yəhudi sözü azərbaycan dilində

yəhudi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yəhudi • 80.3218%
  • Yəhudi • 19.6200%
  • YƏHUDİ • 0.0582%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qüds Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).
Qüdsdə Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).
Rusiya Yəhudi Konqresi
Rusiya Yəhudi Konqresi (RYK) — Rusiyanın ən böyük müasir yəhudi təşkilatı. 1996-cı ildə yaradılıb. Qeyri-kommersiya xeyriyyə fondu kimi fəaliyyət göstərir. Təşkilat Rusiyanın ən nüfuzlu və varlı yəhudilərini — yüksək rütbəli məmurları, iş adamlarını, elm və mədəniyyət xadimlərini özündə birləşdirir. == RYK rəhbərliyi == RYK-nin rəhbər orqanları — rəyasət heyəti, direktorlar şurası və ictimai şuradır. Rəyasət heyətinin tərkibinə daxildir: Mixail Fridman, Leonard Blavatnik, Leonid Melemed, Boris Mints, German Zaxaryayev, Andrey Rappoport, David Yakobaşvili, Yevgeniya Albats, Yuli Qusman, Berl Lazar, Henri Reznik, Vladimir Solovyov, Gennadi Xazanov, Mixail Çlenov, Mixail Berger, Mixail Jvanetski, Qriqor Kroşner və s. Təşkilatın təftiş komissiyasına Rusiyanın keçmiş iqtisadiyyat naziri Yakov Urinson rəhbərlik edir.
Sarayevoda yəhudi qəbiristanlığı
Sarayevo yəhudi qəbiristanlığı — Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təxminən 500 illik bir qəbiristanlıqdır. Ərazi Trebeviç dağının yamacında, şəhərin cənub-qərb hissəsində yerləşir. Cənub-Şərqi Avropadakı ən böyük yəhudi qəbiristanlıqlarından biridir. Qəbiristanlıq 16-17-ci əsrin əvvəlindən 1966-cı ilə qədər istifadə edilmişdir. == Tarixi == Osmanlı dövründə Səfərad yəhudiləri tərəfindən qurulan qəbiristanlıq 19-cu əsrin sonlarında Avstriya-Macarıstan İmperiyası ilə Sarayevoya gələn Aşkenazi yəhudiləri üçün dəfn yeri olmuşdur. Qəbiristanlıq 3850-dən çox məzar daşını ehtiva edir və 31160 kvadrat metr sahəni əhatə edir. Burada faşizmin qurbanlarına həsr olunmuş dörd qəbir: Jahiel Finci tərəfindən hazırlanan və 1952-ci ildə inşa edilən bir səfərad, iki Aşkenazi yəhudi və bir ustaşa qurbanına həsr olunmuş abidə var. === 1990-cı il müharibəsi zaman === Bosniya müharibəsi zamanı yəhudi qəbiristanlığı cəbhədə idi və Bosniya serbləri tərəfindən artilleriya mövqeyi kimi istifadə olunurdu. Beləliklə, partlayışlar və atəş nəticəsində qəbiristanlıq ciddi ziyan görmüşdü. Ayrıca ağır bir şəkildə minalanmış, lakin 1996-cı ildə tamamilə təmizlənmişdir.
