – Yuxarı Svaneti diyarı (gürc. სამეგრელო-ზემო სვანეთი) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Zuqdidi şəhəridir.
Samtsxe-Cavaxeti mxaresi
Samtsxe-Cavaxeti diyarı və ya Samtse-Cavaxetiya (gürc. სამცხე-ჯავახეთი, erm. Ջավախք) — Gürcüstan Respublikasının doqquz diyarından biri. Cənubi Gürcüstanda yerləşir və kənd təsərrüfatı bölgəsi kimi tanınır. Samtsxenin mərkəzi Axalsıx, Cavaxetinin mərkəzi isə Axalkalaki şəhəridir. == Coğrafiyası == Burada bağçılıq və üzümçülük inkişaf edir. Həmçinin aşağı keyfiyyətli qonur kömür yataqları vardır. Yüksəkdağlıq ərazilərdə isə əqiq (qiymətli daş) yataqları mövcuddur.
Vahan Mxitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
İmereti mxaresi
İmereti diyarı (gürc. იმერეთის მხარე), Qərbi Gürcüstanda tarixi bölgə və Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Azərbaycan mənbələrində Başaçıq adıyla tanınırdı. Ölkənin inzibati mərkəzi Kutaisi (Qutayıs) şəhəridir. == İnzibati-ərazi bölgüsü == İmereti ölkəsi on iki bələdiyyəyə bölünür: Kutaisi şəhəri Bağdati bələdiyyəsi Çiatura bələdiyyəsi Xaraqauli bələdiyyəsi (Sovet vaxtında Orconikidze adıyla tanınırdı) Xoni bələdiyyəsi Saçxere bələdiyyəsi Samtredia bələdiyyəsi Tercola bələdiyyəsi Tkibuli bələdiyyəsi Tsxaltubo bələdiyyəsi Vani bələdiyyəsi Zestafoni bələdiyyəsi == Coğrafiyası == Rioni çayının hövzəsində yerləşən İmereti əsasən aqrar bölgədir. Burada çoxlu sayda ağ tut və üzüm yetişdirilir. == Tarixi == Qədimdə İmereti laz Eqrisi (yunanca Lazika kimi tanınan) dövlətinin tərkibində olmuşdur. Eqrisi hökmdarı 524-cü ildə məsihiliyi dövlətin rəsmi dini elan etmişdir. Dini birlik dövləti getdikcə Gürcüstanla yaxınlaşdıraraq nəticədə X əsrin sonunda Eqrisinin Gürcüstan çarlığına qatılmağına səbəb olmuşdur. Teymurləngin ölkəyə basqını gürcü feodalların birliyinə ağır zədə vurmuşdur.
İvane Mxarqrdzeli
İvane Mxarqrdzeli və ya İvane Zakaryan və ya Atabəy İvane — kürd əsilli, gürcüləşmiş, erməniləşmiş Mxarqrdzeli-Zakaryan nəslindən olan feodal, sərkərdə. Bəzi qaynaqlarda bu ailənin qıpçaq əsilli olması da göstərilir.Mxarqrdzelilərin ailə əfsanəsinə görə onların kökü Əhəmənilər sülaləsindən, II Darın oğlu II Artakserksin soyundan gəlir. Buna səbəb II Artakserksin ləqəbinin "Qoluuzun" olması və Mxarqrdzeli sözünün gürcücə "qoluzun" mənasına gəlməyi olmuşdur. Gürcü çarı Böyük Tamaranın dövründə Gürcü hakimiyyətində etimad qazanaraq amirspasalar rütbəsinə qədər yüksələn, Sarqis Zakaryanın oğlu İvane, Ani (Qars) basqını, Şəmkir döyüşü və Ərdəbil basqınlarıyla məşhurdur. 1195-ci ildə Eldəgizlərin zəifləməsindən istifadə edən gürcülər, Şəmkir yaxınlığında Eldəniz Atabəyi Əbu-Bəkrin qoşunlarına qarşı hücuma keçdilər. Bu döyüşdə İvane Mxarqrdzeli bir hərbçi kimi özünü göstərmişdir. Səlcuqlular arasındakı başıpozuqluqdan yararlanaraq Ərzurumdakı Saltuk bəyliyini öz təsiri altında salan Böyük Tamara ilə səlcuqlu qüvvələrini birləşdirməyi bacaran Sultan II Süleyman Şahın arası türklərin Ərzurumu tutaraq ilhaq etməsindən sonra kəskin şəkildə pozulmuşdu. II Süleymanın Kars və Ərzurumda möhkəmləndikdən sonra Gürcüstana səfər edəcəyini anlayan Böyük Tamara cəld şəkildə əri David Soslanın başçılığı altında əks-hücuma keçərək Basiani döyüşündə türkləri məğlub etdi (1202). Həmin döyüşün əsas qəhrəmanlarından biri də İvane və qardaşı Zəkəriyya Mxarqrdzelilər idi. 1225-ci ildə, Xarəzmşah Cəlaləddin Mənguberdi ilə Gərni döyüşündə öz qoşunlarını aktiv döyüşə salmayaraq gürcü ordusunun məğlubiyyətində əsas pay sahibi olmuşdur.
