qüvvə sözü azərbaycan dilində

qüvvə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qüvvə • 98.8105%
  • Qüvvə • 1.0914%
  • QÜVVƏ • 0.0981%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konservativ qüvvə
Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi, Kulon qüvvəsi. Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s. Konservativ qüvvələr sonrakı xassələrə malikdir: Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil. Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0. Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır. Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir. Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.
Mərkəzi qüvvə
Klassik mexanikada cismə təsir göstərən mərkəzi qüvvə, qüvvə mərkəzi tərəfindən cismi cəzb və ya itələmə xarakteri daşıyan qüvvədir.[a] F → = F ( r ) = | F ( r ) | r ^ {\displaystyle {\vec {F}}=\mathbf {F} (\mathbf {r} )=\left\vert F(\mathbf {r} )\right\vert {\hat {\mathbf {r} }}} Burada F → {\textstyle {\vec {F}}} qüvvədir, F vektor qiymətli qüvvə funksiyası, F skalyar qiymətli qüvvə funksiyası, r radius vektoru, ||r|| onun modulu və r ^ = r / ‖ r ‖ {\textstyle {\hat {\mathbf {r} }}=\mathbf {r} /\|\mathbf {r} \|} radius vektoruna uyğun vahid vektordur. Bütün mərkəzi qüvvə sahələri konservativ və ya sferik simmetrik deyil. Bununla belə, mərkəzi qüvvə yalnız və yalnız sferik simmetrik və ya fırlanma ilə invariant qalırsa, konservativdir. == Xüsusiyyətləri == Konservativ olan mərkəzi qüvvələr həmişə potensial enerjinin mənfi qradiyenti olaraq ifadə edilə bilər:- F ( r ) = − ∇ V ( r ) , hansı ki, V ( r ) = ∫ | r | + ∞ F ( r ) d r {\displaystyle \mathbf {F} (\mathbf {r} )=-\mathbf {\nabla } V(\mathbf {r} ){\text{, hansı ki, }}V(\mathbf {r} )=\int _{|\mathbf {r} |}^{+\infty }F(r)\,\mathrm {d} r} (inteqralın yuxarı sərhəddi ixtiyaridir, çünki potensiala sabit əlavə etmək və ya çıxartmaq qüvvəni dəyişdirmir.) Konservativ sahədə ümumi mexaniki enerji (kinetik və potensial) qorunur: E = 1 2 m | r ˙ | 2 + 1 2 I | w | 2 + V ( r ) = constant {\displaystyle E={\frac {1}{2}}m|\mathbf {\dot {r}} |^{2}+{\frac {1}{2}}I|\mathbf {w} |^{2}+V(\mathbf {r} )={\text{constant}}} (burada ṙ radius vektorunun zamana görə törəməsidir yəni cismin sürətidir, 'I' həmin cismin ətalət momentini, 'w' isə bucaq sürətini ifadə edir) və mərkəzi qüvvə sahəsində impuls momenti də qorunur: L = r × m r ˙ = constant {\displaystyle \mathbf {L} =\mathbf {r} \times m\mathbf {\dot {r}} ={\text{constant}}} Çünki qüvvənin verdiyi fırlanma momenti sıfırdır. Nəticədə, cisim impuls vektoruna perpendikulyar olan, mərkəz ehtiva edən müstəvidə hərəkət edir və Keplerin ikinci qanununa tabe olur. İstənilən mərkəzi qüvvənin təsiri altında hərəkət edən cismin Keplerin ikinci qanununa tabe olduğunu da göstərmək olar. Bununla belə, birinci və üçüncü qanunlar Nyutonun ümumdünya cazibə qanununun tərs-kvadratik təbiətindən asılıdır və digər mərkəzi qüvvələr üçün ümumiyyətlə keçərli deyil. Konservativ olmanın nəticəsi olaraq, bu xüsusi mərkəzi qüvvə sahələri irrotasionaldır, yəni başlanğıcdan başqa onun rotatoru sıfırdır. ∇ × F ( r ) = 0 . {\displaystyle \nabla \times \mathbf {F} (\mathbf {r} )=\mathbf {0} {\text{.}}} == Nümunələr == Cazibə qüvvəsi və Kulon qüvvəsi mərkəzi qüvvənin yalnız 1/r2 ilə mütənasüb olan iki tanış nümunəsidir.
Hicaz Qüvvə-i səfəri
Hicaz Qüvvə-i səfəri və ya Hicaz səfəri qüvvələri — Osmanlı ordusuna bağlı olaraq qurulan səfər ordusu. Ordu komandanlığı rütbəsindəki hərbçi komandanlığını edirdi. I Dünya müharibəsində Mədinə mühasirəsindən əvvəl Mədinədə qurulmuşdur. Fəxrəddin paşa 17 iyul 1916 tarixində Hicaz səfəri qüvvələrinin komandanı olaraq təyin edilmişdir. Bu ordunun əsas qüvvəsi Mədinə qarnizonu idi. 1916-cı ilin payızında bu orduda 14 min döyüşçü var idi.
Daşıyıcı qüvvə
Daşıyıcı qüvvə, axışqanlar mexanikasında bir aerofoil boyunca axışqanın əmələ gətirdiyi səthi qüvvələrin nəticəsidir. Daşıma qüvvəsi, bir flüid daxilində yer alan cismə flüid tərəfindən tətbiq edilən bütün hidromexanika qüvvələrinin cəmidir. Bu qüvvənin istiqaməti flüidin daxilindəki cismin hərəkət xəttinə doğru düz bucaq yaradır.