Tsxinvalinin yəhudi məhləsi
Tsxinvalinin yəhudi məhləsi — Gürcüstanın Tsxinvali şəhərində yəhudilərin XVII əsrdən məskunlaşması nəticəsində yaranan məhəllə. Məhəllə köhnə Tsxinvalinin ən mənzərəli yerlərindən biri olmuşdur. Məhəllə 1992-ci ildə Osetiya-Gürcüstan müharibəsi və 2008-ci ilin avqust döyüşləri zamanı ciddi şəkildə zərər görmüşdür. == Tarixi == Orta əsrlərdə Gürcüstanda yaşayan yerli yəhudilər gürcü dilində ünsiyyət qurur və ticarətlə məşğul idilər. Onlar əsasən XVII əsrin sonunda pambıq məhsullarının satışı ilə məşğul olurdular. 1664-cü ildə Şahzadə Maria Svetitsxoveli Manastırına (Mtsxeta şəhəri) ticarətlə məşğul olan Tsxinvalidən olan altı təhkimli yəhudini hədiyyə etmışdi. XIX-cu əsrdə şəhərin yəhudi əhalisi əhəmiyyətli dərəcədə artdı. Tsxinvali gürcü yəhudiləri Rusiya imperiyasının Avropa hissəsindəki Aşkenazi yəhudiləri ilə əlaqələr qurdular və hətta onlardan ravvinlər dəvət edirdilər. 1870-ci illərdə şəhərin yəhudi məhəlləsində yeddi sinaqoq və dini məktəb fəaliyyət göstərirdi. 1864-1865-ci illərə qədər Tsxinval və ona bitişik bölgədəki yəhudilər sənətkarlıq və ticarətlə məşğul olan təhkimlilər idilər.
Yəhudi
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Yəhudi-yunanlar
Romaniotlar (yun. Ρωμανιῶτες) — Əhəmənilər, Selevkilər və Roma imperiyalarından Bizans İmperiyası ərazilərinə (indiki Türkiyə, Yunanıstan və ətraf ərazilər) miqrasiya etmiş yəhudi etnik qrup. Öz aralarında işlətdikləri dil yunan dilinin bir ləhçəsi olan və içində ivrit dilindən də sözlər olan yevanikdir (yevanca, yəhudi yunancası da deyilir). Əsasən yaşadıqları şəhərlər Yunanıstanın Afina, Saloniki, Yanya şəhərləri olmuşdur. 1900-cü ildə Saloniki şəhərinin 173 000 əhalisinin 80 000-ə yaxını romaniotlar idi. İkinci dünya müharibəsi zamanı nasistlər 1941-ci ilin 9 aprelində Saloniki şəhərini tuturlar. 1943-cü ildə bütün şəhər yəhudiləri ölkədən deportasiya edilir. O zaman burada yaşayan 77 377 romaniotdan yalnız 10 000-i holokostdan xilas ola bilir.
Yəhudi Agentliyi
İsrail üçün Yəhudi Agentliyi (ivr. ‏הסוכנות היהודית לארץ ישראל‏‎) — Dünyanın ən böyük yəhudi qeyri-kommersiya təşkilatıdır. 1929-cu ildə Dünya Sionist Təşkilatının operativ şöbəsi olaraq quruldu.
Yəhudi Ensiklopediyası
Yəhudi Ensiklopediyası (ing. Jewish Encyclopedia)-orijinal olaraq Fank və Vaqnallz tərəfindən 1901 və 1906-cı illər arasında Nyu-Yorkda nəşr olunan elmi opus (əsər). Ensiklopediya 1901-ci ildə Yəhudilik və Yəhudilər tarixi və həmin mövcud vəziyyəti üzərində 12 cildlik 15.000 məqaləni ehtiva edirdi. İndi bir ictimai varidat mənbədir.
Yəhudi Krallığı
Yəhudi çarlığı (ivr. ‏מַלְכוּת יְהוּדָה‏‎ — Malxut Yaxuda) və ya İudeya (ivr. ‏יְהוּדָה‏‎) — paytaxtı Qüds olan iki iudaist dövlətindən biri (digəri Cənub çarlığı). Eramızdan əvvəl X əsrdə, Davud və Süleyman İsrail padşahlığının süqutundan sonra meydana gəlmişdir. Buraya Yəhuda qəbiləsinin torpaqları, Şimon qəbiləsi və Binyamin qəbiləsinin yarısı daxil idi. == Cənub çarlığı dövrü == Hökmdar Süleymanın (Solomon) ölümündən sonra (e.ə. 932–928) çarlıq bölündü. On qəbilə (tayfa) əvvəl Tirzdə, sonra Samariyada paytaxtı ilə İsrail adını alan Şimal çarlığını qurdu. İlk padşahı Süleymanın rejiminə qarşı çıxan I Yarovam idi. Miladdan əvvəl 730-cu illərdə.
