üçlə sözü azərbaycan dilində

üçlə

Yazılış

  • üçlə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Üçlər ittifaqı
Üçlər ittifaqı — Bismarkın təşəbbüsü ilə Almaniya, Avstriya-Macarıstan və İtaliyanın kollektiv müdafiə məqsədi ilə 1882-ci ildə yaratdıqları hərbi-siyasi blok. 1881-ci ildə İtaliya, Almaniya və Avstriya-Macarıstann arasında danışıqlar başlandı. 20 may 1882-ci ildə Almaniya, İtaliya və Avstriya-Macarıstan arasında ittifaq müqaviləsi imzalandı və Üçlər ittifaqı yarandı. Müqavilə ilk əvvəllər beş il müddətində imzalanmış və sonradan vaxtı uzadılaraq 1915-ci ilə qədər mövcud olmuşdur. Müqaviləyə əsasən tərəflərdən biri eyni vaxtda iki dövlətlə müharibə aparardısa digər tərəflər ona hərbi yardım göstərməli idi. Eyni zamanda tərəflərdən birinin İngiltərə və ya Rusiyaya qarşı müharibəsi zamanı digərləri bitərəf qalmalı idi. Bundan əlavə İtaliya bəyan etmişdi ki , onun bu təşəbbüsləri birbaşa olaraq Böyük Britaniyaya yönəldilməmişdir. İtaliya 1902-ci il noyabrın 1-də Fransa ilə bağladığı sazişə əsasən eyni zəmanəti Fransaya da vermişdi. Üçlər ittifaqı Rusiya və Fransaya qarşı yaradılmış olsa da bu müqavilənin imzalanması ittifaqı zəiflədən səbəblərdən oldu. Yenə xüsusi bir razılaşmada göstərilirdi ki, nə Avstriya-Macarıstan, nə də ki İtaliya Balkanlardakı statuskovu bir birindən xəbərsiz dəyişə bilməzdilər.
Üçlər müdaxiləsi
Üçlük müdaxiləsi və ya Üçlər müdaxiləsi (三国干渉, Sanqoku kanşo) – 1895-ci ildə Rusiya, Almaniya və Fransa tərəfindən Yaponiyaya qarşı həyata keçirilən diplomatik müdaxilə. Müdaxilənin məqsədi Çin-yapon müharibəsi nəticəsində imzalanan Şimonoseki müqaviləsindən sonra Lyaodun yarımadasının Çinə qaytarılması barədə Yaponiyanı məcbur etmək idi. == Arxaplan == Qərb dövlətləri Çin-yapon müharibəsinə birbaşa müdaxilə etməsələr də, Şərqi Asiyanın gələcəyi ilə bağlı narahat idilər. Qeyri-stabilliyin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ölkələr arasındakı münasibəti pozacağını düşünən Qərb dünyası Asiyadakı radikal dəyişikliklərə qarşı idi. Şimonoseki müqaviləsi imzalanmadan qabaq Avropa dövlətləri müqavilənin şərtləri barədə narahat idilər. Onlar Çinin ərazi parçalanması yaşayacağını və Tzin sülaləsinin başa çata biləcəyini düşünürdülər. Nəticədə, Çində xarici dövlətlər arasında kəskin mübarizə başlayacaqdı. 4 aprel 1895-ci ildə yaponlar Tokioya gələn Qərb nümayəndələrinə müvəqqəti sülh şərtlərini göstərdikdən sonra Rusiya naziri bu vəziyyətə müdaxilə olunacağını bildirmişdir. Bu xəbərdarlıq diqqətə alınmamış və müqavilə imzalanmışdır. == Müdaxilə == Avropa dövlətləri dərhal Lyaodun yarımadasının Çinə qaytarılması üçün hərəkətə keçmişdirlər.
Üçlər paktı
Üçlər paktı, Berlin paktı - faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi sazişdir.Sonralar bu pakta Macarıstan,Bolqarıstan,Finlandiya,Rumıniya və Danimarka da qoşulmuşdu. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu.
Astek Üçlər ittifaqı
Astek Üçlər İttifaqı — 1428-1521-ci illər aralığında indiki Meksika ərazisində asteklərin üç ən böyük şəhər-dövlətlərinin (Tenoktitlan, Teskoko, Tlakopan) birliyindən yaranmış ittifaq. İmperiyanın yarandığı 1428-ci ilə kimi bu üç şəhər-dövlət ayrılıqda mövcud olmuşdular. Lakin, 1428-ci ildə Tenoktitlan hökmdarı İskoatl tərəfindən ittifaq quruldu. İttifaq kimi qəbul olunsa da daha çox bu şəhər dövlətlərdən ən böyüyü olan Tenoktitlan dövlətinin başçıları ittifaqı idarə edirdi. İttifaq 1521-ci ilə kimi fəaliyyət göstərdi. İspan Ernan Kortesin rəhbərliyi altındakı 500 nəfərlik silahlı dəstə bu ərazilərə gəldikdə bu imperiya haqqında çox eşitmişdi. Deyilənləri yerindəcə görmək istəyən Ernan Kortes İttifaqın paytaxtı olan Tenoktitlan şəhərinə getmək qərarına gəldi. Tenoktitlana gəldikdə Astek imperatoru Montezuma ilə görüşdülər. Bu vaxt burda olan var dövləti görən Kortes və adamları buranı ələ keçirmək fikrinə gəldilər. Ernan Kortes belə fikirləşirdi ki, imperator Montezumanı əsir götürərsə asteklər ona tabe olacaq.
Aztek Üçlər ittifaqı

"üçlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#üçlə nədir? #üçlə sözünün mənası #üçlə nə deməkdir? #üçlə sözünün izahı #üçlə sözünün yazılışı #üçlə necə yazılır? #üçlə sözünün düzgün yazılışı #üçlə leksik mənası #üçlə sözünün sinonimi #üçlə sözünün yaxın mənalı sözlər #üçlə sözünün əks mənası #üçlə sözünün etimologiyası #üçlə sözünün orfoqrafiyası #üçlə rusca #üçlə inglisça #üçlə fransızca #üçlə sözünün istifadəsi #sözlük