Tonqa sözü azərbaycan dilində

Tonqa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Tonqa • 96.5909%
  • tonqa • 3.4091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tonqa
Tonqa (ton.: Tonga, ing. Tonga [ˈtoŋa]), rəsmi adı — Tonqa Krallığı (ton.: Puleʻanga Fakatuʻi ʻo Tonga, ing. Kingdom of Tonga) — Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən dövlət. Şimalda Samoanın ərazi su hövzəsi, şərqdə Niuenin ərazi su hövzəsi, qərbdə Ficinin ərazi su hövzəsi ilə həmsərhəddir. Sahil su xətti — 419 km. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşib. Amma bu adaların ancaq 36-da əhali məskunlaşmışdır.Quru ərazisi — 750 кm². Əhalisi — 119 min 009 nəfər. (2008-ci il rəqəmi). Paytaxtı — Nukualofa(əhalisi 30 min).
Tonqa bayrağı
Tonqa bayrağı — Tonqanın Dövlət bayrağı
Tonqa dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Tonqa himni
Tonqa adaları kralının mahnısı (Tonqaca: Ko e fasi ʻo e tuʻi ʻo e ʻOtu Tonga)- Tonqanın dövlət himnidir. Lakin gündəlik həyatda fasi fakafonua ("milli mahnı") adlandırılır. Sözlərinin müəllifi Şahzadə Uelinqatoni Nqu Tupoumalohi və bəstəkarı isə Karl Qustavus Şmittdir və 1874-cü ildə təsdiq olunub. == Tonqaca mətni == ʻE ʻotua māfimafi ko homau ʻeiki koe ko koe ko e falalaʻanga mo e ʻofa ki Tonga.ʻAfio hifo ʻemau lotu ʻaia ʻoku mau faí ni mo ke tali homau loto ʻo maluʻi ʻa Tupou. == Azərbaycanca tərcüməsi == Ey,hər şeyə qadir Tanrı! Sən bizim Rəbbimizsən, Sənsən Tonqanın sütunu Və Tonqa üçün sevgi. Bizim dualarımıza bax O indi etdiyimiz işdir Olsun ki istəklərimizə cavab verəsən Tupounu qorumaq üçün.
Tonqa paanqası
Paanqa — Tonqanın pul vahidi. == İstinadlar == == Ədəbiyyat == Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501. Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
Alp Ər Tonqa
Alp Ər Tonqa (Əfrasiyab)— əfsanəvi türk xaqanı. "Alp" sözünün mənası "igid", "qəhrəman", "bahadır", "ər" sözünün mənası "erkək adam", "tonğa" sözünün mənası isə "bəbir" deməkdir". Alp Ər Tonqadan bəzən Saka xanı kimi də bəhs edilir. == Həyatı == Həyatı haqqında məlumatlar əfsanələrlə bağlı olan Alp Ər Tonganın turançılara görə türklərin qədim atalarının soyundan gəldii önə sürülür. Ayrıca Divanü-Lügat-it-Türkdə və Qutadqu-Bilikdə, İran dastanı "Şahnamə"nin qəhrəmanı Əfrasiyabla eyni adam olduğu bilinir. "Şahnamə"yə görə İran-Turan savaşları sırasında Keyxosrov ilə girişdiği mübarizə zamanı pusquya salınaraq öldürülmüşdür.Öldürülməsiylə bağlı Alp Ər Tonga Sagusu,Divan-ı Lügati't-Türk'ün müxtəlif yerlərində örnək mətin olarak verilmişdir. == Orxon yazılarında == Alp Ər adı, Altay dağlarından olan qədim runik Türk yazılarında da bəhs edilmişdir. Orxon Yazılarıında (i, kuzəy. 7, ii, doğu. 31), Kül Tigin 714-cü ildə Oğuzlara qarşı beşinci dəfə etdiyi səfəri qazanınca, kitabəyə belə yazdırmışdır; "tunga tigin yoghinda kiri ölürtimiz." == Divanü-lüğat-it-Türkdə == "الب ار تنكا Alp Ər Tonqa" "Türklərin ulusal kahraman və büyük Hakanı." dır.
Tonqa Milli Futbol Çempionatı
Tonqa Qırmızı Xaç Cəmiyyəti
Tonqa Qırmızı Xaç Cəmiyyəti — 1961-ci ildə yaradılmışdır və baş qərargahı Nukualofa şəhərində yerləşir.
