Murasaki Şikibu
Murasaki Şikibu (yap. 紫 式部; ən tezi 970 və ən geci 978, Heyan-kyo[d] – ən tezi 1014 və ən geci 1031, Heyan-kyo[d]) — Heyan dövründə yaşamış Yaponiya roman yazıçısı, şairi və saray dayəsi. Ən tanınmış əsəri 1000 və 1012-ci illər aralığında yapon dilində yazdığı "Gencinin hekayəsi" romanıdır. Murasaki Şikibu onun təxəllüsüdür, şəxsi adı məlum deyil. Lakin 1007-ci ilə aid bir saray gündəliyindəki Fucivara no Kaoruko (yap. 藤原 香子) adının əsl adı olduğu düşünülür.
Heyan dövründə qadınlar dövlət dili olan Çin dilini öyrənə bilməzdilər. Lakin təhsilli ailədə yetişən Murasaki kiçik yaşlardan etibarən Çin klassiklərinə maraq göstərmiş və Çin dilində səlis danışmağa başlamışdır. 25–30 yaşlarında evlənmiş, evliliyindən 2 il sonra - əri ölməmişdən öncə qızı olmuşdur. "Gencinin hekayəsi"ni nə vaxt yazmağa başladığı dəqiq məlum deyil, amma o, evli ikən və ya dul qaldıqdan qısa müddət sonra baş verdiyi güman olunur.