qeybət sözü azərbaycan dilində

qeybət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qeybət • 80.3571%
  • Qeybət • 19.6429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun." Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.

qeybət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma. Məcalı qeybətə olmaz o kəs ki, əhli-sənətdir. S.Ə.Şirvani. Gecəgündüz işi qeybət o cahil qızların, Möcüz! Əgər vaiz qoya məşğul olarlar elm ilə qızlar. M.Möcüz. □ Qeybət etmək (eləmək, qırmaq) – birinin (özü olmadığı halda) sözünü danışmaq, haqqında söz söyləmək, dalınca danışmaq. Dalda qeybət, üzdə səna etmərəm; Gizli söyüş, zahir dua etmərəm. M.Ə.Sabir. [Yaqub] …oyun əsnasında onun mədənində xidmət edən əski mühəndisi haqqında qeybət edərdi. B.Talıblı. Sahildə qızlar, gəlinlər toplanıb onun-bunun qeybətini qırırdılar. M.Hüseyn. 2. Meydanda olmama, qaib olma, qaiblik. Ol gün ki, yox idi məndə qüdrət; Qıldın mənə qeybətimdə rəğbət. Füzuli.

    Azərbaycan dilinin izahlı lüğəti / qeybət
  • 2 ə. 1) birisinin ardınca söz söyləmə, onun əyərəskiyini danışma; 2) ortalıqda olmama, gözdən gizli olma, hazır olmama; qayiblik.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qeybət

qeybət sözünün sinonimləri (yaxın mənalı sözlər)

qeybət sözünün rus dilinə tərcüməsi

  • 1 1. заочное осуждение; 2. злословие, хула; 3. дрязги; 4. сплетня, пересуды, шушуканье; 5. ябеда;

    Azərbaycanca-rusca lüğət / qeybət
  • 2 сущ. пересуды, сплетни, недоброжелательное обсуждение чьего-л. поведения, злословие. Qeybətə qurşanmaq предаваться злословию, boş qeybət пустое злословие ◊ qeybət qırmaq (eləmək) заниматься сплетнями; qeybətini qırmaq kimin перемывать косточки к ому

    Azərbaycanca-rusca lüğət / qeybət

qeybət sözünün inglis dilinə tərcüməsi

qeybət sözünün fransız dilinə tərcüməsi

qeybət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. гъибет (са кас вич алачир гьалда адакай пис рахун, кьулухъай рахун, кьулухъай луькӀуьнун, масадакай пис рахун); // qeybət etmək (eləmək, qırmaq) гъибет авун, са кас вич алачир гьалда адакай пис рахун, кьулухъай рахун, кьулухъай луькӀуьнун; жакьун (рах.); 2. тахьунухь, алачирвал (майдандал, аквадай чкадал, арадал).

    Azərbaycanca-ləzgicə lüğəti / qeybət

"qeybət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qeybət nədir? #qeybət sözünün mənası #qeybət nə deməkdir? #qeybət sözünün izahı #qeybət sözünün yazılışı #qeybət necə yazılır? #qeybət sözünün düzgün yazılışı #qeybət leksik mənası #qeybət sözünün sinonimi #qeybət sözünün yaxın mənalı sözlər #qeybət sözünün əks mənası #qeybət sözünün etimologiyası #qeybət sözünün orfoqrafiyası #qeybət rusca #qeybət inglisça #qeybət fransızca #qeybət sözünün istifadəsi #sözlük