* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Dəvə noxtası. Dəvə tanınmasa, ovsarı tanınar. (Ata. sözü). Dağların başından keçəmmir karvan; Ovsarı əlində ağlayır sarvan. “Koroğlu”. Bu çinarın dövrəsi ovsarları bir-birinə bağlanan dəvə karvanlarının, at-ulaqla yükdaşıyan çarvadarların düşərgə yeri olmuşdu. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / ovsar(Beyləqan) bax avsar. – Ovsarı dəvənin başına keçirtdim
Azərbaycan dilinin dialektoloji lüğəti.