qəflə-qatır sözü azərbaycan dilində

qəflə-qatır

Yazılış

  • qəflə-qatır • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Qatır Məmməd
Qatır Məmməd (Məmməd Əli oğlu Məmmədov; 1887, Goranboy, Yelizavetpol qəzası – 18 sentyabr 1919) — Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı. 1918-1919-cu illərdə Yelizavetpol quberniyasıda kəndli qiyamının lideri. Müxtəlif tarixi dövrlərdə Qatır Məmmədin hərəkətinə münasibət göstəricilərindən fərqlənirdi. O illərdə rəsmi hesabatlarda o, soyğunçuluq hesab edilmişdir; Sovet dövründə ədəbiyyatda Qatır Məmməd milli qəhrəman adlandırıldı və onun adı əfsanəvi oldu. Tarixçi E. İsmayılovun fikrincə, o, hər hansı bir nüfuza qarşı çıxan yeganə güləşçi idi. == Həyatı == Məmməd Məmmədov 1887-ci ildə Yelizavetpol quberniyasının Goranboy-Əhmədli kəndində anadan olub. 9 yaşında ikən Başkənd kəndindəki rus ibtidai məktəbinə göndərilib. Dörd il oxuduqdan sonra doğma kəndinə qayıtdı. 1903-cü ildə M. Məmmədov Gəncədə peşə məktəbinə daxil olmuş, lakin 1905-ci ildə inqilabi fəaliyyətə görə qovulmuşdur[9]. Mixaylovski adına peşə məktəbində işlədiyi illərdən də məlumdur ki, bir vaxtlar məktəbin məclislərinin birində Sabirin “Əkinçi” şeirini oxuduğuna görə direktorluq onu cəzalandırıb (Sabir, Qatır Məmmədin ən sevimli şairlərindən biri olub).
Qatır Məmməd (komandir)
Qatır Məmməd (film)
== Məzmun == Kinolent 1919–1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd Əli oğlu Məmmədov) haqqında söhbət açır. == Film haqqında == Film rejissor Rasim Ocaqovun quruluşçu rejissor kimi böyük kinoda ilk işidir. Film şair Zeynal Xəlilin eyniadlı pyesinin motivləri üzrə çəkilmişdir. Filmə quruluş vermək işi öncə Hüseyn Seyidzadəyə həvalə edilmişdi. Filmin ssenarisini 1969-cu ildə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoport yazmışdı. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görmüş və həmin əyər-əskiyi düzəltmək üçün ömrünün bir ilini sərf etmişdi. Müəlliflər də əvvəlcə onunla razılaşdılar, film istehsalata buraxılandan sonra isə daş atıb başlarını tutdular ki, Hüseyn Seyidzadə süjeti tamam dəyişdirib. Kinostudiyanın Bədii Şurası onların xahişi ilə ssenarini müzakirə elədi. Nəticəsi də bu oldu ki, rejissor haqlı çıxdı və ssenaridəki çatışmazlıqlar aşkar oldu. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verildi.
Qatır Məmməd (film, 1974)

Qatır körpüsü (Yuxarı Əskipara)
Qatır körpüsü — XII–XIII əsrlər — Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 metr, mərkəzi hissəsinin eni 2,7 metr ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 metr təşkil edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır. Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.

qəflə-qatır sözünün leksik mənası və izahı

  • 1 Bax: qafilə. (“Koroğlu” dastanının lüğəti) Gün o gün oldu ki, Əhməd tacirbaşı qəflə-qatırla gəlib çıxdı Çənlibelin on beş, iyirmi ağaclığına. (“Koroğlunun Bayazid səfəri”) * Sözü tamam olandan sonra Koroğlu, yeddi yüz dəli, qəflə-qatırla birlikdə Göycəbeldən yola düşdü. Mənzilbəmənzil gəlib Qazlı gölə çatdılar. (Paris nüsxəsi, 2-ci məclis)

    Azərbaycan dastanlarının leksikası / qəflə-qatır

Oxşar sözlər

#qəflə-qatır nədir? #qəflə-qatır sözünün mənası #qəflə-qatır nə deməkdir? #qəflə-qatır sözünün izahı #qəflə-qatır sözünün yazılışı #qəflə-qatır necə yazılır? #qəflə-qatır sözünün düzgün yazılışı #qəflə-qatır leksik mənası #qəflə-qatır sözünün sinonimi #qəflə-qatır sözünün yaxın mənalı sözlər #qəflə-qatır sözünün əks mənası #qəflə-qatır sözünün etimologiyası #qəflə-qatır sözünün orfoqrafiyası #qəflə-qatır rusca #qəflə-qatır inglisça #qəflə-qatır fransızca #qəflə-qatır sözünün istifadəsi #sözlük