patri sözü azərbaycan dilində

patri

Yazılış

  • patri • 50.0000%
  • Patri • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adrian (Moskva patriarxı)
Adrian (rus. Адриа́н) və ya Andrey (rus. Андрей; 1638 və ya 2 (12) oktyabr 1627[…], Moskva – 16 (27) oktyabr 1700[…], Perervinsk monastrı[d]) — 1690-cı ildən Moskva və bütün Rusun patriarxı. 1678–1686-cı illərdə Çudov monastırının arximandriti, 1686-cı ildən Kazan və Sviyajsk mitropoliti olmuşdur. O, saqqal kəsməyin, ətirli tüstü almaq üçün yandırılan maddələrdən istifadə, I Pyotrun rus milli geyimlərinin ləğvini pisləmişdir. Kilsə yazılarının müəllifi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == '[Скворцов, Григорий Афанасьевич. Патриарх Адриан, его жизнь и труды в связи с состоянием русской церкви в последнее десятилетие XVII века. — Казань : Центр. тип., 1913.
Aechmea patriciae
Aechmea patriciae (lat. Aechmea patriciae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Cozef Patrik Kennedi
Cozef Patrik (Co) Kennedi-böyük (ing. Joseph Patrick «Joe» Kennedy, Sr.;6 sentyabr 1888[…], Boston – 18 noyabr 1969[…]) — amerikalı sahibkar və siyasi xadim. ABŞ prezidenti Con Kennedinin , ABŞ senatoru və baş prokuror Robert Kennedinin , senator Edvard Kennedinin , hərbi pilot, II Dünya Müharibəsi qəhrəmanı Kiçik Cozef Kennedinin, Xüsusi Olimpiadaların həmtəsisçisi Yunis Kennedi Şiverin, Amerikanın İrlandiyadakı səfiri Cin Enn Kennedi Smitin atası, Cozef Kennedi II və Patrik C. Kennedi konqresmenlərin babası. Amerika Birləşmiş Ştatlarının Demokratik Partiyasının və Amerika İrland cəmiyyətinin aparıcı üzvü olmuşdur. Prezident Franklin Ruzvelt tərəfindən təyin olunan Qiymətli Kağızlar və Birja Komissiyasının (ABŞ) sədri, sonra isə Amerika Birləşmiş Ştatları Dəniz Komissiyasının rəhbəri vəzifəsində çalışmışdır. Kennedi, İkinci Dünya Müharibəsinin başlanğıcı da daxil olmaqla 1938-ci ildən 1940-cı ilin sonuna qədər ABŞ-nin Britaniyadakı səfiri vəzifəsini icra etmişdir. == Bioqrafiyası == Klanın qurucusu İrlandiya əsilli Cozef Patrik Kennedi-böyük, sərvətini qadağan olunmuş, qanunsuz spirtli içki ticarətində qazanmışdır. Bundan sonra birjada spekulyasiya edən torpaq və daşınmaz əmlak alqı satqısı ilə məşğul olmuşdur. İyirmi beş yaşında artıq o, bir bankın rəhbəri idi , otuz beş yaşında isə multimilyoner olmuşdur. ABŞ-nin Britaniyadakı səfiri təyin olunmuşdur.
Kamilla Patrisia
Kamilla Patrisia (d. 4 noyabr 1994) — İtaliyanı təmsil edən bədii gimnast. Kamilla Patrisia 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; Patrisia həmdə Dünya Çempionatlarının 1 qızıl və 4 gümüş medalını qazanıb. == Karyerası == Kamilla Patrisia 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Marta Pacnini ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Knopkirie patriciae
Knopkirie patriciae (lat. Knopkirie patriciae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin knopkirie cinsinə aid heyvan növü.