Şida Kartli mxaresi
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Mxitar Heratsi adına İrəvan Dövlət Tibb Universiteti
İrəvan Dövlət Tibb Universiteti (erm. Երեվանի Մխիթար Հերացու անվան Պետական Բժշկական Համալսարան) — Ermənistanın İrəvan şəhərində yerləşən erməni tibb universiteti. Tələbələrin 24%-i dünyanın 26 ölkəsindən olan beynəlxalq tələbələrdir. == Tarixi == === Zəmin === Birinci Ermənistan Respublikasında universitet yaranana qədər Tiflisdə yerləşən Zaqafqaziya özəl universitetində erməni tələbələrin sayı çox idi. 1919-cu ildə aparılan məsləhətləşmələrə əsasən, İrəvanda universitetin yaradılması müzakirə olunur. 1920-ci il yanvarın 31-də universitet müvəqqəti olaraq Aleksandropol Ticarət Məktəbinin binasında açılır. Növbəti tədris ilindən universitet İrəvan Müəllimlər Seminariyasının binasına köçürüldü və Ermənistan Xalq Universiteti, 1922-ci ildən isə İrəvan Dövlət Universiteti adlandırılır. 1920-ci il oktyabrın sonunda baş nazir Hamo Ohancanyan və o vaxtkı təhsil naziri Gevorq Qazaryan "Universitetdə tibb fakültəsinin açılması haqqında qanun" dekretini imzalasalar da, Ermənistan Sovet İttifaqının tərkibinə daxil olduğu üçün icra olunmadı.1921-ci il noyabrın 3-də İrəvanda tibb fakültəsi, 1922-ci il martın 15-də isə İDU-nun tibb fakültəsi yaradıldı. İlk dekan doktor Spandrarat Kamsarakan oldu və professor-müəllim heyəti 6 nəfərdən ibarət idi. === Sovet vaxtı === İlk 32 tələbə 1927-ci ildə tibb fakültəsindən məzun oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2008 ••••••••• 0.49
2009 •••••••••••••••••••• 1.12
2010 ••••••••• 0.45
2011 ••••••• 0.34
2012 ••••••• 0.34
2013 •••••• 0.29
2015 ••••••••••••••••••• 1.02
2016 •••• 0.17
2017 ••••••••••••••• 0.81
2018 •••••••••••••• 0.75
2019 ••••• 0.28
2020 ••••• 0.27

Oxşar sözlər

#mx nədir? #mx sözünün mənası #mx nə deməkdir? #mx sözünün izahı #mx sözünün yazılışı #mx necə yazılır? #mx sözünün düzgün yazılışı #mx leksik mənası #mx sözünün sinonimi #mx sözünün yaxın mənalı sözlər #mx sözünün əks mənası #mx sözünün etimologiyası #mx sözünün orfoqrafiyası #mx rusca #mx inglisça #mx fransızca #mx sözünün istifadəsi #sözlük