Tonqa 2018 Qış Olimpiya Oyunlarında
Tonqa 2018 Qış Olimpiya Oyunlarında — 9 fevral-25 fevral tarixləri arasında Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018 Qış Olimpiya Oyunlarında Tonqan idmanşısının iştirakı. Tonqadan bu qış olimpiya oyunlarında cəmi 1 iştirakçı ilə təmsil olunur. Bu artıq Tonqanın qış olipiyadalarında ikici iştirakıdır. Ölkəni xizək yarışlarında Pita Taufatofua təmsil edəcək. O, ölkəni Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarında Taekvondo idman növü üzrə təmsil etmişdir. == Millinin tərkibi == Xizək yarışlarıPita Taufatufa == Yarışmanın nəticələri == === Xizək idman növləri === ==== Xizək yarışları ==== Yarışma qaydararına görə idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. İdmançı "A" kateqoriyalı lisenziya əldə etmək məqsədi ilə BXİF reytinqində 100 xal toplamalıdır. Bununla belə hər milli olimpiya komitəsi "B" kateqoriyasını təmin etmiş 1 kişi və 1 qadın idmançı ilə təmsoil oluna bilər. Qadınlar 10 km, kişilər isə 15 km xizək yarışlarında iştirak etmək hüququ əldə edir. Nəticəyə əsasən Tonqa kişilərin "B" kateqoriyalı 15 km-lik xizək yarışlarında Pita Taufatufanın uğurlu uğurlu çıxışı sayəsində bir iştirakçı ilə təmsil olunmaq hüququ əldə etmişdir.
Ahu Tonqariki
Ahu Tonqariki —Ahu Tonqariki Sakit okeanda Şərqi Polineziyada Rapa Nui adasında (Pasxa adası) arxeoloji ərazidir. == Tarixi == Ahu Tonqariki, Rapanuinin şərq konfederasiyası olan Hotu İtinin əsas mərkəzi və paytaxtı idi. Moai Ahu Tonqariki adada vətəndaş müharibəsi zamanı devrilmişdi. 1960-cı ildə Çili sahillərində zəlzələ nəticəsində yaranan sunami Ahu Tonqariki bölgəsini basdı. Ahu Tonqariki əsasənv XX əsrin 90-cı illərində əhəmiyyətli dərəcədə bərpa olundu. Ahu arxeoloqlar Klaudio Kristino və Patrisiya Varqasın başçılıq etdiyi şoxprofilli qrup tərəfindən bərpa edilmişdir. Beş illik layihəyə daxil olan bərpa işləri Çili hökumətinin Tadano Limited şirkəti və Çili Universiteti ilə rəsmi razılığı əsasında həyata keçirilib. == Təsviri == Ahu Tonqariki Pasxa adasındakı ən böyük ahudur. Bu ahu Pasxa adasının cənub sahilində, iki sönmüş — Rano Raraku və Poika vulkanlarının yaxınlığında yerləşir. Ahu Tonqariki moaisinin demək olar ki, yarısı hələ də Rano Rarakunun yamaclarında basdırılır.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Sahil tonqal otu
Sahil tonqal otu - lat. Zerna riparia R. sıx çim əmələ gətirən,dik duran, çox gövdəli ot bitkisidir. == Sahil tonqal otu == Taxıllar fəsiləsinin efemer xassəli çoxillik ot bitkisidir. Yarpaqlan ensiz xətli olub 30-60(70) sm-ə qədər boy verirlər. Çiçəkyanlığı süpürgəvaridır və hər gövdənin tilində 10-15 sm uzunluğunda yerləşirlər. May ayının əvvəlində çiçəkləyir, sonunda isə meyvə verirlər. Bir qədər quraqlığa davamlıdır, suvarıldıqda bol yaşı, kütlə verirlər. Sahil tonqa, otu rekultivasiyanın bioloji mərhələsində əkin qara yoncası ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Yaxşı fitomeliorativ xüsusiyyətə malikdir.
Tonqada təhsil
Tonqada təhsil == Ali təhsil == Tonqada 14 ali və orta ixtisas məktəbi vardır (onlardan 8 — özəl məktəb). Texniki-Peşə Təhsili və Tədrisi İnstitutu (ing. Institute for Vocational Education and Training) Politexnik İnstitutu (ing. Polytechnical Institute) Pedaqoji Kollec (ing. Teacher's College) Kraliça Salot adına Tibb Bacıları Məktəbi (ing. Queen Salote School of Nursing) Cənubi Sakit Okean Universiteti . Tonqa Xüsusi Polis Məktəbi (ing. Tonga Police Training School).
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Tonqalotu
Tonqalotu (lat. Bromus) — qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Tonqan dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Yapon tonqalotu
Yapon tonqalotu (lat. Bromus japonicus) - tonqalotu cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2006 •••••••• 0.45
2007 •••• 0.21
2009 ••• 0.16
2010 •• 0.09
2011 •••••••• 0.43
2012 ••••• 0.26
2013 •••••• 0.29
2014 •••• 0.17
2016 •••• 0.17
2017 •••••••••••••••••••• 1.14
2018 ••••••••••• 0.60
2019 •••••••••••••••••••• 1.11

"tonqa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tonqa nədir? #tonqa sözünün mənası #tonqa nə deməkdir? #tonqa sözünün izahı #tonqa sözünün yazılışı #tonqa necə yazılır? #tonqa sözünün düzgün yazılışı #tonqa leksik mənası #tonqa sözünün sinonimi #tonqa sözünün yaxın mənalı sözlər #tonqa sözünün əks mənası #tonqa sözünün etimologiyası #tonqa sözünün orfoqrafiyası #tonqa rusca #tonqa inglisça #tonqa fransızca #tonqa sözünün istifadəsi #sözlük