Yəhudi dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Yəhudi dini
İudaizm (q.yun. Ἰουδαϊσμός), yaxud musəvilik və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış monoteist ibrahimi din. == Ümumi məlumat == İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam; ölülərin diriləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad; ruhun varlığına və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarıdır. Müqəddəs kitabları Tanax və Talmuddur. Musa peyğəmbərin adıyla bağlı olaraq bu dinə "Musəvilik" də deyilir. Yəhudilər demək olar ki, dünyanın hər yerinə yayılıblar. Dünyanın əksər ölkərində yəhudilər yaşayır.
Yəhudi fəlsəfəsi
Yəhudi fəlsəfəsi (Hebrew: פילוסופיה יהודית) (Ərəbcə: الفلسفة اليهودية‎) (İvritcə: ייִדיש פֿילאָסאָפֿיע) — Yəhudilər və ya İudaistlər tərəfindən yerinə yetirilən bütün fəlsəfəni özündə saxlayır.
Yəhudi mafiyası
Yəhudi mafiyası (ivr. ‏פשע מאורגן בישראל‏‎) — Yəhudi əsilli mafiya qruplaşması. Yəhudi mafiyasının fəaliyyətinə narkotik və bədən alveri aiddir. Dövran dəyişdikcə Yəhudi mafiyasının da işləmə tərzi dəyişmiş və onlar təvazökar himayədarlıq fəaliyyətindən, amansız və tərəddüd etmədən qan tökən bir dəstəyə çevrilmişdir. Rus-Yəhudi mafiyası ABŞ siyasi aləminə elə yaxşı daxil olmuşlar ki, Amerika hüquq sistemi son illər onların qarşısını almaqda heç bir irəliləyiş göstərə bilməmişdir.
Yəhudi mifologiyası
Yəhudi mifologiyası - Yəhudi mədəniyyətində geniş yayılmış mifoloji anlayışlardır. Eramızdan əvvəl I minillikdə, ümumi Qərbi Semit mifologiyasına əsaslanan qədim yəhudilər arasında formalaşmağa başlamışdır. Yəhudiliyin müqəddəs mətnlərini təsir edən Yəhudi folklorunun əsas elementidir. Yəhudi mifologiyası xristian və islam mifologiyasına və ümumiyyətlə dünya mədəniyyətinə dərin təsir etmişdir. Öz növbəsində, yəhudi mifologiyası da inkişaf dövründə digər mədəniyyətlərin mifologiyasından təsirlənmişdir. == Tarixi == Yəhudi mifologiyası inkişafının ilk mərhələsində Qərbi Semit mifologiyasının təkallahlığın inkişafı istiqamətində yenidən işlənməsi idi. Pentateuçun əfsanələrinin əhəmiyyətli bir hissəsi proto-yəhudi miflərinə aiddir. Tövratın bir hissəsi olduqdan sonra da, xalq əfsanələrinin formalaşmasına təsir göstərməyə davam etdilər, baxmayaraq ki, normativ Yəhudiliyin inkişafında miflərin etioloji elementləri əvəz olundu. Yəhudi mifologiyası tarixin müxtəlif dövrlərində Misir, Şumer-Akkad və xüsusilə İran, xüsusən Zərdüştlük, mifologiyalar və daha sonra qnostik mistisizmdən təsirlənmişdir. İlk dövrdə, köçəri bir həyat şəraitində, Yahve qəbilə xalqının önündə gəzib dolaşan və müharibələrini aparan qəbilə tanrısı kimi qəbul edildi.
Yəhudi müharibəsi
Yəhudilərin romalılara qarşı müharibəsinin tarixi (yun. Φλαυίου Ἰωσήπου ἱστορία Ἰουδαϊκοῦ πολέμου πρὸς Ῥωμαίους βιβλία) və ya qısaca Yəhudi müharibəsi — yəhudi tarixçisi İosif Flavinin ​​yeddi cildlik kitabı. Bu, onun yunan dilində yazılmış ilk əsəri idi. Kitab b.e. 75-ci ilində, Birinci Yəhudi müharibəsinin bitməsindən dörd il sonra yazılmışdır. Kitab iki versiyada – arami və yunan dillərində mövcud idi. == Əlavə ədəbiyyat == «История Иудейской войны» Иосифа Флавия. Древнерусский перевод. Языки славянской культуры. I. Москва.
