Niyaldağ
Niyaldağ — dağ zirvəsi Azərbaycanın İsmayıllı rayonunda, Böyük Qafqazın suayrıcı silsiləsinin şərqində, Girdimançay yaxınlığında yerləşir. Lahıc dağları sisteminin bir hissəsidir. Hündürlüyü - 2063,5 metr, (digər mənbələrə görə) - 2111 metr. Niyaldağın ətəyində Zərnava qəsəbəsi, şimalda Lahıc kəndi yerləşir.
== Etimologiya ==
İlk dəfə 10-cu əsrə aid mənbələrdə xatırlanmışdır. Güman ki, zirvənin adı İranda yerləşən Niyal dağına gedib çıxır. Niyaldağ adı doqquz keçid (tat dilində “ni” - doqquz və “yal” - aşırım) kimi izah olunur.
== Tarixi ==
Dağın təpəsində keçmiş ərəb mənbələrində xatırlanan qədim “Nyal” qalası var. Keçmişdə Lahıcı xarici dünya ilə birləşdirən karvan yollarından biri Niyaldağ aşırımından keçirdi. XX əsrin 20-ci illərinə qədər Niyaldağın ətəyində yerləşən, tənha ağacın altı ziyafət verilirdi.