Zəyəm Cırdaxan
Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd yaşayış məntəqəsi. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahilində, dağ ətəyində yerləşir. Əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıq və bağçılıqla məşğuldur. Orta məktəblər, mədəniyyət evi, kitabxana, 2 tibb məntəqəsi, mexanikləşdirilmiş daş karxanası var.
== Tarixi ==
Kəndin adının mənası "Cird" tayfasının adından götürülmüşdür. Bundan əlavə kənddə bir neçə tayfa adları indi də qalmaqdadir, bunlardan ən qədimi Tomaxlı (Dümağlı) tayfasıdır. Tayfa haqqında məlumatlara XIII əsrə aid mənbələrdə də rast gəlinir. Kənddə yaşayış XII-XIII əsrdən mövcuddur. Bunu kənddə mövcud olan qədim atşəkilli və buğaşəkilli qəbir fiqurları, kənddə tapılmış qədim maddi-mədəniyyət nümunələri təsdiq edir. Kənndə yaşı XIII əsrə aid olan 3 qəbiristanlıq mövcuddur.