Otit
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir:
xarici otit
orta otit
labirint (daxili qulağın iltihabı)
Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub.
Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır.
Orta otit — orta qulağın iltihabıdır.