Nimba sözü azərbaycan dilində

Nimba

Yazılış

  • Nimba • 50.0000%
  • nimba • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nimba dağı
Nimba dağı və ya Riçard-Molard dağı — Afrikada 3 respublikanın ərazisində yerləşən Nimba dağı və onun ətrafındakı əraziləri əhatə edən qorunan təbiət ərazisidir. 1981-ci ildə 155-ci üzv kimi YUNESKO-nun Ümumdünya irsi sıyahısına salınmışdır == Haqqında == Heyvan növləri arasında müxtəlif antilop cinsləri, böyük pişiklər, müşk pişiyi və müxtəlif məməli və sürünənlər də vardır. Burada daşları alət və vasitə olaraq istifadə edən şimpanzelər də yaşayır. Nimba Dağı Qvineya, Kot-d'İvuar və Liberiya arasında yerləşir. Kot-d'İvuarda qalan hissə mühafizə olunan bölgəyə daxil deyil. Nimba Dağı 1 752 metr yüksəklikdə olub 40 km-lik bir dağ silsiləsinin hissəsidir. Təbiət Qoruma Sahəsi yüksək otlaq, savanna düzənliyi və yağış meşələrindən ibarətdir. Kütləvi olaraq Liberiyadan qaçqınların gəlməsindən sonra Qvineya 1992-ci ildən bəri bu sahədə dəmir filizinin çıxarılmasına icazə vermiş və bu bölgəni təhlükə altına atmışdır. Nəzarətsizlik, qanunsuz ovlanma və yanğınlar bölgənin təbiətinə böyük zərər yetirir. Bu səbəblərdən 2013-cü ildən təhlükə altındakı abidələr siyahısındadır.
Nimba dağı Təbiət Qoruğu
Nimba dağı Təbiət Qoruğu — Qvineya və Kot-d'İvuar ərazisində yerləşən, Qvineyada 12540 hektar, Kot-d'İvuarda isə 5000 hektar olmaqla 17.540 hektarlıq ərazini əhatə edən qorunana təbiət ərazisi və UNESCO-nun Ümumdünya irsi ərazisi. Qoruq Nimba silsiləsinin əhəmiyyətli hissələrini,yerli endemik növlərin də daxil olduğu qeyri-adi dərəcədə zəngin flora və faunası olan coğrafi baxımdan unikal bir ərazini əhatə edir. Ən yüksək zirvəsi hər iki ölkənin ən yüksək zirvəsi olan 1.752 m (5.750 ft) hündürlüyündəki Nimba dağıdır. == Tarix == Təbiət qoruğu Kot d'İvuarda 1943-cü ildə 4190 SE/F Sərəncamı ilə, Qvineyada isə 1944-cü ildə yaradıldı. Qvineya hissəsi 1980-ci ildə biosfer qoruğu olaraq qəbul edildi. Hər iki ehtiyat 1981 (Qvineya) və 1982-ci ildə (Kot d'İvuar) ümumi bir Ümumdünya irsi sahəsi yaratmaq üçün birləşdirildi. 1992-ci ildə ərazidə mədən üçün dəmir filizi kəşfiyyatı başlandı və qoruq o vaxtdan bəri UNESCO-nun Təhlükədə olan Dünya İrsinin siyahısına daxil edilmişdir. Ərazidə təkmilləşdirilmiş bir qoruma naminə Qvineya Parkları Vəqfi tərəfindən bir konservasiya idarəetmə mərkəzi qurulub. Layihə 2016-cı ildə Qvineya Hökuməti və CEGENS tərəfindən təsdiqlənmişdir. == Coğrafiya == Nimba silsiləsi şimali-cənub-qərb istiqamətə yönəlmiş, təxminən 40 km-ə qədər uzanan dar bir silsilədir.

Oxşar sözlər

#nimba nədir? #nimba sözünün mənası #nimba nə deməkdir? #nimba sözünün izahı #nimba sözünün yazılışı #nimba necə yazılır? #nimba sözünün düzgün yazılışı #nimba leksik mənası #nimba sözünün sinonimi #nimba sözünün yaxın mənalı sözlər #nimba sözünün əks mənası #nimba sözünün etimologiyası #nimba sözünün orfoqrafiyası #nimba rusca #nimba inglisça #nimba fransızca #nimba sözünün istifadəsi #sözlük