Elastiki qüvvə
Elastiki qüvvə — deformasiya zamanı yaranan qüvvə. Qüvvənin növündən asılı olaraq cismə tətbiq olunan qüvvə ona təcil verir, yaxud cismi deformasiyaya uğradır (ölçü və formanı dəyişdirir). Qüvvənin təsiri ilə baş verən deformasiyaya nəzər salaq. Qüvvənin təsiri kəsildikdən sonra cismin ilk ölçüsünün və formasının bərpa olunma dərəcəsinə görə iki növ deformasiyaya rast gəlinir. Təsir kəsildikdən sonra cisim tamamilə ilk ölçü və formasını alırsa, baş vermiş deformasiya elastiki deformasiya adlanır. Təcrübi faktlarla müəyyən olunmuşdur ki, elastiki deformasiya cismin fərdi xüsusiyyətindən asılı olmaqla yanaşı təsir edən qüvvənin müəyyən qiymətləri intervalında baş verir. Qüvvənin müəyyən qiymətindən sonra təsirin kəsilməsinə baxmayaraq cisim tam mənada ilk halına qayıda bilmir. Elə maddələr vardır ki, onlarda hətta çox kiçik qüvvənin təsiri ilə meydana gələn deformasiya təsir kəsildikdən sonra bərpa olunmur. Bu növ deformasiyalar plastik deformasiya adlanır. Plastik deformasiyanı yaradan qüvvənin ən kiçik qiyməti (yaxud, elastiki deformasiyanı yaradan qüvvənin mümkün olan ən böyük qiyməti) müxtəlif cisimlər üçün müxtəlifdir.
Fövqəltəbii qüvvə
Fövqəltəbii qüvvələr — varlığı isbat olunmayan, dini, mifoloji, əfsanəvi mahiyyət kəsb edən anlayışlar. Tanrı, ruh, tale, cin, şeytan, mələk, təpəgöz, pəri və s. fövqəltəbii qüvvələrə misal ola bilər. Bu qüvvələr və ya varlıqlar elmə məlum deyil, aşkarlanması isbat olunmayıb və təbii hesab olunmur.
Qaldırıcı qüvvə
Qaldırıcı qüvvə aşağıdakı mənalarda işlədilə bilər:
Çəki (qüvvə)
Çəki — cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsi. Ədədi qiymətcə cismin ağırlıq qüvvəsinə bərabərdir: P=mg (m — cismin kütləsi, g — sərbəstdüşmə təcilidir). Cismin çəkisi qütblərdə ən böyük, ekvatorda isə ən kiçikdir, qütblərdən ekvatora getdikcə və Yer səthindən uzaqlaşdıqca cismin çəkisi azalır. Cəki dayağa və ya asqıya təsir edən qüvvə olduğündan onu yaylı tərəzi (dinamometr) vasitəsilə ölçmək olar. Çəki N, kQ və s. qüvvə vahidləri ilə ölçülür. Cisim şaquli yuxarı yönəlmiş a təcili ilə hərəkət edərsə onun çəkisi artar və P=m(g+a) olar. Əlavə yüklənmə – cismin çəkisinin onun ağırlıq qüvvəsinə olan nisbətinə deyilir, n=P\mg=m(g+a)\mg=1+a\g. Məsələn, kosmik uçuşa start götürdükdə kosmanavtlar əlavə yüklənməyə məruz qalırlar. Cisim aşağı yönəlmiş a təcili ilə hərəkət etdikdə isə çəki P=m(g-a) düsturu ilə hesablanar və azalar.
Qüvvə (fiziki kəmiyyət)
Qüvvə — cismi hərəkətə gətirən və onu təcilləndirmə təsirinə malik vektorial fiziki kəmiyyət. Ölçü vahidi BS-də 1N (Nyuton) götürülür. Nyuton kütləsi 1 kq olan cismə 1m/san2 təcil verən qüvvəyə deyilir. Qüvvə cismin sürətini dəyişmək üçün yəni, təcil alması üçün lazımdır. Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, onun kütləsi ilə tərs mütənasib olub, bu qüvvə istiqamətində yönəlmişdir: a=F/m. Buradan F=ma. Qüvvə vektorial kəmiyyətdir.Qüvvə dinanometrlə ölçülür.Qüvvənin təsiri onun tətbiq nöqtəsindən,istiqamətindən,və ədədi qiymətindən asılıdır.Superqüvvə-dörd fundamental qarşılıqlı təsiri (1.qravitasiya; 2.elektromaqnit; 3.nüvə (güclü); 4.zəif qarşılıqlı təsirlər) özündə birləşdirən,kainatı yaradan ,formalaşdıran qüvvədir.Makroaləmdə bu qüvvələrdən yalnız ikisi- gravitasiya və elektromaqnit qarşılıqlı təsirlər özlərini büruza verirlər. Qüvvələrin hamısı mənşəcə bu qarşılıqlı təsir növlərinə aiddir. At qüvvəsi — texniki güc vahididir: 1a.q. = 75kQ. 1m/san = 75.9,81N. 1 msan = 736Vt-dır.Elektrik hərəkət qüvvəsi- vahid müsbət yükün qapalı cərəyan dövrəsi boyunca hərəkəti zamanı kənar qüvvələrin gördüyü işə deyilir və ölçü vahidi 1 Volt-dur.
Milis (hərbi qüvvə)
