nəsx sözü azərbaycan dilində

nəsx

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəsx • 90.1961%
  • Nəsx • 9.8039%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəsx xətti
Nəsx xətti—Ərəb xətt növü. Nəsx xətti (lüğəvi mənası "üzünü köçürmək", "ləğv etmək", "şəklini dəyişmək"dir) – XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra İbn Muğlə Şirazi bu xətt növünü ixtira etmiş və bu ad özündən əvvəlki xətti, yəni kufi xəttini aradan çıxardığı üçün yeni xətt növünə verilmişdir. Digər qədim xətlərlə müqayisədə nəsx özünün sadəliyi, rahat oxunuşu və rəvan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx meydana gəldiyi ilk gündən "Quran", dua, bədii kitabların yazılışı və üzünün köçürülməsində, habelə dəftərxana işlərində geniş istifadə olunmuşdur. Hazırda İslam ölkələrində nəsx xəttinin iki növündən – yaquti nəsx və İrani nəsxdən istifadə olunur. Yaquti nəsx hicri tarixlə 698-ci ildə ildə vəfat etmiş ustad Yaqut Mustəsəmi tərəfindən ixtira olunaraq təkmilləşdirilmişdir. İrani nəsx isə Səfəvilərin hakimiyyəti dövründə yaşayıb-yaratmış xəttat Əhməd Neyrizi tərəfindən ixtira olunaraq bütün İslam ölkələrində, xüsusilə də İran ərazisində geniş istifadə olunmuşdur.
Nəsx və mənsux
Nəsx və mənsux — Quran ayələrinin və ya hədislərin bəzi müddəalarının başqa ayə və ya hədislərin hökmlərinin xeyrinə ləğv edilməsi. Nəsx (ərəb. نسخ‎) — "ləğv etmə", "aradan qaldırma", "dəyişiklik" mənalarına gəlir; İslamda ilahi vəhyin ləğvi, dəyişdirilməsi və ya redaktəsidir. Mənsux ləğv edilmiş müddəanın adıdır. Müsəlman doktrinasına görə, 23 il ərzində Məhəmməd peyğəmbərə ilahi vəhylər göndərilib. Və bu vəhylər təkcə Müqəddəs Yazılara daxil olan ayələrlə məhdudlaşmır. Vəhylərin üç kateqoriyaya aid olduğu güman edilir: Qısamüddətli, anlıq dəyəri olan vəhylər. Onlar hər hansısa konkret həyat vəziyyətləri üçün göndərilib və ümumi xarakter daşımayıb. Qalıcı, daha davamlı məna daşıyan vəhylər. Bunlar Məhəmməd peyğəmbər tərəfindən ictimai yerlərdə və ya konkret insanlarla söhbətləri zamanı ifadə edilmiş, xatırlanmış və qeydə alınmışdır.

nəsx sözünün leksik mənası və izahı

nəsx sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. 1. отмена 2. уничтожение 3. переписывание 4. вид арабско-персидского почерка или шрифта

    Azərbaycanca-rusca lüğət / nəsx

nəsx sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. несх (гзафни-гзаф ктаб чап ийидамаз кӀвалахардай араб кхьинрин (хатӀарин) садан тӀвар).

    Azərbaycanca-ləzgicə lüğəti / nəsx

Oxşar sözlər

#nəsx nədir? #nəsx sözünün mənası #nəsx nə deməkdir? #nəsx sözünün izahı #nəsx sözünün yazılışı #nəsx necə yazılır? #nəsx sözünün düzgün yazılışı #nəsx leksik mənası #nəsx sözünün sinonimi #nəsx sözünün yaxın mənalı sözlər #nəsx sözünün əks mənası #nəsx sözünün etimologiyası #nəsx sözünün orfoqrafiyası #nəsx rusca #nəsx inglisça #nəsx fransızca #nəsx sözünün istifadəsi #sözlük