* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yarpaqlarında nikotin olan quşüzümü ailəsindən ot-bitki. Tütün zəmisi. Tütün yığımı. – Ağacların qalın gövdələri arasından yaşıl tütün plantasiyası görünür, çöldə işləyən qızların mahnısı ucalırdı. H.Seyidbəyli. Tütün ən çox papiros istehsalı üçün becərilir. H.Qədirov. 2. Həmin bitkinin papiros çəkmək, iyləmək və ya çeynəmək üçün işlədilən qurudulmuş və xırda doğranmış və ya ovulmuş yarpaqları. Siqaret tütünü. Əla növ tütün.□ Tütün çəkmək – papiros (siqaret) çəkmək. O deyir: – Havada deyil bu mümkün; Döyüş zamanları çəkəsən tütün. M.Rahim. 3. Tüstü. Oturdu diz-dizə qaçaqlar bütün; Çadırı doldurdu şərabla tütün. S.Vurğun. ◊ Başından (təpəsindən) tütün çıxmaq – bax başından (təpəsindən) tüstü çıxmaq (“tüstü”də).
Azərbaycan dilinin izahlı lüğəti / tütün2 Tüstü. Yanaram, yanaram, tütünüm tütməz, Ah çəkərəm, ahım kimsəyə yetməz, Əslimin sevdası sərindən getməz, Əcəb rüsvay olub dillərdə qaldım. (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası / tütün3 Yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitki
Terminlər lüğəti / tütün1 Tüt feili “tüstüləmək” anlamında işlədilib. Papiros (qəlyan) çəkməyə tütsük deyiblər. Tütün və tüstü eyni söz olub, sonra mənaca fərqlənib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tütün1 TÜTÜN I is. Papiros üçün hazırlanmış məmulat. Ananov kağıza tütün bükənlər; Qurtardı tənbəki, saman qalmadı (Aşıq Ələsgər). TÜTÜN II is. Tüstü. Yanarsan, təpədən çıxar tütünün; Tutular boğazın, kəsilər ünün (M.P.Vaqif).
Azərbaycan dilinin omonimlər lüğəti / tütün2 I сущ. табак: 1. травянистое растение сем. пасленовых, в листьях которого содержится никотин. Tütün əkini (səpini) посевы табака, tütün dərimi (yığımı) сбор табака, tütün düzümü нанизывание на шпагат табака (табачных листьев) 2. высушенные и мелко нарезанные или растертые листья и стебли этого растения, употребляемые для курения. Siqar tütünü сигарный табак, əla növ tütün табак высшего сорта, tütün kisəsi кисет с табаком, tütün çəkmək курить табак 3. разг. табачный дым. Ev tütünlə doldu дом наполнился табачным дымом II прил. табачный: 1. относящийся к табаку. Tütün sahələri (plantasiyaları) табачные поля (плантации), tütün yarpaqları табачные листья 2. сделанный, полученный из табака. Tütün yağı табачное масло, tütün məmulatları табачные изделия 3. относящийся к обработке табака или к торговле табаком. Tütün fabriki табачная фабрика, tütün mağazası табачный магазин, tütün sənayesi табачная промышленность
Azərbaycanca-rusca lüğət / tütün1 I. i. tobacco; (bitki) tobacco plant II. s. tobacco; ~ yarpağı tobacco leaf*; ~ fabriki tobacco factory; ~ plantasiyası tobacco plantation
Azərbaycanca-ingiliscə lüğət / tütün1 is. tabac m ; ~ plantasiyası plantation f de tabac ; ~ fabriki manufacture f de tabac
Azərbaycanca-fransızca lüğət / tütün1 сущ. 1. туьтуьн; tütün çəkmək туьтуьн чӀугун, пӀапӀрус чӀугун; // туьтуьндин (мес. ни); 2. гум; ** başından (təpəsindən) tütün çıxmaq кил. tüstü (başından (təpəsindən) tüstü çıxmaq.
Azərbaycanca-ləzgicə lüğəti / tütün