Səyidcəlil Xəttatov
Səyidcəlil Hüseyn oğlu Xəttatov (krımtat. Seitcelil Üsein oğlu Hattat, Сеитджелиль Усеин огълу Хаттат; 1873, Bağçasaray, Tavriya quberniyası[d] – Krasnoyarsk diyarı) — Krım tatar yazıçısı, tənqidçisi, pedaqoqu, ictimai xadimi, maarifçisi. Represiya qurbanı. 1905-1907-ci illər inqilabından sonra Gənc tatar hərəkatına qoşulmuş, Krımın ictimai-siyasi həyatında iştirak etmişdir. 1917-ci ildə Müvəqqəti Krım Müsəlman İcraiyyə Komitəsinin (VKMİK) təşkilində fəal iştirak edib. Krım Xalq Respublikasının hökumətinin üzvü, vəqflər və maliyyə naziri. O, qondarma “Milli Firqə” partiyası işi üzrə repressiyaya məruz qalıb, iki dəfə QULAQ sistemində cəza çəkib. Krım Vilayət Məhkəməsinin 18 iyun 1957-ci il tarixli qərarı ilə reabilitasiya olunub.
== Həyatı ==
Səyidcəlil Xəttatov 1873-cü ildə (digər mənbələrə görə 1874-cü ildə və “Reabilitasiya tarixi. Krım Muxtar Respublikası” kitabına görə 1887-ci ildə ) Bağçasarayda quluqçu ailəsində anadan olub.