zülm sözü azərbaycan dilində

zülm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zülm • 92.5982%
  • Zülm • 6.6465%
  • ZÜLM • 0.7553%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zülm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Gözqamaşdırıcı zülmət (roman)
Gözqamaşdırıcı zülmət (alm. Sonnenfinsternis‎) — Artur Kostlerin romanı. Əslən yəhudi olan ingilis yazıçısı Artur Köstler "Gözqamaşdırıcı zülmət" romanını yazmağa 1938-ci ildə başlasa da, həbslər və düşərgələrə göndərilməsi səbəbindən əsər üzərində işini həbsxanada bitirib və roman Köstler hələ azadlığa çıxmazdan əvvəl, 1940-cı ildə nəşr olunub. Sonra yazıçı Fransa paytaxtı Parisdən, nasistlərdən qaçmalı olub. Qaçdığı zaman romanın yeganə alman dilli nüsxəsi itirilib və 75 il sonra alman ədəbiyyatşünası Mattias Vesselin nəşriyyatlardan birinin arxivində əsərin əlyazması tapılıb. Köstlerlə yaxın münasibətdə olan Dafna Hardi Henrion romanı ingilis dilinə tərcümə edir və onu Londona göndərir. Bundan sonra əsər 30 dilə tərcümə olunur. 1948-ci ildə əsər müəllifin özü tərəfindən ingilis dilli versiyadan alman dilinə də tərcümə olunub. Ancaq Köstler 1960-cı ildə bununla bağlı belə bir fikir bildirir: "Gözqamaşdırıcı zülmət" romanımı özüm alman dilinə tərcümə etdim, amma romanın orijinalında olan spontanlığının itməsi hissi məni tərk etmir". Belə ki, əvvəlcə "Rubaşov" adlı alman dilində olan əlyazması itkin düşür.

zülm sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Ədalət və insafa zidd olan hal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyi amansız təzyiq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa. Ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə qatlanıb, öz idrakının təsdiqi ilə zülmü dəf etməlidir. M.F.Axundzadə. // Özbaşınalıq və zorakılıq əsasında qurulan idarə üsulu; istibdad. Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. M.S.Ordubadi. // Ümumiyyətlə, əziyyət, əzab, işgəncə. Tainki ayıqdır, həzər et ər dediyindən; Ər zülmü yamandır! M.Ə.Sabir. □ Zülm çəkmək – zülmə, haqsızlığa məruz qalmaq. Zülm etmək (eləmək) – amansızcasına sıxışdırmaq, incitmək, azadca yaşamağa və inkişaf etməyə qoymamaq, istismar etmək, ədalətsizlik etmək, haqsızlıq etmək, cəfa etmək. …Zülm eliyən, qan tökən; Ya xan, ya sultan olar. (Bayatı). İkisi birləşib zülm edib mana; Şahid yox arada, qorxuram dana. Q.Zakir. Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq. N.Rəfibəyli. Zülm ərşə dayandı (çıxdı) – zülm, ədalətsizlik həddini aşdı. Zülm ilə, zülmlə – çox böyük əziyyətlə, çox çətinliklə. Qurbani der: bu nə çərxi-fələkdir; Zülümlə ayırırlar yarı da məndən. Qurbani.

    Azərbaycan dilinin izahlı lüğəti / zülm

zülm sözünün sinonimləri (yaxın mənalı sözlər)

zülm sözünün rus dilinə tərcüməsi

  • 1 гнет, тирания

    Azərbaycanca-rusca lüğət / zülm
  • 2 сущ. 1. гнёт, угнетение. Zülm altında inləmək изнывать под гнётом, müstəmləkə zülmü колониальный гнёт, ictimai zülm социальный гнёт, milli zülm национальный гнёт 2. деспотизм, произвол, тирания. Zülmün kökünü kəsmək искоренить произвол, zülmə qarşı müqavimət сопротивление деспотизму 3. мука, мучение. Zülmə dözmək терпеть муки, zülm çəkmək переносить муки; zülm etmək kimə: 1. мучать, мучить кого 2. угнетать кого 3. чинить произвол; zülmdən qurtarmaq: 1. избавиться от мучений, от мук; 2. освободиться от гнёта; zülm ərşə dayanıb нет конца произволу

    Azərbaycanca-rusca lüğət / zülm

zülm sözünün inglis dilinə tərcüməsi

  • 1 i. oppression, tyranny; (əsarət) yoke; (haqsızlıq) injustice; ~ ilə by force, forcibly; ~ altında yaşamaq to live under tyranny; ~ altında inləmək to pine under the yoke (of); ~ etmək to oppress (d.), to keep* down (d.); Mülkədarlar kəndlilərə zülm edirdilər The landlords oppressed the peasants; ~ olmaq to suffer injustice; Ona yamanca zülm oldu He / She suffered injustice heavily; ~ çəkmək to be* oppressed; to suffer

    Azərbaycanca-ingiliscə lüğət / zülm

zülm sözünün fransız dilinə tərcüməsi

  • 1 is. oppression f, tyrannie f ; injustice f (haqsızlıq) ; joug m (əsarət) ; ~ altında yaşamaq vivre sous l’oppression (və ya la tyrannie) ; ~ altında inləmək geindre vi de l’oppression ; ~ etmək opprimer vt, tourmenter vt, faire souffrir vt, oppresser vt ; mülkədarlar kəndlilərə ~ edirdilər les propriétaires tourmentaient les paysans ; ~ çəkmək subir une oppression, être opprimé, -e ; souffrir vi

    Azərbaycanca-fransızca lüğət / zülm

zülm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. зулум; азият, азаб; // гьахъсузвал, инсафсузвал, адалатсузвал, жафа; zülm çəkmək зулум чӀугун, зулумдиик хьун; zülm etmək (eləmək) зулум авун, амансузвилелди азият гун, инжиклу авун, гьахъсузвал авун, адалатсузвал авун; zülm ilə, zülmlə зулумдалди, чӀехи азиятдалди, гзаф четинвилелди.

    Azərbaycanca-ləzgicə lüğəti / zülm

zülm sözünün türk dilinə tərcüməsi

"zülm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zülm nədir? #zülm sözünün mənası #zülm nə deməkdir? #zülm sözünün izahı #zülm sözünün yazılışı #zülm necə yazılır? #zülm sözünün düzgün yazılışı #zülm leksik mənası #zülm sözünün sinonimi #zülm sözünün yaxın mənalı sözlər #zülm sözünün əks mənası #zülm sözünün etimologiyası #zülm sözünün orfoqrafiyası #zülm rusca #zülm inglisça #zülm fransızca #zülm sözünün istifadəsi #sözlük