Lesli Patrik Aberkrombi
Ser Lesli Patrik Aberkrombi (6 iyun 1879[…] – 23 mart 1957[…]) — İngiltərə memarı, şəhərsalanı, memarlıq nəzəriyyəçisi. O, Qərbi Avropada şəhərlərdə rayonların funksional sərhədlərinin müəyyənləşdirilməsi, peyk şəhərlərin yaradılmasında birincilərdən olmuşdur. Aberkrombi 1944-cü ildə "Böyük London"un inkişafı layihəsini hazırlayarkən onun ərazisini məhdudlaşdıran "yaşıl zolağ"ın yaradılmasını təklif etmişdir. O, 1915–1935-ci illərdə Liverpul və London Universitetlərində dərs demişdir. Aberkrombi 1946–1957-ci illərdə Beynəlxalq Memarlar İttifaqının prezidenti olmuşdur. == Əsərləri == Sir Patrick Abercrombie, The Preservation of Rural England, Hodder and Stoughton Ltd, London, 1926. J. H. Forshaw and Patrick Abercrombie, County of London Plan, Macmillan & Co. 1943. Edwin Lutyens & Patrick Abercrombie, A Plan for the City & County of Kingston upon Hull, Brown (London & Hull), 1945. Sir Patrick Abercrombie, Revised by D.Rigby Childs, "Town and Country Planning", ThirdEdition, Oxford University Press, 1959, Reprinted 1961 and 1967.
MIM-104 Patriot
MIM-104 Patriot— ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-nin əsas müdafiə sənayesi şirkətlərindən biri olan Raytheon tərəfindən istehsal olunur. Patriot sistemi özündən əvvəl ABŞ Ordusunun silahlanmasında olan orta-uzun mənzilli MIM-14 Nike-Hercules və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan MIM-23 Hawk komplekslərini əvəz etmişdir. Bütün bunlara əlavə olaraq, Patriot sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunmuşdur. Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir.Patriot kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz olunub. Bu sistem ABŞ Ordusunun silahlanmasına daxil edildikdən sonra Niderland, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rumıniyaya satılmışdır. 2006-cı ildə Şimali Koreyanın Yapon dənizi yaxınlığında ballistik raket sınağı və yeraltı nüvə testi həyata keçirməsindən sonra Cənubi Koreya da Almaniyadan ikinci əl Patriot sistemi satın almağa qərar vermişdir. Polşa da ABŞ-yə məxsus bir divizion Patriot zenit-raket kompleksinə ev sahibliyi edir. Bu raket sistemləri ilk olaraq Polşanın Moronq şəhərində yerləşdirilsə də, sonradan Rusiya tərəfinin etirazları nəticəsində bu komplekslər Rusiya ilə sərhəddən daha uzaqda yerləşən Torun və Ustka şəhərlərinə köçürülmüşdür. 4 dekabr 2010-cu il tarixində NATO Suriya vətəndaş müharibəsinin baş verməsi səbəbilə Patriot raket sistemlərinin Türkiyə ərazisində yerləşdirildiyini açıqlamışdır.Patriot raket sistemi 1991-ci ildə baş vermiş Körfəz müharibəsi ərzində İraq tərəfindən atılan 40-a yaxın Skad ballistik raketini zərərsizləşdirməyi bacarmışdır.
Ortaboy patriniya
Ortaboy patriniya (lat. Patrinia intermedia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin patriniya cinsinə aid bitki növü.
Patriar
Patriarxal nəzəriyyəyə görə,dövlət xalqın ümumi səadətə çatmaq məqsədi ilə insanların əlaqəsinin ən yaxşı formasıdır.Dövlət ailə üzvlərinin sayının çoxalması nəticəsində yaranmışdır.Dövlətə ailənin başçısı olan ata(monarx) başçılıq edir və o,bütün üzvlərin(vətəndaşların) qayğısına qalır, tabe edir. Bu nəzəriyyəyə tərəfdar çıxan məşhur filosoflar arasında Aristotel,Filmer,Mixaylovski də olmuşdur.