Milis, (lat. militia, fr. milice; "hərbi xidmət", miles "əsgər") əsasən silahlı mülki şəxslərdən ibarət olan Paramilitar və nizamsız hərbi qüvvələrdirlər. Milis termini işlədildiyi vəziyyətdən asılı olaraq hərbi və ya hərbiləşdirilmiş (yarımhərbi, paramilitar) mənalarında işlədilə bilər. Terminin istifadə edildiyi bəzi ifadələr aşağıdakı kimidir: Mülki şəxslərdən formalaşdırılmış olan rəsmi hərbi ehtiyat qüvvələri. Bir çox ölkələrdə müxtəlif adlar altında ola bilərlər (Milli Qvardiya). Müəyyən bir cəmiyyəti, ərazini, əmlakı və qanunları mühafizə etmək məqsədi ilə müdafiə fəaliyyətləri və ya xidmətləri. Keçmişdə Sovet İttifaqı, bəzi Varşava Müqaviləsi ölkələri, Yuqoslaviya kimi keçmiş Sosialist dövlətlərinin və müasir dövrdə bəzi Müstəqil Dövlətlər Birliyi ölkələrinin milli polis təşkilatları. Birbaşa dəstəklənməyən və ya hökumət tərəfindən təsdiqlənməmiş xüsusi (və ya şəxsi), qeyri-hökumət qüvvələri. Öz liderinə hər hansısa bir suveren dövlətin sərhədləri daxilində yerləşən submilli ərazi üzərində hərbi, iqtisadi və siyasi nəzarət həyata keçirməyə imkan verən nizamsız silahlı qüvvələr.
Əfsanəvi qüvvə (film, 1978)
Gürcüstan Silahlı Qüvvələri
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri
Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri (gürc. სპეციალური ოპერაციების ძალები) – Gürcüstanda bir neçə dövlət struktrunun xüsusi təyinatlı qüvvələri mövcuddur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarına şəxsi heyəti 1500 nəfər olan Xüsusi əməliyyatlar Qrupu, 1-ci piyada briqadasının şəxsi heyəti 600 nəfər olan 12-ci batalyonu (kommondos), Hərbi Dəniz Qüvvələrinin 50 nəfərlik xüsusi təyinatlı qüvvələri, DİN-in Antiterror Mərkəzinin «Omeqa» xüsusi təyinatlı dəstəsi, DİN-in xüsusi əməliyyatlar Departamentinin «Qiya Qulua», keçmiş Qiya Quluaçılardan ibarət xüsusi operativ departamentinin xüsusi təyinatlı qrupu, DİN-in sərhəd polisinin 250 nəfərlik xüsusi təyinatlıları, həmçinin OMON xüsusi təyinatlıları var. Müdafiə Nazirliyinin Kocordidə yerləşən Xüsusi Əməliyyatlar Qrupu komandanlıq, qərargah, qərargah bölüyü, 3 xüsusi əməliyyat və 3 kəşfiyyat, rabitə və təchizat bölüyündən ibarətdir. Kocoridəki xüsusi təyinatlı tabor 3 bölükdən ibarətdir və şəxsi heyəti 250 nəfərdir. Bundan başqa batalyona qərargah bölüyü və 6 xüsusi dəstə daxildir. Operativ dəstələrdə (A kod adlı) 12-14 nəfər təmsil olunur. Onlar silah, atıcılıq, mühəndis hazırlığı, tibbi hazırlıq, rabitə, kəşfiyyat, paraşütlə tullanma və s. hazırlıqları keçirlər. Operativ dəstələr istənilən şəraitdə quruda və dənizdə əməliyyat keçirmək qabilyyətinə malikdir.
Hava-Desant Qüvvələri
Hava-desant qüvvələri — təyyarə ilə münaqişə zonasına aparılan və ümumiyyətlə yüngül paraşütlü piyada hərbi birliklərdir. Qoşunlar düşmən xətlərinin arxasına yerləşdirilə bilər və kiçik bir xəbərdarlıqla demək olar ki, hər yerə çatmaq imkanları vardır. Hava-desant qüvvələri əsasən uzunmüddətli döyüş əməliyyatları üçün təchizat və avadanlıqlara ehtiyac duymur və paraşüt əməliyyatları əlverişsiz hava şəraitinə xüsusilə həssasdır. İkinci Dünya Müharibəsindən bəri vertolyot texnologiyasındakı irəliləyişlər Hava-Desant Qüvvələrinin hücumlarının əhatə dairəsini genişləndirdi və hava hücumları genişmiqyaslı paraşüt əməliyyatlarını əvəz etdi. == İstinadlar == == Xarici keçidlər == ArmyParatrooper.org Hagerman, Bart, Operation Varsity: Allied Airborne Assault Over the Rhine River World War II History Magazine, (1998), pp. 1–5 Taylor, John M., 101st Airborne Division Participate in Operation Overlord Military History Quarterly, (2004), pp. 1–5 Murray, Williamson, Airborne Operations During World War II World War II History Magazine (2004), pp.
Hindistan Hərbi Dəniz Qüvvələri
Hindistan Hərbi Dəniz Qüvvələri Hindistanı dənizdən gözlənilməsi ehtimal edilən istənilən hücuma qarşı müdafiə etmək vəzifəsini daşıyan hərbi dəniz qüvvəsidir. Hindistan Silahlı Qüvvələrinin komandanlığı altında olan IV ən böyük qüvvədir.
Hindistan Silahlı Qüvvələri
Hindistan Silahlı Qüvvələri (Hindi (in IAST): Bhāratīya Saśastra Senāeṃ) Bu üç peşəkar güc strukturlarının ibarətdir: Hindistan Ordusu, Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri.Bundan əlavə, Hindistan Silahlı Qüvvələri Hindistan Sahil Mühafizəsi və Paramilitariya Təşkilatları tərəfindən dəstəklənir
Hərbi hava qüvvələri