Yəhudi məhəlləsi
Yəhudi məhəlləsi (ərəb. حارة اليهود‎‎; ivr. ‏הַרֹבַע הַיְהוּדִי‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Yəhudi ratuşası
Yəhudi ratuşası (çex. Židovská radnice, alm. Jüdisches Rathaus‎) – Praqanın ən kiçik torpaq-kadastral vahidi olan Yozefov (çex. Josefov, ivr. ‏יוספוב‏‎, alm. Josephstadt‎) adlı qədim yəhudi məhəlləsində yerləşən barokko üslublu, mansardalı binadır. Praqanın yəhudi icmasının özünüidarəetmə orqanı, eləcə də şura iclaslarının keçirilmə mərkəzi kimi xidmət göstərmiş ikimərtəbəli bucaqlı bina, Praqa asanasiyası dövründə genişləndirilmiş Mayzelova (çex. Maiselova) və olduqca dar Çervena (çex. Červená) küçələrinin kəsişməsində yerləşməklə, qonşuluqda olan Vısoka və Staronova sinaqoqları ilə birlikdə Praqa yəhudiliyinin mərkəzini formalaşdırmışdır. == Praqa gettosunun tarixi == Yəhudi Ratuşası Mayzelova 18 (Maiselova) döngəsində, yəni Köhnə-Yeni Sinaqoqanın qarşısında və keçmiş yəhudi məhəlləsinin mərkəzində yerləşir Yaxınlıqdakı Yüksək sinaqoqa keçmişdə onunla bitişik idi və məhz buna görə də çox əlverişli yerə sahib olduğu hesab olunurdu.
Yəhudi soyqırımı
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır. Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər. Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi. == Tarixçəsi == 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Bu müddəti kobud şəkildə üç dövrə ayırmaq olar: Yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmaları. Yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları.
Yəhudi səhrası
Yahudi səhrası (ivr. ‏מִדְבַּר יְהוּדָה‏‎ ərəb. صحراء يهودا‎) — Yaxın Şərqdə, İsrail ərazisində yerləşən səhra. Səhra Ölü dənizinin qərb sahilllərini əhatə edir. Öz adını Yahudi çarlığından almışdır. Qədim zamanlarda səhra üsyançıların burada gizlənirfilər. Hətta Çar Davud öz qudası Çar Sauldan məhz bu səhrada gizlənmişdir. Dini məlumatlar görə İordan çayının mənsəbinə yaxın İoann ilk fristianları xaç suyuna salırdı. İlkin xristianlar səhrada təmizlənirdilər. Səhra şərqdən Ölü dənizi, qərbdən Yahudi dağı və Qüds şəhəri əhatələnir.
Yəhudi təqvimi
İvrit təqvimi və ya Yəhudi təqvimi (ivr. ‏הלוח העברי‏‎, ing. Hebrew calendar) — yəhudilərin dini məqsədlərlə istifadə etdiyi təqvimdir. Aylar etibariylə qəməri, illər etibariylə Günəş əsaslı (Lunisolar) bir təqvimdir. Yəhudi bayramları və Matzevah mərasimləri kimi özəl günlərin tarixləri bu təqvimə görə müəyyən edilir. Təqvim Tanaxa görə dünyanın yaratıldığı gündə başlayır. Bilinən ilk Yəhudi təqvimi Süleyman Peyğəmbərin dövründə yaradılan Qezer təqvimidir. On iki qəməri əsaslı aydan ibarətdir. Kənd təsərrüfatı fəaliyyətinin planlaşdırılması məqsədilə yaradılmış olan təqvim qəməri əsasa sahib olmaqla birlikdə sonradan Günəş əsaslı təqvimə çevrildi. İsrail oğulları isə Babil təqvim quruluşuna istinadən yaratdıqları və qarışıq sistemə sahib olan bir quruluşdan istifadə etmişdir.