Patriarxat
Ataxaqan / Patriarxat (atanın hakimiyyəti, q.yun. πατήρ — "ata" və ἀρχή — "hakimlik, başlanğıc, hakimiyyət", hən də andrarxiya, androkratiya) — əsas hakimiyyət, siyasi liderlik, mənəvi nüfuz, sosial imtiyaz və mülkiyyətə nəzarət rollarında kişilərin üstünlük təşkil etdiyi sosial sistem. Tarixən patriarxat bir sıra fərqli mədəniyyətlərin sosial, hüquqi, siyasi, dini və iqtisadi təşkilatlanmasına təsir etmişdir.Bax - Anaxaqanlıq Tarixən ataxaqanlıq bir sıra fərqli mədəniyyətlərin sosial, hüquqi, siyasi, dini və iqtisadi təşkilatlanmasına təsir etmişdir. Tarixən ataxaqan termini ailə başçısının kişi tərəfindən avtokratik idarəçiliyinə istinad etmək üçün istifadə edilmişdir; lakin, XX əsrin sonlarından etibarən o, hakimiyyətin əsasən yetkin kişilərin əlində olduğu sosial sistemlərə istinad etmək üçün də istifadə edilmişdir. Termin xüsusilə Kate Millett kimi ikinci dalğa feminizmi ilə əlaqəli yazıçılar tərəfindən istifadə edilmişdir; bu yazıçılar qadınları kişi hökmranlığından azad etmək üçün ataxaqan ictimai münasibətlər anlayışından istifadə etməyə çalışırdılar. Bu ataxaqan konsepsiyası kişi hökmranlığını bioloji deyil, sosial bir fenomen kimi izah etmək üçün hazırlanmışdır. == Tarix və əhatə dairəsi == Sosioloq Silvia Uolbi ataxaqanlığı “kişilərin qadınlara hökmranlıq etdiyi, əzdiyi və istismar etdiyi sosial strukturlar və təcrübələr sistemi” kimi müəyyən edir. Əksər cəmiyyətlərdə hakimiyyətin əsasən kişilər tərəfindən idarə olunduğu cinsiyyət xətti üzrə sosial təbəqələşmə müşahidə edilmişdir. === Kişi cinayətkarlığı === Kişi cinayəti də bioloji obyektiv vasitəsilə araşdırılıb. Cinayətlərin əksəriyyəti kişilər tərəfindən törədilir.
Patricia Aulitzky
Patricia Aulitzki (7 iyul 1979, Zalsburq) — Avstriyalı aktrisa.
Patrik Andrade
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi. == Karyera == Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır.2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır.Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir.Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir.28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.2022-ci ildə, Serbiyanın "Partizan" klubuna keçir. == Milli Komanda Karyerası == 1 Oktyabr 2020-ci ildə Kabo-Verde milli komandasına dəvət edilir. 10 Oktyabr 2020-ci ildə Kabo-Verdenin Qvineya milli komandası ilə yoldaşlıq göruşundə meydana çıxıraq milli komandada debut edir. Futbolçunun Kabo-Verde millisində rəmi debütu isə 26 mart 2021-ci il tarixində Kamerun milli komandası ilə göruşdə baş tutur.
Patrik Aşi
Patrik Aşi (fr. Patrick Achi; 17 noyabr 1955, Paris) — 26 mart 2021-ci ildən etibarən Kot-d'İvuarın Baş naziri vəzifəsini icra edən Kot-d'İvuar siyasətçisi. == Həyatı == Aşi Parisdə Kot-d'İvuar əsilli ana və fransız əsilli atadan doğulub. O, Fransa və ABŞ-da təhsil alıb. Atasının adı Eratum, anasının adı isə Attiyedir. 16 aprel 2020-ci ildə COVID-19-dan müsbət test verdiyini və növbəti bildirişə qədər özünü təcrid etdiyini açıqladı. 2021-ci ilin may ayında o, yorğunluq və tibbi müayinədən keçmək üçün Parisə aparılıb. == Fəaliyyəti == 2010–2017-ci illər arasında Aşi Qiyom Soro, Janno Aussu-Kuadio və Deniyel Kablan Dunkan hökumətlərində İqtisadi İnfrastruktur Naziri olub.Aşi xəstəxanaya yerləşdirilən Baş nazir Həməd Bakayokonun vəzifələrini icra etmək üçün 8 mart 2021-ci ildə Baş nazir təyin edildi. Bakayoko iki gün sonra vəfat etdi. Aşi 26 mart 2021-ci ildə Prezident Uattara tərəfindən Baş nazir vəzifəsinə təyin edilib.