Hava qüvvələri, ya da bəzi ölkələrdə xatırlandığı kimi hava ordusu, ən geniş mənada əsas olaraq hava döyüşü icra etmək üzrə qurulmuş və ölkənin havadan müdafiə olunmasını təmin etmək üçün hərbi təyyarə, vertolyot kimi hava vasitələrindən və buraya daxil digər xidmətlərindən yaradılan təşkilatdır. Daha spesifik olaraq, hava qüvvələri bir ordunun; quru qoşunları, dəniz donanması və digər hərbi birləşmələrdən fərqli olaraq hava döyüşündən məsul silahlı xidmət növüdür. Hava qüvvələri ümumiyyətlə qırıcı, bombardman təyyarəsi, hərbi nəqliyyat təyyarəsi və təlim təyyarələri kimi digər təyyarələrdən ibarət olan bir flota malikdir.
Kanada Silahlı Qüvvələri
Kanada Silahlı Qüvvələri (fr. Forces armées canadiennes, FAC) — Kanadanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq funksiyasını yerinə yetirən hərbi təşkilat. Kanada Silahlı Qüvvələrinin fəaliyyəti, "Müdafiə haqqında qanun" ilə tənzimlənir. Təşkilat, Quru Qoşunları, Hərbi Hava Qüvvələri (RCAF) və Hərbi Dəniz Qüvvələrindən (RCN) ibarətdir. == Təşkilatın strukturu == Kanada Silahlı Qüvvələrində aşağıdakı iyerarxiya var: Ali Baş Komandan — Kraliça II Elizabet, 2010-cu ildən Kanada general-qubernatoru David Lloyd Conston tərəfindən təmsil olunur; Qərargah rəisi — Tomas Louson, 27 avqust 2012-ci ildən Qərargah rəisinin müavini, general-leytenant Qay Tibo Kanada kral hərbi donanma komandiri, vitse-admiral Mark Norman Kanada Ordusunun komandiri general-leytenant Paul Vinnik Kanada Kral Hava Qüvvələrinin komandanı, general-leytenant İvan Blonden Hərbi xidmət şöbəsinin müdiri general-mayor David Millar Kanada xüsusi qüvvələrinin komandiri, general Tuğgeneral William Tompson Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat komandiri, general-mayor Kristian Rousseau Kanadada birgə əməliyyat komandanlığı, General-leytenant Stüart Bir == Ədəbiyyat == Black, Jeremy. Fighting for America: The Struggle for Mastery in North America, 1519-1871. Indiana University Press. 2011. ISBN 978-0-253-35660-4. Conrad, John.
Kanaveral hərbi hava qüvvələri bazası
Kanaveral hərbi hava qüvvələri bazası (ing. Canaveral Cape Air Force Base (CCAFS)), ABŞ Hərbi Hava Qüvvələrinin Canaveral Cape, Floridadakı hava bazasıdır. Baza Kennedi Kosmik Mərkəzinin yaxınlığında yerləşir. NASA-nın bir çox mühüm uçuşları Canaveral bazasından həyata keçirilmişdir.
Kipr Türk Qüvvələri Alayı
Kipr Türk Qüvvələri alayı (KTKA) — Kipr Türk Sülh Qüvvələrinə bağlı bir alaydır. Alay, 19 fevral 1959 tarixində Türkiyə və Yunanıstan arasında edilən ittifaq razılaşması nəticəsində qurulmuşdur.
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Komor adaları Silahlı Qüvvələri
Кomor adaları Silahlı Qüvvələri (фр Arme dveloppement nationale de), kiçik nizami ordu və polisdən ibarət olan 500 nəfərlik müdafiə qüvvələridir. [1] == Fəaliyyəti == Fransa ilə qarşılıqlı müdafiə haqqında müqavilə imzalanmışdır, tTəlim, ərazi sularından qorunmasını , hava müşahidəsini Komor hərbi dəniz qüvvələri təmin edir. Fransa Komor adaları hökumətində bir neçə yüksək rütbəli zabit saxlayır. Fransanın Komorda kiçik dəniz bazasına və xarici legion (DLEM) dəstəsi var. [2] == Silah və Texnika == FN FAL avtomat AK avtomatı НСВ dəzgahlı pulemyot RPQ-7 Tank əleyhinə qranatatan Mitsubishi markalı pikap L200 [3] == Hərbi hava qüvvələri == == Dəniz Qüvvələri == 1981-ci ildə 2 Yamauri patrul gəmiləri istismara verildi.
Koriolis qüvvəsi
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir . Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır . Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir .
Kosovo Qüvvələri
KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr. KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu. Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü. Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür. 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir. == Məqsədləri == Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi: Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq; Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq; Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək; Beynəlxalq humanitar yardıma dəstək vermək; Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək. Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir: Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək; Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili; Tibbi yardım; Təhlükəsizlik və ictimai asayişi təmin etmək; Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək; Sərhəd təhlükəsizliyi; Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq; Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi; Silahların məhv edilməsi; Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.
