ovşar sözü azərbaycan dilində

ovşar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ovşar • 75.0000%
  • Ovşar • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ovşar karvansarası
Ovşar və ya Əfşar karvansarası XVI–XVIII əsrlərə aid abidə. Cənubi Qafqazdakı türk memarlığına xas binalarda olduğu kimi ikinci mərtəbənin eyvanları daxili həyətə baxır. Karvansaranın birinci mərtəbəsində mətbəx və yardımçı otaqlar, atelye və anbarlar yerləşirdi. Həyətlər isə, əsasən, düzbucaqlı formada olurdu. Karvansaranın ikinci mərtəbəsinə giriş həyətin kənarlarındakı pilləkənlərdən idi. Dövrümüzdə karvansaranın yerində (Mesrop Maştots prospektində) qapalı bazar inşa olunmuşdur.
Kürd-Ovşarı
Kürd-Ovşarı — şur dəstgahı kökündə zərbli muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda ovşarı zərbli muğamı ilə yanaşı Maani (osmanlı) zərbli muğamından da geniş istifadə edilmiş və əsər "Şur" simfonik muğamının ibtida melodiyaları ilə tamamlanır ki, bu da hər iki əsər arasında gözəl tematik vəhdət yaratmış olur.
Kürd Ovşarı (Simfonik muğam)
Kürd Ovşarı — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. == Tarixi == === Yazılma tarixi === Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazıb. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir. Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir: Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim." S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır." Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır." === İfa tarixi === "Kürd-Ovşarı" simfonik muğamı ilk dəfə 1948-ci ildə Niyazinin idarəsi ilə Azərbaycan Dövlət Filarmoniyasında ifa edilib. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Dövlət mükafatına layiq görülüb. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir.
Ovşarı
Ovşarı – zərbi muğam "Şüştər" lad-məqamına əsaslanır. Onu da deyək ki, "Ovşarı" aşıq musiqi-poetik yaradıcılığında bir ənənəvi hava kimi də məşhurdur. Zərb muğam kimi "Ovşarı" şüştər məqamının iki şöbəsinin intonasiyalarını özündə əks etdirir: "Şüştər", "Təsnif". Bu zərbi muğam öz musiqisi etibarilə müəyyən dərəcədə təntənəni, əzəməti əks etdirir. Onun mətni əsası xalq sözlərindən alınmışdır.

ovşar sözünün leksik mənası və izahı

  • 1 is. dan. Sağımdan əvvəl heyvanların, əsasən qaramalın əmcəklərini sığallama, ovuşdurma. □ Ovşara gətirmək – bax ovşarlamaq. Gülüstan [inəyi] yavaşıtmaq və ovşara gətirmək üçün oxşayırdı: – Nənəm, a Mərcan inək; Bacım, a Mərcan inək!… Ə.Abasov.

    Azərbaycan dilinin izahlı lüğəti / ovşar

ovşar sözünün sinonimləri (yaxın mənalı sözlər)

ovşar sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. разг. подготовка коровы к доению путем приговаривания, поглаживания и массирования сосков и вымени. İnəyi ovşara gətirmək подготовить корову к доению путем приговаривания, поглаживания и т.п.

    Azərbaycanca-rusca lüğət / ovşar

ovşar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. рах. ацадайдалай вилик гьайвандин (калин, гамишдин) мамар тӀушунун (гъилелай авун); ovşara gətirmək кил. ovşarlamaq.

    Azərbaycanca-ləzgicə lüğəti / ovşar

ovşar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qarakilsə) bax avşar III

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ovşar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ovşar nədir? #ovşar sözünün mənası #ovşar nə deməkdir? #ovşar sözünün izahı #ovşar sözünün yazılışı #ovşar necə yazılır? #ovşar sözünün düzgün yazılışı #ovşar leksik mənası #ovşar sözünün sinonimi #ovşar sözünün yaxın mənalı sözlər #ovşar sözünün əks mənası #ovşar sözünün etimologiyası #ovşar sözünün orfoqrafiyası #ovşar rusca #ovşar inglisça #ovşar fransızca #ovşar sözünün istifadəsi #sözlük