Nadejda Zaxarova
Nadejda Dmitriyevna Zaxarova (9 fevral 1945-ci ildə anadan olmuşdur; Pskov vilayəti, Kudeverski rayonu, Qolovanovo kəndi) - sovet basketbolçusu. SSRİ əməkdar idman ustası (1970).
1958-1976-cı illərdə "Spartak" (Leninqrad) basketbol klubunda çıxış etmişdir. O, 1977-1978-ci illərdə 1978-ci ildə "Qızıl Diana" prizi uğrunda turnirin qalibi olmuş SSRİ gənclərdən ibarət yığma komandasının məşqçisi olmuşdur. N.Zaxarova Rusiyanın əməkdar məşqçisidir (1995). Hazırda basketbol üzrə Sankt-Peterburq 1 nömrəli Olimpiya ehtiyatları məktəbinin məşqçi müəllimidir. Əri SSRİ-nin əməkdar idman ustası Stanislav Qelçinskidir.
Olimpiya oyunlarının qalibi -1976
Dünya çempionu 1971, 1975
Avropa çempionu - 1968, 1970, 1972, 1974, 1976
SSRİ çempionu - 1974
SSRİ çempionatının gümüş mükafatçısı - 1970-1973, 1975
SSRİ çempionatının bürünc mükafatçısı - 1976
SSRİ xalqlarının VI Spartakiadasının bürünc mükafatçısı - 1975
Universiada çempionu - 1973
Lilian Ronketti Kubokunun qalibi -1975
Qırmızı Əmək Bayrağı ordeni,
Олимпийская чемпионка Надежда Захарова отмечает юбилей Arxivləşdirilib 2018-11-21 at the Wayback Machine
Генкин З. А. Баскетбол: Справочник / Авт.-сост. З. А. Генкин, Е. Р. Яхонтов. — М.: Физкультура и спорт, 1983.