Kral Hərbi Hava Qüvvələri
Britaniya Hərbi Hava Qüvvələri (ing. Royal Air Force) — Böyük Britaniyanı hər cür bombardman və hava hücumundan qorumaq məqsədiylə 1 aprel 1918-ci ildə yaranmışdır . Hal-hazırda 35,650 nəfər heyət və 1.069 təyyarəsiylə xidmət göstərməkdədir. RAF 1918-ci il 1 aprel tarixində kraliçanın əmri ilə yaranmışdır. Məqsədi Birləşmiş Krallığı hər cür hava hücumundan qorumaq idi . Qısa müddətdə ardıcıl təyyarə istehsalına başlanmışdı. 1939-cu ildə İkinci Dünya müharibəsi başladığı vaxt (Britaniya uğrunda döyüş zamanı) Birləşmiş Krallıq havada böyük bir üstünlüyə sahib idi. Xüsusilə Almaniya RAF'a qarşı üstünlük qazanmaq üçün bir çox təyyarə hazırlasa da müvəffəqiyyətsiz oldu. 1940-ci ildə İngilislər Britaniya Döyüşündə radarı icad etdilər. Bu da aviasiya tarixində bir yenilik oldu .
Lorens qüvvəsi
Lorens qüvvəsi — maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir qüvvəsi Lorens qüvvəsi adlanır. Bu ad Niderland fiziki Hendrik Anton Lorensin şərəfinə verilmişdir. F=qvBsin£ Burada: (q)- yük(v)- yükün sürəti. (B)- maqnit induksiya vektoru Lorens qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin olunur. Ümumiləşmiş Lorens qüvvəsinin tənliyi: F=qE+qvBsin£ Lorens qüvvəsi vektorial kəmiyyətdir. Vahidi [N]-Nyutondur. Yüklü zərrəcik maqnit sahəsində induksiya xətlərinə paralel istiqamətdə daxil olarsa, Lorens qüvvəsi sıfıra bərabər olur. 1. Yüklü zərrəcik maqnit sahəsinə qüvvə xətləri istiqamətində daxil olduqda, sahə tərəfindən zərrəciyə heç bir qüvvə təsir etmir, zərrəcik düzxətli bərabərsürətli hərəkət edir. 2.
Lorinq Hərbi Hava Qüvvələri Bazası
Lorinq Hərbi Hava Qüvvələri Bazası— Arustuk qraflığında Laymstoun və Karibu yaxınlığında Men ştatının şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tikilidir. Fəaliyyəti dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Aviasiya Komandanlığının ən böyük bazalarından biri olub. Bu baza 1992-ci ildə yeni yaradılmış Hava Döyüş Komandanlığına köçürülüb. Bazanın yaradılması ABŞ-nin Ordu Mühəndislər Korpusunun Yeni İngiltərə bölməsi tərəfindən aerodromun tikilməsi üçün verilmiş tapşırığa əsasən 1947-ci ildə başladı. Baza ilkin olaraq, Laymstoun Hərbi Hava Meydanı (ing. Limestone Army Air Field) adlandırıldı və 1947-ci ildə Hərbi Hava Qüvvələrinin yaradılmasının ardınca Laymstoun Hərbi Hava Qüvvələri Bazası (ing. Limestone Air Force Base) olaraq, yenidən adlandırıldı. 1954-cü ildə baza Koreya müharibəsi zamanı Fəxri Medal ilə təltif edilən mayor Çarlz Cozef Lorinqin şərəfinə adlandırılıb. 1991-ci ildə Baza Yenidən Qurma və Bağlama Komissiyası (ing. Base Realignment and Closure Commission ) Lorinq bazasının bağlanmasını və bazanın aviasiyası və missiyasının ölkədəki digər bazalarla bölüşdürülməsini məsləhət görüb.
Mexaniki qüvvələr
Mexaniki qüvvələr — Təbiətdə müxtəlif növ qüvvələrə rast gəlinir: cazibə qüvvəsi, elektrik və maqnit qüvvələri, elastik qüvvə, səthi gərilmə qüvvəsi, sürtünmə qüvvəsi və s. Sadaladığımız bu qüvvələrin adları onların təzahür formaları ilə əlaqədardır. Məsələn, səthləri bir-birinə toxunan iki cisimdən biri digərinə nəzərən nisbi hərəkət edərsə onlar arasında yaranan təsir qüvvəsi sürtünmə qüvvəsi, uzanmış elastiki cismi ilk vəziyyətə qaytarmağa çalışan qüvvə elastiki qüvvə, sükunətdə olan iki yüklü hissəcik arasında yaranan təsir qüvvəsi elektrik qüvvəsi adlanır. Lakin hadisələrin mahiyyəti ilə dərindən tanış olduqda adını çəkdiyimiz bu üç qüvvənin eyni bir təbiətə — elektromaqnit təbiətinə malik olduğuna inanmaq olar. Meydanagəlmə xüsusiyyətlərinə görə qüvvələri iki qrupa bölmək olar: birbaşa təmasla meydanagələn qüvvələr və