Patrik Berger
Patrik Berger (d. 10.11.1973, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Patrik Braxner
Patrik Braxner (alm. Patrick Brachner‎; 7 yanvar 1992, Avstriya) – Azərbaycanı təmsil edən avstriyalı xizəkçi. 2014-cü il Qış Olimpiya oyunlarında Azərbaycanı slalom və böyük slalom idman növlərində təmsil etmişdir. Açılış mərasimində Azərbaycan bayrağını o daşımışdır.Patrik Azərbaycanı 2018 Qış Olimpiya Oyunlarında da təmsil edib və heç bir medal qazanmayıb.
Patrik Broun
Patrik Broun (ing. Patrick Browne; 1720[…] – 29 avqust 1790) — İrlandiya botaniki. == Əsərləri == Browne, P. (1756). The civil and natural history of Jamaica in three parts. 503 p., 49 p. == Eponimlər == Brownea Jacq., 1760, nom. cons. bitki cinsi Geocapromys brownii məməli növü == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed. 2.
Patrik Geddes
Patrik Geddes (2 oktyabr 1854[…], Ballater[d], Aberdinşir[d] – 17 aprel 1932[…], Monpelye) – şotland bioloq, şəhərsalma nəzəriyyəçisi, memar, sosioloq. Biologiyanı Londonda Hekslidən öyrənmiş, 1880–1919-cu illərdə Dandi universitetində botanikadan dərs demişdir. Edinburqda sosial problemləri öyrənən yay məktəbində işləmişdir. "Ramzey-hardens kooperativ yaşayış evi", Edinburq universitetinin "Ramzeyloc" özünüidarə zalı onun layihəsi əsasında inşa olunmuşdur. 1910-cu ildə Londonda ilk beynəlxalq şəhərsalma konfransını təşkil etmişdir. Londonda o, Şəhərsalma insitutunun yaradıcılarından biridir.
Patrik Hikki
Patrik Hikki (ing. Patrick Joseph "Pat" Hickey; d. 17 iyun 1945) — irlandiyalı idman funksioneri. 1988–2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri və 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü. Həmçinin, Avropa və dünya səviyyələrindəki olimpiya və cüdo qurumlarında fəaliyyət göstərmişdir. == Şəxsi həyatı == Əmlak Qiymətləndiriciləri İnstitutundan məzun olan Hikki daşınmaz əmlak satışı sahəsində çalışmış və 2015-ci ilə olan məlumata görə, onun şirkəti "Hickey Auctioneers" qızı və böyük oğlu tərəfindən idarə olunur.Cüdoda 2-ci dan qara kəmər ustası olan Hikki, 40 yaşlarına qədər beynəlxalq idman müsabiqələrində İrlandiyanı təmsil etmişdir. == İdman idarəçiliyi == Hikki 1979–1989-cu illərdə İrlandiya Cüdo Assosiasiyasının sədri olmuş, 1989-cu ildə bu təşkilatın fəxri sədri seçilmişdir. 1981-ci ildə o, İrlandiya Olimpiya Şurasının (İOŞ) icraiyyə komitəsinə üzv seçilmiş və 1984 Los-Anceles olimpiadasından etibarən İrlandiya Olimpiya deleqasiyalarının tərkibində olmuşdur. Hikki 1989-cu ildə İOŞ və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Maykl Killaninin tövsiyəsi əsasında İOŞ-un sədri seçilmişdir. 1999-cu ildə İrlandiya İdman Şurasının (İİŞ) yaradılmasından sonra Hikki İİŞ-in nəzdində İdman İnstitutu yaradılanadək həm İİŞ rəhbərliyi, həm də sonrakı İdman nazirləri ilə elit idmana cavabdehliklə bağlı mübarizədə olmuşdur.
Patrik Klüvert
Patrik Stefan Klüvert (və ya Patrik Klayvert) (1 iyul 1976, Amsterdam) – Niderland futbolçusu. == Həyatı == Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Həmin il Vyanada “Milan”la keçirilən final matçının 85-ci dəqiqəsində gözəl qola imza ataraq, Ayaks klubuna kuboku qazandıran oyunçu oldu. Onun gənc yaşda belə parlaq çıxışı nəhəng klubların skautlarının da gözündən yayınmadı.
