Zlatar sözü azərbaycan dilində

Zlatar

Yazılış

  • Zlatar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vera Zlatareva
Vera Dimitrova Zlatareva (bolq. Вера Златарева; 3 dekabr 1905, Qolyamo Belovo[d], Bolqarıstan knyazlığı – 19 avqust 1977, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan ictimai fəalı, feminist, sufrajist, yazıçı və hüquqşünas. Bolqarıstan Alimlər Birliyinin üzvü == Həyatı == === Cavanlığı və təhsili === Vera Zlatareva 3 dekabr 1905-ci ildə Bolqarıstanın Qolyamo Belovo kəndində anadan olmuşdur. Plovdivdə məktəbi bitirdikdən sonra Sofiya şəhərinə köçdü və 1929-cu ildə Sofiya Universitetinin hüquq fakültəsini bitirdi və iki il sonra elmlər namizədini aldı. === İşi === 1931 — 1932-ci illərdə Vera Dimitrova Bolqarıstan Kənd Təsərrüfatı və Dövlət Əmlak Nazirliyində hüquq məsləhətçisinin köməkçisi, sonra isə Sosial Cinayətlərə Qarşı Mübarizə İdarəsi rəhbərinin köməkçisi kimi çalışmışdır. 1938-ci ildə Beynəlxalq Qadın Alimlər Federasiyasında kriminal sosiologiya üzrə təqaüd müsabiqəsində iştirak etmişdir. Zlatareva 1944-cü ildə Kommunist çevrilişindən sonra Bolqarıstan Aqrar Milli Birliyinin üzvü kimi Milli Məclisə seçilmişdir. === Şəxsi həyatı === Vera Zlatareva vəkil Mixail Genovski (1903 - 1966) ilə evləndi, onların iki övladı oldu. Həyat yoldaşı ilə birlikdə Bolqarıstanın "Zemya və Trud" jurnalının redaktoru idi. == Biblioqrafiya == Vera Dimitrova hüquqi və populyar elmi məzmunlu bir çox monoqrafiyanın müəllifidir: «Наказание и осигурителни мерки» (doktor dissertasiyası / monoqrafiya, Plovdiv, 1931, 88 səh.) «Психология и социология на българската проститутка» (monoqrafiya, Sofiya, 1935, 340 səh.) «Проституцията и борбата против нея» (1936) «Обществени грижи» (monoqrafiya, Sofiya, 1940, 203 səh.) «Изнасилване» (1940) «Имуществени отношения между съпрузите» (1941) «Правната защита на жената» (1945) «Селянката и новото време» (1947) «Правната защита на брака и семейството в Народна република България» (1958).
Asen Zlatarov
Asen Zlatarov (bolq. Асен Христов Златаров; 4 fevral 1885 – 22 dekabr 1936, Vyana) — Bolqarıstan biokimyaçısı, ictimai xadimi, yazıçısı və professoru. == Bioqrafiya == Asen Zlatarov 4 fevral 1885-ci ildə Haskovoda anadan olub. Atası Xristo Zlatarov 1851-ci ildə Stambolovo əyalətinin Haskovo kəndində yaradılmış ilk dünyəvi məktəbin müəllimi olub. Daha sonra Cenevrə Universitetində kimya üzrə təhsil almışdır (1904-1907). 1908-ci ildə Qrenobl Universitetində kimya və fizika elmləri doktoru olur. “Kimya və sənaye” və “Təbiət və elm” jurnallarının, “Təbiət fəlsəfəsi oxu” və “Elm və həyat” kitabxanalarının redaktoru olub. 1924-cü ildə xüsusi, 1935-ci ildə isə Sofiya Universitetinin baş professoru təyin edildi. 1928-ci ildə Bolqarıstan Kimyaçılar İttifaqının sədri seçilmiş, 1934-cü ildə Madriddə keçirilən 11-ci Beynəlxalq Kimya Konqresində iştirak etmişdir. 1935-ci ildə Asen Zlatarov, yerli tələbələri ziyarət etmək üçün Belqrada gedir və onlarla bir sıra söhbətlər edir.

Oxşar sözlər

#zlatar nədir? #zlatar sözünün mənası #zlatar nə deməkdir? #zlatar sözünün izahı #zlatar sözünün yazılışı #zlatar necə yazılır? #zlatar sözünün düzgün yazılışı #zlatar leksik mənası #zlatar sözünün sinonimi #zlatar sözünün yaxın mənalı sözlər #zlatar sözünün əks mənası #zlatar sözünün etimologiyası #zlatar sözünün orfoqrafiyası #zlatar rusca #zlatar inglisça #zlatar fransızca #zlatar sözünün istifadəsi #sözlük