sahə qüvvələri. Deyilənləri əyani təsəvvür etmək üçün şəkil 1-ə nəzər salaq. Yayı uzatmaq və arabacığı hərəkət etdirmək üçün yayı və arabacığı dartmaq, qol vurmaq üçün isə topa birbaşa zərbə endirmək lazımdır. Göründüyü kimi, hər üç halda yalnız təsirə məruz qalan cisimlə birbaşa təmasda olmaqla onları hərəkətə gətirmək mümkündür. Bununla bərabər birbaşa təmasda olmayan cisimlər arasında da təsir qüvvələri mövcuddur. Məsələn, bir-birindən kifayət qədər uzaqda yerləşmiş göy cisimləri arasında, müxtəlif işarəli elektrik yükləri daşıyan cisimlər arasında, dəmirlə maqnit arasında qarşılıqlı təsir qüvvələrinin mövcud olduğu hər kəsə məlumdur.
Misir Hərbi Hava Qüvvələri
Misir Hərbi Hava Qüvvələri (ərəb. القوات الجوية المصرية‎) Misir Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi ölkənin hava məkanını istənilən təhdidə qarşı müdafiə etmək və ya lazım olacağı təqdirdə digər qoşun növləri ilə birlikdə hücum əməliyyatları həyata keçirməkdir. Misir Ordusunun Hava Xidmətinin əsası 1932-ci ildə qoyulmuş, 1937-ci ildən etibarən müstəqil qurum olaraq fəaliyyətini davam etdirmişdir. İkinci dünya müharibəsində kiçikmiqyaslı döyüş əməliyyatlarında iştirak etmişdir. 1948-ci ildən 1973-cü ilə qədər İsraillə dörd müharibədə qarşılaşmışdır. 1977-ci ildə Şimali Yəmən vətəndaş müharibəsi və Liviya-Misir müharibəsi ərzində Misir Ordusuna dəstək vermişdir. 1977-ci ildən 2011-ci ilə qədər heç bir döyüş əməliyyatında birbaşa iştirak etməsə də, bir çox təlimlərdə iştirakçı olmuşdur. 1992-ci ildən etibarən terrorizmə qarşı mübarizə edən qüvvələrin tərkibinə daxildir. == Təchizatı == Kemp Devid müqaviləsi imzalandıqdan sonra Misir HHQ-də köklü dəyişikliklər başladı.
Misir Silahlı Qüvvələri
Misir Silahlı Qüvvələri — Afrikada ən böyük və Yaxın Şərqi əhatə edir. Bu Misir Ordusu, Misir Dənizi, Misir Hava Qüvvələri və Misir Hava Hücumundan Müdafiə Qüvvələrinin ibarətdir və 1922-ci ildə yaradılmışdı. 138 ölkənin ordusu arasında 9-cu yeri tutan Misir Silahlı Qüvvələri Yaxın Şərq və Afrikanın ən güclü ordusu hesab edilib. Bu, 2019-cu ildə olan göstəricidən üç pillə yüksəkdir. Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin personalı 920 min nəfərdir. Təkcə Hərbi Hava Qüvvələrinin malik olduğu texnikanın sayı 1,054 ədəddir. Quru qoşunlarında isə 4,295 ədəd tank, 11,700 hərbi maşın, 1,084 raket əleyhinə qurğu mövcuddur. Reytinq cədvəlində dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir.
Mərkəzdənqaçma qüvvəsi
Mərkəzdənqaçma qüvvəsi maddi nöqtənin çevrə və ya əyri xətli trayektoriya üzrə hərəkəti zamanı yaranan və sürət vektoruna perpendikulyar istiqamətdə yönələn qüvvədir. Bu qüvvə, həcmi qüvvə kimi də başa düşülür, yəni sürətin istiqaməti dəyişdikdə hər bir elementar kütlənin ətaləti dəyişir və nəticədə həm daxili, həm də xarici təsir qüvvələri yaranır. Bu qüvvə d’Almeber prinsipinə əsasən digər qüvvələrlə tarazlıqda olur. Əgər kütləsi m olan cism r radiusuna malik əyri üzrə hərəkət edərsə onda həcmi qüvvələr toplanaraq mərkəzdənqaçma qüvvəsini yaradır: F=m*v2/r. Bu qüvvə kütlə ilə ağırlıq mərkəzinin bucaq təcillənməsinin hasilinə bərabər olur və sonuncunun əksinə yönəlir. Mərkəzdənqaçma qüvvəsinin qiyməti, istiqaməti və ümumiyyətlə mövcudluğu cismin araşdırıldığı koordinat sisteminə nəzərən müəyyən edilir. Məsələn, ətalət sistemində heç bir mərkəzdənqaçma qüvvəsi yaranmır. Bu qüvvənin yaranması üçün umumi şərt kimi götürülür ki, əgər bir sistem ətalət sistemində müəyyən bucaq sürəti (ω) ilə fırlanırsa onda fırlanan sistemdə yerləşən cismdə mərkəzdənqaçma qüvvəsi yaranır. Nisbi koordinat sistemində vəziyıtləri ρ- radius vektoru ilə verilmiş, kütləsi m olan cismin nisbi hərəkətini təsvir etmək üçün qüvvələr tarazlığı həcmi qüvvə ilə yanaşı Koriolis qüvvəsi ilə tamamlanmalıdır: F=-m*ω(ω*ρ). Burada göstərilən F qüvvəsi ρ və ω-dan keçən müstəvi üzərində yerləşir və ω-ya perpendikulyar olur.
Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyindəki təyyarələrin siyahısı
Aşağıda, Moskvadakı, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Muzeyində olan təyyarələrin siyahısı göstərilmişdir .