Yəhudi terrorizmi
Yəhudi çarlığı
Yəhudi çarlığı (ivr. ‏מַלְכוּת יְהוּדָה‏‎ — Malxut Yaxuda) və ya İudeya (ivr. ‏יְהוּדָה‏‎) — paytaxtı Qüds olan iki iudaist dövlətindən biri (digəri Cənub çarlığı). Eramızdan əvvəl X əsrdə, Davud və Süleyman İsrail padşahlığının süqutundan sonra meydana gəlmişdir. Buraya Yəhuda qəbiləsinin torpaqları, Şimon qəbiləsi və Binyamin qəbiləsinin yarısı daxil idi. == Cənub çarlığı dövrü == Hökmdar Süleymanın (Solomon) ölümündən sonra (e.ə. 932–928) çarlıq bölündü. On qəbilə (tayfa) əvvəl Tirzdə, sonra Samariyada paytaxtı ilə İsrail adını alan Şimal çarlığını qurdu. İlk padşahı Süleymanın rejiminə qarşı çıxan I Yarovam idi. Miladdan əvvəl 730-cu illərdə.
Yəhudi krallığı
Yəhudi çarlığı (ivr. ‏מַלְכוּת יְהוּדָה‏‎ — Malxut Yaxuda) və ya İudeya (ivr. ‏יְהוּדָה‏‎) — paytaxtı Qüds olan iki iudaist dövlətindən biri (digəri Cənub çarlığı). Eramızdan əvvəl X əsrdə, Davud və Süleyman İsrail padşahlığının süqutundan sonra meydana gəlmişdir. Buraya Yəhuda qəbiləsinin torpaqları, Şimon qəbiləsi və Binyamin qəbiləsinin yarısı daxil idi. == Cənub çarlığı dövrü == Hökmdar Süleymanın (Solomon) ölümündən sonra (e.ə. 932–928) çarlıq bölündü. On qəbilə (tayfa) əvvəl Tirzdə, sonra Samariyada paytaxtı ilə İsrail adını alan Şimal çarlığını qurdu. İlk padşahı Süleymanın rejiminə qarşı çıxan I Yarovam idi. Miladdan əvvəl 730-cu illərdə.
Yerusəlim Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Gürcüstan yəhudiləri
Gürcüstan yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "Gürcüstan yəhudiləri" deyil. === Tarixi === Rəvayətə görə, onlar Kartli və İberiyanın ərazisinə ilk dəfə e.ə. VII əsrdə köçmüşlər. Bu Birinci Qüds Məbədinin dağıdıldığı və yəhudilərin Babilistana sürgün olunduğu tarixə təsadüf edir. XIII əsrə aid "Kartlis tsxvoreba" ("Gürcüstanın həyatı") adlı əlyazmada bu barədə deyilir: "Çar Navuxodosonor Qüdsü zəbt etdi. Ordan qovularaq Kartliyə gələn yəhudilər, Mtsxeti hökmdarına bac söz verərək torpaq istədilər. Onlara Araqvi çayı yaxınlığında, Zanavi çay qolunun yanında məskunlaşmağa icazə verildi. Və onlar buna görə vergi verməyə başladılar". Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar.
Kripto Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Küveytdəki Yəhudilərin tarixi
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. == Fərqli xüsusiyyətlər == === Dil === Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. === Ənənələr === Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. == Tarix == XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Ortodoks yəhudilik
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. == Xüsusiyyətləri == Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.
