övsaf sözü azərbaycan dilində

övsaf

Yazılış

  • övsaf • 87.5000%
  • Övsaf • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Övsafül-Əşraf
Övsavül Əşraf - Azərbaycan alimi Nəsirəddin Tusi tərəfindən yazılmış kitabdır. Kitabın adı ərəbcədən tərcümədə "Şərafətli insanların xüsusiyyətləri" deməkdir. Kitabın dəqiq yazılma tarixinə aid mənbələrdə məlumat verilməsə də 14-cü əsrdə yazıldığı məlumdur. Bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulmuşdur. Kitabın əsas hissəsini elmi, əxlaqi, irfani və məfhumlar təşkil edir. == Tarixi == Nəsirəddin Tusi əsərində mömin insanlara Allahla etdikləri əhdə sadiq olmalarını tövsiyə edir. Onun fikrincə Allahla etdikləri əhdə sadiq qalanlar, yəni siddiqləri peyğəmbərlər və şəhidlər mərətbəsinə ucala bilər. Nəsirəddin Tusi burada Qurani-Kərimin ayələrindən sitat gətirərək yazırdı: «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar». İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişdir: «Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.» Kitabda düzgünlük və sədaqətin məqsədə çatmaq üçün ən yaxşı yol olduğu başa salınır va yazılır ki, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır.Əsərin müqəddiməsində yazılır ki, Nəsirəddin Tusi bu risaləni Hülaki xanın oğlu Abaqa xanın vəziri Şəmsəddin Məhəmmədin adına yazmışdır. Şəmsəddin Məhəmmədin 22 illik vəzirliyini nəzərə alsaq, böyük ehtimalla Nəsirəddin Tusi bu əsəri onun vəzirliyinin ilk illərində yazmışdır.

övsaf sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “vəsf” söz. cəmi] klas. 1. Bax vəsf. Müştəridir sənə Zöhrə fələkdə; Gecə-gündüz övsafını deməkdə. Q.Zakir. 2. Səciyyəvi xüsusiyyətlər, bir şəxsin necəliyini göstərən sifətləri. Qasımbəy Qarabağ əhlinin övsaf və əxlaqını nəzmə çəkibdir. F.Köçərli.

    Azərbaycan dilinin izahlı lüğəti / övsaf

övsaf sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. 1. воспевание, прославление, восхваление 2. черты характера кого-л

    Azərbaycanca-rusca lüğət / övsaf

övsaf sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “vəsf” söz. cəmi] сущ. клас. 1. кил. vəsf; 2. кьетӀен хесетар, са кас гьихьтинди ятӀа къалурдай суфатар.

    Azərbaycanca-ləzgicə lüğəti / övsaf

övsaf sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: osaf.

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «vəsf» c. 1) vəsflər; 2) t. sifət, keyfiyyət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"övsaf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#övsaf nədir? #övsaf sözünün mənası #övsaf nə deməkdir? #övsaf sözünün izahı #övsaf sözünün yazılışı #övsaf necə yazılır? #övsaf sözünün düzgün yazılışı #övsaf leksik mənası #övsaf sözünün sinonimi #övsaf sözünün yaxın mənalı sözlər #övsaf sözünün əks mənası #övsaf sözünün etimologiyası #övsaf sözünün orfoqrafiyası #övsaf rusca #övsaf inglisça #övsaf fransızca #övsaf sözünün istifadəsi #sözlük