qüvvə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir işi görə bilmək qabiliyyəti, iqtidarı, bacarığı. Bu işi görməyə qüvvəsi çatmaz. // Qüvvət, taqət, cismani enerji. Qüvvədən düşmək. Bütün qüvvəsini sərf etmək. 2. Zor, cəbr, qol gücü. Qüvvə tətbiq etmək. 3. Hər hansı bir enerjinin mənbəyi ola bilən maddi əsas, səbəb. Ağırlıq qüvvəsi. Yerin cazibə qüvvəsi. Müqavimət qüvvəsi. İstehsal qüvvələri. Canlı qüvvə (insanlar və heyvanlar). 4. Gərginlik, gərginlik dərəcəsi, şiddət. Partlayış qüvvəsi. Elektrik cərəyanı qüvvəsi. Küləyin qüvvəsini ölçmək. Top səsinin qüvvəsindən qulaq tutulurdu. 5. Güc, qüdrət, iqtidar, nüfuz. Sülh tərəfdarlarının qüvvəsi yenilməzdir. 6. Bir şeyin mahiyyəti, təsir qabiliyyəti, mənası, kəsəri, əhəmiyyəti, rolu. Sözün qüvvəsi. Dəlillərin qüvvəsi. 7. Hüquq nöqteyi-nəzərindən təsir, hökm, səlahiyyət, əhəmiyyət. Dövlət planının qanuni qüvvəsi vardır. Qərar qüvvəsini itirməmişdir. □ Qüvvədə olmaq – hamı üçün məcburi olmaq, tətbiq edilməkdə olmaq, qüvvəsi hələ davam etmək. Qüvvəyə minmək – hamı üçün məcburi olmağa başlamaq, tətbiqə başlamaq. Yeni qanun qüvvəyə mindi. Qüvvədən düşmək – öz qanuni hökmünü itirmək. Köhnə qanunlar qüvvədən düşmüşdür. 8. Adətən cəm şəklində. Cəmiyyətin hər hansı bir səciyyəvi əlamətlərə malik olan ictimai qrupu, təbəqəsi. İnqilabın hərəkətverici qüvvələri. Dünyanın demokratik qüvvələri. Sülh qüvvələri. Sinfi qüvvələrin münasibətləri. 9. Cəm şəklində. Qoşun. Silahlı qüvvələr. Əsas qüvvələr (ordunun əsas hissəsi). Dəniz qüvvələri (hərbi-dəniz donanması). Hava qüvvələri (hərbi-hava donanması). 10. Cəm şəklində. Hər hansı bir istehsalat kollektivini təşkil edən adamlar, bir-birinə yaxın ixtisas, peşə və s. sahəsində çalışan adamlar. Klubda yerli qüvvələr konsert verəcək. 11. Zərf mənasında. Qüvvəsi ilə – köməyi ilə, vasitəsilə, iştirakı ilə. Laboratoriya tələbələrin qüvvəsi ilə düzəldilmişdir. 12. Duyğu, hiss, qabiliyyət. Görmə, eşitmə, iybilmə qüvvəsi. İradə qüvvəsi. Hafizə qüvvəsi. İdrak qüvvəsi. 13. Maddi imkan, iqtidar. O bahalıqda parçanı almağa mənim qüvvəm çatmaz. ◊ At qüvvəsi – bax at gücü (“at”da). İş qüvvəsi – bax iş. İşçi qüvvəsi – bax işçi.