Qətərdəki Yəhudilərin tarixi
Rekonstruktiv yəhudilik
Rekonstruktiv yəhudilik (ivr. ‏יהדות רקונסטרוקציוניסטית‏‎; Romanizasiya: yahadút rekonstruktsyonistit) ya da (ivr. ‏יהדות מתחדשת‏‎; Romanizasiya: yahadút mitkhadéshet) Mordecai Kaplan tərəfindən yaradılmışdır. Bunlar daha əvvəllər mühafizəkar Yəhudilik içində iştirak etmişlər. Zamanla Kaplanın fikirləri digər Yəhudi məzhəblərinə də təsir etmişdir. Hərəkatın qurucusuna görə Yəhudilər də digər millətlər kimi bir millətdir. “Seçilmişlik” xüsusiyyəti yoxdur. Allah Yəhudiləri deyil, Yəhudilər Allaha seçmişlər. Bunlar yenidən dirilməyi və axirəti rədd edərlər. Tövrat Tanrı vəhyi deyil.
Suriya yəhudiləri
Suriya yəhudiləri, eramızdan əvvəl VI əsrdə müasir Suriyanın ərazisində məskunlaşmış Yəhudilərinnəslidir. XV əsrin sonunda onlara Osmanlı Sultanının dəvəti ilə Suriyaya gələn İspaniyalı Səfərad yəhudiləri də qoşuldu. İspan və Yəhudi xalqının ənənəvi mədəni xüsusiyyətlərinin qarışığı nəticəsində ortaya çıxan inkişaf etmiş bir mədəniyyətə sahib idilər. İsrailin ayrı bir dini icması var. Qədim dövrlərdən bəri Yəhudilər Suriya cəmiyyətinin ən vacib təbəqələrindən biri olmuşlar. == Tarix == === İslamaqədərki dövr === Yəhudilər Suriyada eramızdan əvvəl VI əsrdən məskunlaşmağa başlamışlar. Eramızdan əvvəl 539-cu ildən Əhəmənilər Fars sülaləsi tərəfindən idarə olunurdu. İosif Flaviyaya görə, Fars kralı Kserks, Ezra'ya Əhəmənilər imperatorluğu boyunca dini ədaləti tətbiq etmək üçün Yəhudi hakimlərini təyin etməsini əmr etdi. Eramızdan əvvəl 333-cü ildə Suriyanı Makedoniyalı İskəndər fəth etdi və Yəhudilərə yeni imtiyazlar verdi . Həmçinin əvvəlki hüquqlarını da təsdiqlədi.
Səfərad yəhudiləri
Səfərad yəhudiləri — İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.
Türkiyə Yəhudiləri
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Türkiyə yəhudiləri muzeyi
500-cü ildönümü Fondunun Türkiyə yəhudiləri muzeyi (türk. 500. Yıl Vakfı Türk Musevileri Müzesi) — Türk yəhudilərinin ənənələrindən və tarixindən bəhs edən 500-cü ildönümü Fondu tərəfindən yaradılan mədəniyyət mərkəzi. 25 noyabr 2001-ci ildə İstanbulun Karaköy bölgəsində (İstanbul) açılıb. 500-cü ildönümü Fondu (Vəqf), 1989-cu ildə Səfərad yəhudilərinin Osmanlı imperiyasıda sığınacaq tapmasının 500-cü ildönümü münasibətilə 113 türk vətəndaşı, yəhudi və müsəlmanlar tərəfindən qurulub. Muzeyin yaradılması ideyasını indi onun kuratoru olan Naim Gühlerüz təklif edib. Vəqf tanınmış yəhudi ailəsi olan Kamhi tərəfindən maliyyələşdirilib. == Tarixi == Əvvəllər Zülfəris Sinaqoqu kimi tanınan muzey binası, muzey tələblərinə uyğun olaraq bərpa edilmiş və yenidən qurulmuşdur. Bu sinaqoqun 1671-ci ildə mövcud olduğuna və orijinal binasının Genuya Respublikasından olan kolonistlər tərəfindən tikildiyinə dair mənbələr var. O mənbələrdə "Qalatadakı Müqəddəs Sinavi (sinaqoq)" və ya "Kal Kadoş Qalata" kimi keçir.
