tutuşmaq sözü azərbaycan dilində

tutuşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tutuşmaq • 88.8889%
  • Tutuşmaq • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

tutuşmaq sözünün leksik mənası və izahı

  • 1 1. bax tutaşmaq. [Nazlı] bu saat Camalın qardaşı ilə tutuşacağını zənn edirdi. Ə.Əbülhəsən. 2. Alışmaq, yanmağa başlamaq, alışıbyanmaq. [Əsli:] Ağa Kərəm, Paşa Kərəm, Xan Kərəm! Alış Kərəm, tutuş Kərəm, yan Kərəm! “Əsli və Kərəm”. [Tarxan:] Uf, yanar odlara tutuşdum mən! A.Şaiq. 3. Azacıq bərkimək, qurumaq; suyu çəkilmək. Palçıq tutuşdu. – Sement tutuşub qurtardıqdan sonra bərkiməyə başlayır. S.Quliyev. 4. qarş. Qurşaq yapışmaq, küştü tutmaq, güləşmək. Dedi: – Olmaz ki, olmaz. – Xülasə, əlacım kəsildi, elə zorxanada tutuşduq. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / tutuşmaq

tutuşmaq sözünün etimologiyası

  • 1 Tutaşmaq variantı da olub. Mənbələrdə rus dilinə воспламенятъся, вспыхиватъ kimi tərcümə olunub. Tütün, tüstü sözləri ilə qohumdur, qədim mənası “od”, “yanmaq” deməkdir (Füzulidə “tutuşdu qəm oduna...” sözləri var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tutuşmaq

tutuşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

tutuşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. сцепиться, схватиться друг с другом; 2. придраться (к кому); 3. воспламеняться, разгореться (о дровах);

    Azərbaycanca-rusca lüğət / tutuşmaq
  • 2 1 глаг. 1. сцепляться, сцепиться; схватываться, схватиться: 1) вступить в бой, в борьбу, в драку. Uşaqlar tutuşdular дети схватились 2) вступить в горячий спор, в ссору 2. сталкиваться, столкнуться. Birdən baxışları tutuşdu вдруг их взгляды столкнулись 3. твердеть, затвердевать, затвердеть. Sement tutuşub цемент затвердел 2 глаг. загораться, загореться, заниматься, заняться (вспыхнуть). Evin damı tutuşub yanır крыша дома занялась, odun ocaqda tutuşdu дрова в очаге загорелись, çıl-çırpı tutuşdu хворост занялся

    Azərbaycanca-rusca lüğət / tutuşmaq

tutuşmaq sözünün inglis dilinə tərcüməsi

tutuşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. кил. tutaşmaq; 2. цӀай кьун, цӀай кьуна ккун, ккуз авалун, ккун; 3. тӀимил кӀеви хьун, кьуру хьун (мес. палчух, цемент); яд хкатун; 4. qarş. кьуршахар кьун, гелер кьун.

    Azərbaycanca-ləzgicə lüğəti / tutuşmaq

Oxşar sözlər

#tutuşmaq nədir? #tutuşmaq sözünün mənası #tutuşmaq nə deməkdir? #tutuşmaq sözünün izahı #tutuşmaq sözünün yazılışı #tutuşmaq necə yazılır? #tutuşmaq sözünün düzgün yazılışı #tutuşmaq leksik mənası #tutuşmaq sözünün sinonimi #tutuşmaq sözünün yaxın mənalı sözlər #tutuşmaq sözünün əks mənası #tutuşmaq sözünün etimologiyası #tutuşmaq sözünün orfoqrafiyası #tutuşmaq rusca #tutuşmaq inglisça #tutuşmaq fransızca #tutuşmaq sözünün istifadəsi #sözlük