    Azərbaycan dilinin izahlı lüğəti / qüvvə
  • 2 QÜVVƏ(T) ə. 1) güc, zor; 2) bacarıq, istedad; 3) hiss, duyğu. Qüvvei-bah cinsi əlaqə duyğusu; qüvvei-basirə görmə duyğusu; qüvvei-bəhriyyə hərbi dəniz qüvvəsi; qüvvei-hafizə yaddasaxlama bacarığı; qüvvei-lamisə toxunmaqla duyma duyğusu; qüvvei-samiə eşitmə duyğusu; qüvvei-şammə iybilmə duyğusu; qüvvei-zaiqə dadbilmə duyğusu.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qüvvə
  • 3 \ - Güç:Hərəkətə keçirən təsirli qüvvət.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / qüvvə

qüvvə sözünün etimologiyası

qüvvə sözünün sinonimləri (yaxın mənalı sözlər)

qüvvə sözünün rus dilinə tərcüməsi

  • 1 сила, мощь, мощность

    Azərbaycanca-rusca lüğət / qüvvə
  • 2 I сущ. сила: 1. физическая энергия человека и животного. Qolunun qüvvəsi kimin сила руки чьей, əzələ qüvvəsi мышечная сила, atın qüvvəsi сила лошади, hədsiz qüvvəyə malik olmaq обладать непомерной силой, qeyri-adi qüvvəsi olmaq иметь необыкновенную силу, qüvvəsini sınamaq проверить силу, qüvvələrini sınamaq померяться силами, qüvvəsini itirmək лишиться сил, qüvvəsi çatmır не хватает сил 2. духовная энергия человека. İradə qüvvəsi сила воли, yaradıcı qüvvə творческая сила, mənəvi qüvvə моральная сила, daxili qüvvə внутренняя сила, qüvvəsini göstərmək проявить силу, показать силу, var qüvvəsini toplamaq собраться с силами, qüvvəsini itirmək терять силы, bütün qüvvəsini sərf etmək применить все вилы 3. могущество. Həlledici qüvvə решающая сила, qüvvəsinə inanmaq быть уверенным в силе кого-л., чего-л.; qüvvəsinə qarşı durmaq kimin, nəyin противостоять силе кого, чего 4. способность влиять, воздействовать на кого-л., что-л. Sözün qüvvəsi сила слова, dəlillərin qüvvəsi сила доказательств, sirli qüvvə таинственная сила, gözəlliyin qüvvəsi сила красоты, incəsənətin qüvvəsi сила искусства 5. интенсивность, степень проявления чего-л. Vulkanın qüvvəsi сила вулкана, partlayışın qüvvəsi сила взрыва, zərbənin qüvvəsi сила удара 6. величина, являющаяся мерой механического взаимодействия тел. Mərkəzdənqaçma qüvvəsi центробежная сила, mərkəzəqaçma qüvvəsi центростремительная сила, ağırlıq qüvvəsi сила тяжести, cazibə qüvvəsi сила притяжения, elastiki qüvvə упругая сила, sabit qüvvə постоянная сила, dəyişən qüvvə переменная сила, qarşılıqlı qüvvə взаимная сила 7. материальное начало, которое может быть источником какой-л. энергии. İşçi qüvvəsi рабочая сила, məhsuldar qüvvələr производительные силы, canlı qüvvə живая сила 8. правовая действенность, правомочность. Qanuni qüvvəsini almaq приобрести законную силу, qüvvəsini itirmək потерять силу, hüquqi qüvvə юридическая сила, sübutedici qüvvə доказательная сила, icra qüvvəsi исполнительная сила; hüquqi qüvvəsini itirmiş hesab etmək считать утратившим (потерявшим) правовую силу 9. обычно во мн. ч. часть общества, которая отличается какими-л. характерными признаками или направленностью своей деятельности. Qabaqcıl qüvvələr передовые силы, demokratik qüvvələr демократические силы, sülhsevər qüvvələr миролюбивые силы, mürtəce qüvvələr реакционные силы, təcavüzkar qüvvələr агрессивные силы 10. обычно во мн. ч. войска. Hərbi dəniz qüvvələri военно-морские силы, hərbi hava qüvvələri военно-воздушные силы, yeni qüvvələr свежие силы, düşmən qüvvələri силы противника, вражеские силы, birləşmiş silahlı qüvvələr объединенные вооруженные силы, üstün qüvvələr превосходящие силы II прил. физ. силовой: 1. преобразующий электрическую энергию. Qüvvə qurğusu силовая установка, qüvvə transformatoru силовой трансформатор 2. передающий электрическую энергию. Qüvvə kabeli силовой кабель 3. связанный с проявлением магнитных, электрических и т.п. сил. Qüvvə sahəsi силовое поле, qüvvə xətti силовая линия ◊ at qüvvəsi физ. лошадиная сила; qüvvə almaq черпать силы, var qüvvəsilə изо всей силы, изо всех сил, всеми силами, qüvvədən düşmək терять, потерять силу: 1. лишиться сил, выбиться из сил 2. стать недействительным; qüvvədə qalmaq быть в силе, оставаться в силе; qüvvəsini itirməmək оставаться в силе; qüvvədə olmaq (qanun, qərar haqqında) быть в силе, иметь силу; qüvvədə saxlamaq (qoymaq) nəyi оставить в силе что; qüvvəyə minmək войти в силу, вступить в силу; qüvvəyə mindirmək ввести в силу; qüvvə yığmaq накапливать, накопить силу

    Azərbaycanca-rusca lüğət / qüvvə

qüvvə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. strength, force, energy; fəhlə ~si labour force, manpower; hərbi ~ armed forces; dartma ~si tex. attractive force / effort; ilişmə ~si tex. cohesive force; cazibə ~si gravity, attraction; var ~si ilə with all one’s strength; ~yə minmək (sənəd) to come* into force; ~dən düşmək 1) (zəifləmək) to weaken, to lose* strength, to become* weaker; 2) (sənəd) to lose* its force; ~də qalmaq (hökm və s.) to remain in force; ~sini itirmək (qərar və s.) to lose* validity

    Azərbaycanca-ingiliscə lüğət / qüvvə

qüvvə sözünün fransız dilinə tərcüməsi

qüvvə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. къува, къуват (1. алакьун, такьат; ччан; 2. зур, жебир, гъилин гуж; 3. гуж, къудрат, нуфуз; 4. эсер; гьукум; метлеб; мана, кесер; sözün qüvvəsi гафунин къуват; // qüvvədə olmaq къувада хьун, вири патал мажбури хьун; qüvvəyə minmək къувада гьатун (мес. цӀийи къанун); qüvvədən düşmək къувадай аватун (мес. кьуьгьне къанун); 5. гз. кьушун, шанил; 6. гьисс, алакьун (мес. акунин, ван хьунин ва мс.); 7. гуж, имкан); ** at qüvvəsi кил. at (at gücü); işçi qüvvəsi кил. işçi.

    Azərbaycanca-ləzgicə lüğəti / qüvvə

"qüvvə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qüvvə nədir? #qüvvə sözünün mənası #qüvvə nə deməkdir? #qüvvə sözünün izahı #qüvvə sözünün yazılışı #qüvvə necə yazılır? #qüvvə sözünün düzgün yazılışı #qüvvə leksik mənası #qüvvə sözünün sinonimi #qüvvə sözünün yaxın mənalı sözlər #qüvvə sözünün əks mənası #qüvvə sözünün etimologiyası #qüvvə sözünün orfoqrafiyası #qüvvə rusca #qüvvə inglisça #qüvvə fransızca #qüvvə sözünün istifadəsi #sözlük