* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq. Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı. F.Köçərli. Gecə idi, göydə ulduzlar sayrışırdı. S.Rəhman. Bir-birinə sığınan ulduzlar sayrışmağa başladı. B.Bayramov. // məc. Bəlirmək, görünmək. Ana! Bayaq gördüm Mehribanıtək; Üzündə sayrışır xalları tək-tək. S.Vurğun. Sənin gözlərinmi gənclik çağında; Yoxsa nərgizlərin sayrışıb oynar? M.Müşfiq. Payızın sonu olduğuna baxmayaraq, evlərin qarşılarındakı bağçalarda al-əlvan güllər, çiçəklər sayrışırdı. M.Rzaquluzadə. 2. Qaçışmaq mənasında. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışar yollara doğru. “Qurbani”.
Azərbaycan dilinin izahlı lüğəti / sayrışmaq2 глаг. мерцать, мигать (светиться неровным, колеблющимся светом). İşıqlar sayrışır огни мигают, sayrışan lampalar мигающие лампы, ulduzlar sayrışır звезды мерцают
Azərbaycanca-rusca lüğət / sayrışmaq1 f. to twinkle, to shimmer, to glimmer; Şəhərin işıqları sayrışırdı The lights of the city were twinkling
Azərbaycanca-ingiliscə lüğət / sayrışmaq1 гл. 1. юзадай (зурзадай) тегьер зайифдиз экв гун, нур гун, цӀарцӀар гун, рапрапар (цӀапӀрапӀар) авун, рекӀв-рекӀв авун (мес. цава гъетери); 2. пер. винел акъатун, акун; 3. катун (гзафбур санал).
Azərbaycanca-ləzgicə lüğəti / sayrışmaq