* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Satılmaq üçün olan, satılmalı olan, satılan. Satlıq taxıl. Satlıq kartof. – Sağmal inək bizdə, satlıq yağ sizdə. (Ata. sözü). [Xortdan:] Bir yanda çuval-çuval buğda qoyulub, … bir yanda satlıq qoyun və qaramal. Ə.Haqverdiyev. □ Satlığa qoymaq – satmaq üçün ayırmaq, satmaq üçün qoymaq. [Məsumə Muxtara:] Kaş borcun çıxaydı, ananın paltarını satlığa qoyaydın, ancaq başımıza bu oyunu gətirməyəydin. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / satlıq1 Satlıq mal ifadəsi mövcuddur. Sat feilidir və o, -lıq şəkilçisini qəbul etməməlidir (qırxlıq, əmlik, udlaq kimi sözlərdə də bu qanun pozulub). Səbəbi nədir? Mənbələrdə satlıq sözü satılıq kimi işlədilib, sonra -q ixtisara düşüb və satmaq feili satı (müqayisə et: yaz və yaz-ı) şəklinə düşüb. Qırxlıq - qırxılıq, əmlik - əmilik kimi olub. Deməli, şəkilçi birbaşa feilə yox, ismə artırılıb. Sonra isim düzəldən şəkilçi reduksiyaya uğrayıb. Bəzən deyirlər ki, söz satlıq yox, satdıq kimi olub, -dıq şəkilçisi isə feili sifət əmələ gətirir. Unudurlar ki, feili sifət inkar şəkilçisini qəbul edir, amma satlıq, əmlik, udlaq, qırxlıq kimi sözlər -ma-nı qəbul edə bilmir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / satlıq2 прил. продажный (предназначенный для продажи). Satlıq mal продажный товар, satlıq yağ продажное масло; satlığa qoymaq выставлять, выставить на продажу
Azərbaycanca-rusca lüğət / satlıq1 прил. маса гун патал тир, маса гун лазим тир, маса гудай (мес. къуьл, гьайван ва мс.); satlığa qoymaq маса гун патал эцигун, ччара авун, маса гуниз акъудун.
Azərbaycanca-ləzgicə lüğəti / satlıq