Patrik Kpozo
Patrik Kpozo (isv. Patrick Kpozo; 15 iyul 1997, Akkra) — Qana futbolçusu, futbol üzrə İsveç çempionatında çıxış edən "AİK" FK-nın müdafiəçisi. == Karyera == === Klub === Patrik Kpozo Qana futbolunun yetirməsidir. O, 2015-ci ildə "AİK" skautlarının maraqlarını cəlb etmiş və sınaq üçün İsveç klubuna gəlmiş, tezliklə burada müqavilə imzalayaraq gənclər komandasına qoşulmuşdur. Kpozo 2016-cı il mövsümündən əsas komandaya gətirilmişdir. O, 23 may 2016-cı ildə İsveç çempionatında "Gefle" ilə qarşlkaşmada debüt etmiş, start heyətində meydana çıxmış və bütün matçı meydanda keçirmişdir. === Beynəlxalq === Patrik Kpozo 20 yaşadək Qana yığması ilə təlim-məşq toplanışına dəvət edilmişdir, rəsmi oyunlarda iştirak etməmişdir.
Plebsin patrisiatla mübarizəsi
E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrəsi arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyətdə öz haqlarını bölüşməmək məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi. == Mübarizənin səbəbləri == Plebslə patrisiatın mübarizəsi hələ çar dövründən başlayıb, ama xüsusi ilə erkən respublika dövründə kəskinləşdi. Mübarizə üç əsas maddə ətrafında inkişaf edirdi: aqrar məsələ, borc məsləsi və siyasi hüquqlar. Əhalinin mütləq əksəriyəti üçün torpaq yaşamaq üçün yeganə vasitə idi. Xüsusi paylardan (adətən iki yuqer) başqa, torpaq vətəndaş kollektivinə məxsus idi və ayrı-ayrı vətəndaşlar tərəfindən icarə olunurdu. İçtimai torpağın aslan payı(ager publicus)patrisiat tərəfindən icarə olunurdu, və plebey kütləsi üçün torpaq əsasən əlçatmaz idi. Torpaq çatışmazlığı plebey hərəkatının və romalı ekspansiyanın əsas səbəbləri idi.
Plebslə patrisiatın mübarizəsi
E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrəsi arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyətdə öz haqlarını bölüşməmək məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi. == Mübarizənin səbəbləri == Plebslə patrisiatın mübarizəsi hələ çar dövründən başlayıb, ama xüsusi ilə erkən respublika dövründə kəskinləşdi. Mübarizə üç əsas maddə ətrafında inkişaf edirdi: aqrar məsələ, borc məsləsi və siyasi hüquqlar. Əhalinin mütləq əksəriyəti üçün torpaq yaşamaq üçün yeganə vasitə idi. Xüsusi paylardan (adətən iki yuqer) başqa, torpaq vətəndaş kollektivinə məxsus idi və ayrı-ayrı vətəndaşlar tərəfindən icarə olunurdu. İçtimai torpağın aslan payı(ager publicus)patrisiat tərəfindən icarə olunurdu, və plebey kütləsi üçün torpaq əsasən əlçatmaz idi. Torpaq çatışmazlığı plebey hərəkatının və romalı ekspansiyanın əsas səbəbləri idi.
Rui Patrisio
Rui Pedro Dos Santos Patrisio (15 fevral 1988[…]) — Portuqaliyalı futbol qapıçısı. İtaliyanın Roma klubunun və futbol üzrə Portuqaliya milli komandasının qapıçısı. Portuqaliya milli futbol komandasında 2010-cu ildən qapıçıdır.
Rum Ortodoks Patrikxanası
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.
Rum Pravaslav Patrikxanası
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

"patri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#patri nədir? #patri sözünün mənası #patri nə deməkdir? #patri sözünün izahı #patri sözünün yazılışı #patri necə yazılır? #patri sözünün düzgün yazılışı #patri leksik mənası #patri sözünün sinonimi #patri sözünün yaxın mənalı sözlər #patri sözünün əks mənası #patri sözünün etimologiyası #patri sözünün orfoqrafiyası #patri rusca #patri inglisça #patri fransızca #patri sözünün istifadəsi #sözlük