Zaur-A sözü azərbaycan dilində

Zaur-A

Yazılış

  • Zaur-A • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
A
A yaxud a — çağdaş Azərbaycan əlifbası kimi Yer üzündəki bir çox dildə işlədilən latın əlifbasının ilk hərfi. Azərbaycan dilində hərfə a adı verilib (oxunuşu: /ɑ/). Formaca törədiyi əski yunan əlifbasının alfa hərfi və habelə bu əlifbadan törəyən kiril əlifbasının A hərfi ilə oxşayır. Hərfin böyük versiyasının görünüşü ortasından üfüqi xətt keçən bir nöqtədən çəkilmiş iki əyri xətt kimidir. Kiçik a hərfi isə iki cür yazılır: ikiqatlı a və birqatlı ɑ. Birinci görünüş, əsasən, çap yazısında, ikincisi isə, əsasən, əl yazısında və əl yazısı əsaslı şriftlərdə istifadə olunmaqdadır. == Oxşar simvollar və simvolun digər variantları == Α α : yunan hərfi olan Alfa А а : kirill əlifbasının A hərfi Ɑ ɑ : latın hərfi olan Alfa və yaxudda əlyazma hərfi A (yada ki: A a) ɐ : kiçik A hərfinin çevrilmiş forması , hansıki Beynəlxalq fonetika əlifbasında açığ mərkəzi sait kimi istifadə olunur ∀ : çevrilmiş A, "Birinci qaydanın məntiqində" (ing. First-order logic) ümumiliy kvantorunu təsvir etmək üçündü. ª : Sıra indikatoru Æ æ : Æ latın liqaturası (hərf birləşməsi) == Tarixi == Hərfin yazılması misir heroqlif yazısının öküz başını xatırladan simvolla əlaqələndirilər. İddia edilir ki, eramzidan əvvəl 1600-cü ildə Finikiya əlifbasında A hərfin xətti yazılışı forması yarandı.
Zaur Ağamalıyev
Zaur Aşiq
Zaur Nurəddin oğlu Sərxanbəyov (7 aprel 1981, Buzovna – 11 may 2012, Lənkəran) — azərbaycanlı meyxanaçı. == Həyatı və fəaliyyəti == Zaur Sərxanbəyov 7 aprel 1981-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1987-ci ildə ailəsi ilə Yeni Günəşli qəsəbəsinə köçüblər. Zaur ilk meyxanasını 9 yaşında yazıb. Son zamanlar "Qəşəng-qəşəng", "Avtoxuliqan", "Cinayət aləmi" və sair musiqili meyxanaları ilə meyxanasevərlər arasında xeyli populyarlıq qazana bilib. 2012-ci ildə ürək çatışmazlığından qəflətən vəfat edib. == İstinadlar == == Mənbə == ""Ti kto takoj?" ("Who are you?") Or: How Azerbaijani Folk Has Become Popular In Russia". www.eastbook.eu. www.eastbook.eu. 2018-01-06 tarixində orijinalından arxivləşdirilib.
Zaur Baxşəliyev
Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa, DQMV) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet" və "Ədəbiyyat" dövri mətbuat orqanlarında müxbir kimi çalışıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) aparıcısı və layihə rəhbəridir. "Ömrün səhifələri, "Yağ kimi", "Yeri var", "Bizim səhər", "Xalq ulduzu", "Onun yarısı", "Bəxtəvər", "Tanıdım səni", "Məni yarımdan soruş", "Bu stil mənim", "Ümid var", "Öz aramızda", "Fort Boyard" kimi mədəni-maarif, sosial-analitik, şou xarakterli populyar, reytinqli verilişlərin müəllifi və aparıcısı olub. Hazırda müəllifi olduğu "BizimləSən" sosial-analitik və "Zaurla Günaydın" musiqili-əyləncəli proqramlarına aparıcılıq edir. Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07.11.2016-cı il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. == Bioqrafiya == Zaur Lətif oğlu Baxşəliyev 26 fevral 1981-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Şuşa şəhərindən məcburi köçkün kimi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində məskunlaşıb. 1992-ci ildə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsilini davam etdirib.
Zaur Botayev
Zaur Amaludinoviç Botayev (6 may 1979-cu il, Xasavyurt, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sərbəst güləş üzrə çıxış edən Rusiya güləşçisi, Avropa çempionu (2002), Dünya Çempionatın mükafatçısı (2002), Rusiya çempionatlarının çoxqat mükafatçısı, hərbi qulluqçuların arasında dünya çempionu. Rusiyanın əməkdar idmançısı. Krasnoyarsk dövlət pedaqoji universitetinin məzunudur. İ. Xojikov onun birinci məşqçisi olmuşdur. 1998-ci ildən Rusiyanın yığma komandasının üzvü idi, 2007-ci ildə böyük idmanı tərk etdi. == Xarici keçidlər == Zaur Botayev müxtəlif çempionatlarda infosport.ru saytında profili Мовлади Абдулаев. "Заур Ботаев". wsport.su. Энциклопедия чеченского спорта. 2013-07-03.
Zaur Cavanşir
Zaur Sabir oğlu Cavanşir (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. == Həyatı == Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. == Hərbi xidməti == Xüsusi Təyinatlı Qüvvələrdə xidmətindən başqa cəhbə bölgəsində taqım, bölük, tabor, briqada komandiri vəzifələrində xidmət etmişdir. 2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil almışdır. Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.
Zaur Cəfərov
Zaur Cəfərov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi. Zaur Cəfərov (pauerliftinqçi) — Azərbaycan pauerliftinqçisi.
Zaur Dadaşov
Zaur Zümrüd oğlu Dadaşov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib. == Hərbi xidmətləri == 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHQ kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.12 oktyabr Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.
Zaur Darğalı
Zaur Darğalı və ya Zaur Darğallı — 2017–2019-cu illər Kvemo Kartli bölgə qubernatorunun müavini. 2019-cu ilin 19 may tarixində keçirilən seçkilərə əsasən 78,6% səs toplayaraq Marneulinin bələdiyyə sədri seçilib. == Həyatı == Zaur Darğalı 4 iyul 1988-ci ildə anadan olub. O, 2005–2009-cu ildə İlia adına Dövlət Universitetinin Kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb, bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. Azərbaycan, gürcü, rus, ingilis, türk dillərini bilir. == Fəaliyyəti == Zaur Darğalı 2007–2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli Gənclər Şurasının üzvü olub. O, 2007–2011-ci ilər ərzində Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, "Timer" qəzeti kimi media təşkilatlarında çalışıb. Zaur Darğalı 2008–2011-ci illərdə Marneuli Gənclər Mərkəzinin layihələr üzrə meneceri vəzifəsini icra edib. Həmçinin 2008–2011-ci illərdə müxtəlif layihələrdə fəal şəkildə iştirak edib, onlardan "Effektiv inteqrasiya naminə, daha yaxşı komunikasiya" (layihə eyni zamanda məcburi köçkün şəxslərlə bağlı məsələləri nəzərdə tuturdu), "Marneuli QHT-ləri inkişaf və əməkdaşlıq forumu" (layihə Marneulidə 12 QHT-nı əhatə edib) və s.
Zaur Dövlətov
Zaur Zahid oğlu Dövlətov (9 mart 1995; Abşeron rayonu, Azərbaycan — 12 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Zaur Dövlətov 9 mart 1995-ci ildə Abşeron rayonunda anadan olmuşdur. Əslən Lənkəran rayonundandır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində ali təhsil almışdır. Müharibəyə qədər Türkiyənin Antalya ilinin Kəmər ilçəsindəki beşulduzlu otellərin birində animator olaraq çalışırdı. Subay idi. == Hərbi xidməti == Zaur Dövlətov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zaur Dövlətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Zaur Hümbətov
Zaur Cəlal oğlu Hümbətov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli Kapitanı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən (2017-2020). == Hərbi xidməti == Zaur Hümbətov 2000-ci illərdən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında xidmət edir. Zaur Hümbətova 2017-ci il yanvarın 25-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2020-ci il martın 12-nə qədər bu vəzifəni icra edib.
Zaur Hüseynov
Zaur Hüseynov (dövlət xadimi) — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri. Zaur Hüseynov (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Zaur Hüseynov (mayor) — Vətən Müharibəsi Qəhrəmanı. Zaur Hüseynov (əsgər) — Vətən Müharibəsi şəhidi.
Zaur Həsənov
Zaur Həsənov (aqronom)
Zaur Həşimov
Həşimov Zaur Tahir oğlu (24 oktyabr 1981, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. == Həyatı == Zaur Tahir oğlu Həşimov 24 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Futbola 7 yaşında başlayıb. Sumqayıt futbol məktəbinin yetirməsidir. İlk məşqçisi Tofiq Rzayev və Ağamusa Bağırov olmuşdur. == Karyerası == Premyer-liqada "U-18", "Şəfa" (Bakı), "Xəzər Universiteti" (İndiki İnter Bakı) klublarında oynayıb. 2007/08 mövsümündə "MKT-Araz" (İmişli) klubuna keçib. İlk oynunu UEFA kubokunda "Qroçilina" klubuna qarşı keçirib. İmişli təmsilçisi zəif oyundan sonra komanda dağılıb və Həşimov "Xəzər Lənkaran"a transfer olunub. Qış fasiləsində isə "Qarabağ"ın 4 nömrəsi olub.
Zaur Kabisov
Zaur Kabisov (oset. Къæбысты Зауыр, 27 iyul 1936 – 9 sentyabr 2014) — Osetiyalı yazıçı, jurnalist, publisist, osetin dilində ilk elmi-fantastik romanın müəllifi. == Bioqrafiyası == Zaur Kabisov kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində, orta məktəbi isə Cava rayonu Kemult orta məktəbində bitirib. 1956-cı ildə Tsxinvali (Cənubi Osetiyanın paytaxtı) şəhərindəki Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsi, Osetiya şöbəsinə daxil olur. İnstitutu bitirdikdən sonra on iki il Cənubi Osetiya Muxtar Vilayətinin Leninqorsk rayonunda məktəb müəllimi olaraq çalışır. 1973-cü ildə Tsxinvali şəhərinə köçür və "Soveton İrıston" ("Sovet Osetiyası") vilayət qəzetinin redaksiyasında əvvəlcə tərcüməçi olaraq çalışır, lakin qısa müddət sonra müxbir olur. 1975-1992-ci illərdə "İriston" ("Osetiya") nəşriyyatında redaktor, 1992-2014 -cü illərdə Cənubi Osetiya Respublikası Yazıçılar Birliyinin orqanı olan "Fidiuaq" jurnalının məsul katib olaraq fəaliyyət göstərir. 1976-cı ildən SSRİ Yazıçılar Birliyinin üzvü, sonradan isə Cənubi Osetiya Birliyinin üzvü olur. Yazmağa hələ orta məktəb şagirdi ikən olarkən başlayır.
Zaur Kamal
Zaur Kamal (tam adı: Zaur Kamal oğlu Gülməmmədov, 19 dekabr 1974, Bolnisi rayonu) — Əməkdar mədəniyyət işçisi, müğənni, şoumen, radio dj, jurnalist, televiziya aparıcısı. == Həyatı == Zaur Kamal 19 dekabr 1974-cü ildə Bolnisidə anadan olmuşdur. Orta məktəbi Bolnisi rayonunda başa vurduqdan sonra 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurub. Evlidir, Bartu və Rüstəm adlı iki oğlan övladı var. == Karyerası == Zaur Kamal aparıcılıq fəaliyyətinə 1998-ci ildə başlayıb. İlk dəfə "Burc FM" (hazırda 100.5 FM) radiosunda "Poliqon" verilişinin aparıcısı olub. Daha sonra Xəzər TV-də teleaparıcılq fəaliyyətinə də başlayıb. Televiziyada ilk layihəsi "Ay Zaur" verilişi olub. Daha sonra "5-də 5" layihəsi ilə də məşhurlaşıb.
Zaur Kantemirov
Zaur İslam oğlu Kantemirov (28 avqust 1942, Bakı – 27 sentyabr 2021, Bakı) — Azərbaycan Respublikasının əməkdar rəssamı (1992), qrafika, plakat, rəngkarlıq, monumental sənət, sənaye dizaynı, fotoqrafiya sahələrində böyük uğurlar qazanmış müasir Azərbaycan rəssamıdır. == Həyatı == Zaur İslam oğlu Kantemirov 1942-ci il avqust ayının 28-də Bakıda dünyaya gəlib. O, M. Əliyev adına Dövlət İncəsənət İnstitutunun məzunudur. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək fantastik layihələrə imza atıb. "Şüşə qəlbli" təxəllüsünü də elə bu işlərinə görə qazanıb. Görkəmli sənətkar 27 sentyabr 2021-ci ildə 79 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
Zaur Kərimov
Zaur Saleh oğlu Kərimov (2 fevral 1996, Atakişili, Kürdəmir rayonu – 27 oktyabr 2020, Qubadlı) — Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Zaur Kərimov 2 fevral 1996-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra Bərdədə hərbi kurs keçmişdir. Hərbi kursu bitirən Zaur yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur və Xüsusi Təyinatlı Qüvvələrdə əsgər olaraq xidmətinə davam edir.Azərbaycan Ordusunun əsgəri olan Zaur Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Kərimov 28 oktyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Çanaqçı-Şuşa istiqamətində ağır döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 28 oktyabrda Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Zaur Mikayılov
Zaur Rauf oğlu Mikayılov (1974, Şamaxı rayonu) — Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri (2023). == Həyatı == Zaur Rauf oğlu Mikayılov 1974-cü ildə Şamaxı rayonunda anadan olub. 1999-cu ildə Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib. Ailəlidir, üç övladı var. == Karyerası == 1999-2009-cu illərdə Telekommunikasiya sahəsində Mobil operatorlarda Marketinq meneceri, Baş kommersiya müdiri, Baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb. 2009-2016-cı illərdə Paşa İnşaat şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub. 2016-2018-ci illərdə Agro Dairy MMC-də Baş Menecer vəzifəsində çalışıb. Adıçəkilən şirkət "PAŞA Holding"in strukturuna daxildir. 2018-2021-ci illərdə Azərbaycan Supermarketləri MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
Zaur Mirzǝzadǝ
Zaur Mirzəzadə (23 sentyabr 1983, Bakı) — Prodüser, kino prodüser, kino rejissor, ssenari müǝllifi. == Həyatı == Mirzǝzadǝ Zaur Mübariz oğlu 23 sentyabr 1983-cü ildǝ Bakıda anadan olub. 1990-cı ildǝ 189 saylı orta mǝktǝbǝ daxil olub, 1995-ci ildǝ "287 saylı Zǝkalar" liseyinǝ daxil olub, 2000-ci ildǝ hǝmǝn liseyi bitirib. Süleyman Əlǝsgǝrov adına 1 nömrǝli musiqi mǝktǝbindǝ tar ixtisası üzrǝ tǝhsil alıb. 2000-ci ildǝ Bakı Dövlǝt Universitetinin biologiya fakültǝsinǝ daxil olub, amma bu ixtisas üzrǝ tǝhsilini davam etdirmǝk istǝmǝdiyindǝn bu sahǝdǝ tǝhsilini yarımçıq qoyub. 2001-ci ildǝ "Neft vǝ Qaz yataqlarının işlǝnmǝsi vǝ istismarı" fakültǝsinǝ daxil olub, 2005-cı ildǝ bitirib. 2005-2006-ci illǝrdǝ ordu sıralarında xidmǝt edib. 2007 vǝ 2008-ci illǝrdǝ Ukraynada 2017-2018-ci illǝr isǝ Çexiyada rejissorluqdan vǝ prodüser işindǝn masterklasslar almışdır. Hal hazırda ikinci ali tǝhsilini alır. == Fǝaliyyǝti == İncǝsǝnǝtǝ hǝdsiz maraq göstǝrǝn Mirzǝzadǝ, 2007-ci ildǝ tǝhsilini davam etdirmǝk üçün Ukraynanın paytaxtı Kiyev şǝhǝrinǝ yola düşür, rejissorluqdan master klasslar alır.
Zaur Mirzəzadə

Zaur Mədətov
Zaur Kamal oğlu Mədətov (16 noyabr 1999; Sumqayıt, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə qəbul olub. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam edib və 2017-ci ildə təhsilini bitirib. İdmanın cüdo növü ilə məşğul olub, Azərbaycan daxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. Subay idi. == Hərbi xidməti == Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabrın əvvəllərində döyüşlərə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Mədətov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Zaur Məhərrəm
Zaur Xasay oğlu Məhərrəmov (28 yanvar 1938, Bakı) — Azərbaycan kinooperatoru, rejissor və ssenari müəllifi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1976). == Həyatı == Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda ziyalı ailəsində anadan olub. Fəaliyyətə 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb və institutu əla qiymətlərlə bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyətini davam etdirib. O, 16 bədii filmin quruluşçu operatoru olub və bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırıb. 1963-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Bir neçə sənədli filmin rejissorudur. Tamaşaçıların sevə-sevə baxdıqları "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü", "Uzun ömrün akkordları" və s. bədii filmlərin quruluşçu operatoru Zaur Məhərrəmovdur. 80-ci illərin əvvəllərindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək, öz yaradıcılığını sənədli kinoya həsr edib və 1984-cü ildə "Yaddaş" studiyasını yaradaraq, həmin studiyada ölkəmizə böyük uğurlar gətirən "Bakı balkonları", "Köç", "Üzeyir Hacıbəyov", "Həbib və Gülxanım" və c. filmlərini yaradıb.
Zaur Məhərrəmov

Zaur Məmmədov
Zaur Sabir oğlu Cavanşir (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. == Həyatı == Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. == Hərbi xidməti == Xüsusi Təyinatlı Qüvvələrdə xidmətindən başqa cəhbə bölgəsində taqım, bölük, tabor, briqada komandiri vəzifələrində xidmət etmişdir. 2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil almışdır. Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#zaur-a nədir? #zaur-a sözünün mənası #zaur-a nə deməkdir? #zaur-a sözünün izahı #zaur-a sözünün yazılışı #zaur-a necə yazılır? #zaur-a sözünün düzgün yazılışı #zaur-a leksik mənası #zaur-a sözünün sinonimi #zaur-a sözünün yaxın mənalı sözlər #zaur-a sözünün əks mənası #zaur-a sözünün etimologiyası #zaur-a sözünün orfoqrafiyası #zaur-a rusca #zaur-a inglisça #zaur-a fransızca #zaur-a sözünün istifadəsi #sözlük