* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 nida. 1. Sözlərə qoşularaq çağırış, xitab, müraciət bildirir. A dostlar! A başına dönüm! A balam! – [Murov:] A kişi, mən səni üç gecədir axtarıram. M.F.Axundzadə. A quşlarım, getməyin; Məni qəmgin etməyin! A.Səhhət. [Ağabacı:] Nə eləyim, a Məşədi Püstə bacı! Kişi qocalıb yavaş-yavaş əldən düşür. H.Sarabski. // Eyni mənada bəzən cümlənin ortasında işlənir. Baxsanız a, beli çökmüş yamaca; Sinəsində şən quzular səslənir. A.Şaiq. // Bəzən cümlənin axırında təkid bildirən ədat kimi işlənir. Aparsan a! – [İbrahim bəy:] A kişi, çəkil kənara, görüm a! Ə.Haqverdiyev. 2. İntonasiyadan asılı olaraq məmnunluq, hiddət, istehza, narazılıq, təəccüb və s. hissləri ifadə edir. A! Sənə nə oldu? A, nə gözəl şeydir! – [Ağa Mərdan:] A, bu dabanıkəsik Heydərqulunun oğlu imiş! M.F.Axundzadə. [Rübabə:] A Böyükxanım, niyə gülməli söz danışırsan?! Mir Cəlal. 3. Həyəcan, dəhşət, qorxu, peşmanlıq və s. hissləri ifadə edən səs (uzadılaraq xüsusi intonasiya ilə və bəzən təkrar şəklində işlənir). Aaa, mən nə etdim! Aaa, bu necə adamdır! Aaa, nə böyük ilandır! – Yenə bir başqa xəbər varmı? – Bizim qonşu Kərim. – A… A… A? Bəli, hə, hə. – O nə qayırıb, de görüm. M.Ə.Sabir. 4. Bəzən cümlənin axırında və ya sözdən sonra gələrək, təəccüb bildirir, yaxud danışılan sözə diqqəti cəlb edərək, onun haqqında düşündürmək üçün işlənir. Bu paltoya yüz manat vermişəm; yüz manat a!
Azərbaycan dilinin izahlı lüğəti / a2 Azərbaycan əlifbasının birinci hərfi. Həmin “a” sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / a3 ə. fars və əski Azərbaycan əlifbalarının 1-ci hərfi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / a1 A I Azərbaycan əlifbasının birinci hərfi. A II nida Çağırış, xitab, müraciət bildirir. A bəy, əl saxlayın, amandır, aman! (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / a2 1 1. первая буква азербайджанского алфавита и гласный звук [a], обозначаемый этой буквой 2. первый (при перечислениях в алфавитном порядке). Beşinci maddənin “a” bəndi пункт “а” статьи пятой 2 межд. эй (употребляется при обращении). A yoldaş! Эй, товарищ! 3 част. 1. а (употребляется в начале фразы, выражает догадку, восторг, удивление). A … tapdım! А … нашёл! A … sizsiniz? А … это вы? 2. -ка: 1) употребляется в конце фразы и выражает удивление, недоумение. Bir buna bax, a! посмотри-ка на него! 2) употребляется в начале фразы для привлечения внимания. A, bir ora baxın смотрите-ка туда
Azərbaycanca-rusca lüğət / a1 A, a the 1st letter of the Azerbaijani alphabet A nid. (Cümlənin əvvəlində işlənərək müraciət bildirir) Hey! Hi!; A yoldaş! Hey! Comrade!
Azərbaycanca-ingiliscə lüğət / a