Xançali gölü
Xançali (gürc. ხანჩალი) — Gürcüstan ərazisində göl. Xançali gölü Gürcüstanın ucqar cənub nöqtəsində yerləşir. Göl Ninosminda bölgəsinin Samtsxe-Cavaxeti diyarında yerləşir. Gölün adı yaxınlıqda yerləşən Didi-Xançali kəndindən götürülüb.
Göl səthinin ümumi sahəsi 13,3 km², uzunluğu — 6,5 km, eni — 2,5 km-dir. Çox da böyük olmayan bu gölün dərinliyi də azdır — 0,8 m. Xançali gölü dəniz səviyyəsindən 1927,7 metr yüksəklikdə yerləşir.
Göl Axalkalaki yaylasının cənubunda, vulkan mənşəli çuxurda formalaşıb. Sahil xətti zəif parçalanıb və parçalanma əmsalı 1,38-dir.