Kür-Araz ovalığının müasir landşaftları
Kür-Araz ovalığı — Azərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır.
== Ümumi məlumat ==
Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri.
Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir.