Tosya Malamud
Tosya Malamud (isp. Tosia Malamud, ukr. Тося Маламуд; 17 mart 1923, Vinnitsa – 16 iyul 2008, Mexiko) — Ukrayna əsilli Meksika heykəltaraşı, Meksika Milli İncəsənət Məktəbinin ilk qadın məzunlarından biri. Onun ailəsi dörd yaşında ikən Meksikaya köçmüş və incəsənət istedadı erkən dövrdə üzə çıxmışdır. Malamud valideynlərinin istəyinə zidd olaraq incəsənət kollecinə daxil olmuş və 1943-cü ildə oradan məzun olmuşdur. Ailə öhdəliklərinə görə onun karyerası yalnız 1950-ci illərin ortalarında öz üslubuna tənqidi diqqət çəkən iki mühüm sərgi ilə başlamışdır.
Malamud o vaxtdan ölümünə qədər əsərlərini Meksikada və xaricdə sərgiləmişdiri. O, ictimai məkanlar üçün də irili-xırdalı əsərlər yaratmış və o zaman Meksikanın ən yaxşı büst rəssamı hesab edilirdi. Malamud görkəmli insanların portretləri ilə yanaş əsasən analıq, ailə və uşaqlıq problemlərinə həsr olunmuş əsərlər yaratmışdır. Bu əsərlərə Mexiko şəhərindəki Müasir İncəsənət Muzeyi və XXI əsrin xəstəxanası kimi yerlərdə rast gəlmək olar.