Ummandaki Yəhudilərin tarixi
Varşava gettosundakı yəhudi oğlan
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Varşava gettosundakı yəhudi oğlanın fotoşəkli
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Yaponiyada yəhudilər
Yaponiyada yəhudilər (日本のユダヤ人, Nihon no yudayacin) say baxımından ölkənin ən kiçik etnik qruplarından biridir. Yaponiyaya yəhudilərin ilk axını XIX əsrin ortalarında baş verib. Naqasaki və Yokohama icmaları ölkədəki ilk yəhudi icmaları olsa da, daha sonra bu icmalar yox olmuşdur. Hazırda Tokio və Kobe icmaları Yaponiyadakı yeganə yəhudi icmalarıdır. 2016-cı ilin statistikasına əsasən Yaponiyada cəmi 1000–1400 yəhudi yaşayır. Hər il minlərlə İsrail yəhudisi Yaponiyanı ziyarət etməyə gəlir. ABŞ-nin Okinavada yerləşən hərbi bazasında mütəmadi olaraq 200–300 yəhudi əsilli hərbçi saxlanılır. Yaponiyada yəhudilər üçün üç sinaqoq, ivrit dili məktəbi, mikva fəaliyyət göstərir, eləcə də, mədəni proqramlar təşkil olunur. Tokio və Kobedə yəhudilər üçün koşer qidalar satan yerlər mövcuddur. == Tarix == === XX əsrə qədər === Orta əsrlərin əvvəllərində bəzi Avropa və Orta Şərq yəhudilərinin İpək yolu vasitəsilə Yaponiya ilə ticarət əlaqələri saxladığı ehtimal olunur.

yəhudi sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. is. Eramızın I-II əsrlərindən qabaq Fələstində yaşamış, sonradan dünyanın müxtəlif ölkələrinə yayılmış, indi isə İzrail dövlətinin əsas əhalisini təşkil edən xalq və həmin xalqa mənsub adam; cuhud. Yəhudi xalqı. – Yalnız yəhudi qızı Rima hələ ərə getməmişdi. M.Hüseyn. 2. Sif. mənasında. Yəhudi xalqı. Yəhudi dili. Yəhudi ədəbiyyatı. Süleyman qədim yəhudi dini tarixində peyğəmbər və qüdrətli hökmdar kimi göstərilir. Bədii ədəbiyyatda qüdrətli hökmdar rəmzi kimi işlənir.

    Azərbaycan dilinin izahlı lüğəti / yəhudi

yəhudi sözünün etimologiyası

  • 1 İuda (iudizm sözün xatırlayın) sözünün dəyişmiş formasıdır. Güman ki, cuhud sözü ilə eyni kökə malikdir. Alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yəhudi

yəhudi sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 YƏHUDİ (İsrail milləti) [İmamqulu bəy:] Qabaqcadan satıb yəhudiyə, hər desyatini iki min manata.. (N.Vəzirov); CUHUD Molla Həmid: ..bunlar hamı müsəlmandırlar, bunların tərcihi məlun cuhudlara vacibdir (M.F.Axundzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yəhudi

yəhudi sözünün rus dilinə tərcüməsi

yəhudi sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. Jew; (qadın) Jewish woman*, Jewess; ~lər the Jews II. s. Jewish; Judaic, Jewdaical; ~ qadın Jewish woman*; ~ dini the Jewish religion; ~ dili the Jewish language

    Azərbaycanca-ingiliscə lüğət / yəhudi

yəhudi sözünün fransız dilinə tərcüməsi

yəhudi sözünün ləzgi dilinə tərcüməsi

"yəhudi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yəhudi nədir? #yəhudi sözünün mənası #yəhudi nə deməkdir? #yəhudi sözünün izahı #yəhudi sözünün yazılışı #yəhudi necə yazılır? #yəhudi sözünün düzgün yazılışı #yəhudi leksik mənası #yəhudi sözünün sinonimi #yəhudi sözünün yaxın mənalı sözlər #yəhudi sözünün əks mənası #yəhudi sözünün etimologiyası #yəhudi sözünün orfoqrafiyası #yəhudi rusca #yəhudi inglisça #yəhudi fransızca #yəhudi sözünün istifadəsi #sözlük