* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Böyük qalaq, yığın. Kərbəlayı Hatəmxan əlindəki kürəyi buğda tığına vurub, ağa dərvişə tərəf yeridi. S.Rəhimov. Dağ ətəklərində isə hələ də soyuqlar davam edir, quzeylərdəki qar tığları gömgöy göyərirdi. B.Bayramov. □ Tığ vurmaq – qalaq vurmaq, qalaqlamaq, tay vurmaq. Yusif gülə-gülə izah elədi: – Qardan indi çoxlu yığıb tığ vuracağıq. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / tığ1 Taxılı, bostan məhsullarını və s. təpəcik halında bir yerə yığır və adını tığ qoyurlar. Sözün əsli yığ (topa) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tığ2 сущ. куча (большое количество чего-л. сыпучего, сваленного горкой в одном месте). Qar tığı куча снега, qum tığı куча песка; tığ vurmaq складывать, сложить (сгребать, сгрести, сваливать, свалить) в кучу
Azərbaycanca-rusca lüğət / tığ1 is. tas m, amas m, monceau m ; ~ vurmaq mettre en tas ; entasser vt, empiler vt
Azərbaycanca-fransızca lüğət / tığ1 сущ. чӀехи кӀунтӀ (мес. къуьлуьн, живедин); tığ vurmaq кӀунтӀ авун, са чкадал кӀватӀун, сад-садан кьилел кӀватӀун.
Azərbaycanca-ləzgicə lüğəti / tığI (Ağcabədi, Ağdam, Borçalı, Culfa, Gədəbəy, Xanlar, Qazax, Laçın, Meğri, Ordubad, Şəmkir, Şuşa, Tovuz, Zəngilan) böyük topa. – Bıra bir tığ odun yığmışam (Zəngilan); – Həsəngil tığ peyin daşıdılar bostana (Cəbrayıl); – Ordakı qartof tığları ha:sı priqədənindi (Gədəbəy); – Saba üş karrı tığ üzüm yığecıx ki, hərəsi bir maşın ulsun (Meğri) ◊ Tığ vurmax (Ağdam, Bərdə, Şuşa) – müəyyən bir şeyi təpə şəklində bir yerə yığmaq, topa düzəltmək. – Odunu tığ vurmuşam, qış çıxınca yandırajam (Ağdam); – Taxılı tığ vur, sə:r so:urarıx (Bərdə) II (Salyan) səliqə, səliqə-sahman. – Qoymaram öyi-eşigi tığdan düşə
Azərbaycan dilinin dialektoloji lüğəti.