Xeyirlə şərin rəqsi (film, 2015)
Xeyirlə şərin rəqsi filmi rejissor Yavər Rzayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Filmdə əsas rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova və Rasim Cəfər ifa edirlər.
Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub.
Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında çəkilmişdir.