* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Hündür, düz, sərrast. Şumal çinar. Şumal ağac. – Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq. [Yunis:] Bu taxta qurudur, şumaldır. Mir Cəlal. 2. məc. Ucaboy, boy-buxunlu, təndürüst, qədd-qamətli. Şumal oğlan. Şumal qız. – Aşağı tərəfdə samovarın yanında ev xanımı oturmuşdu. İrigözlü, uzunkirpikli şumal bir qız çay fincanları(nı) düzməkdə idi. Çəmənzəminli. Heybət qabaqdakı qıvrımsaçlı, qarayanız, şumal oğlana müraciət elədi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / şumal1 Mənbələrdə şımar kəlməsi var, feildir, “hamar olmaq” kimi açıqlanıb. Şım sözü var və “hamar” kimi izah olunub. Deməli, şımar feili şım sifətindən əmələ gəlib, o da şumal şəklini kəsb edib. Dialektlərdə “hamarla” mənasını verən şumalla sözü mövcuddur. Hamar alınma sözdür və şumal kəlməsini ədəbi dildən çıxarıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şumal1 ŞUMAL – KƏLƏ-KÖTÜR Bu şumal pöhrəni; bir vurğa qələm elədi; və qürurla dedi (R.Rza); Bu taxta kələ-kötürdür.
Azərbaycan dilinin antonimlər lüğəti / şumal2 прил. 1. гладкий (ровный, без выступов, впадин и шероховатостей). Şumal səth гладкая поверхность, şumal dəri гладкая кожа, şumal daş гладкий камень, şumal taxta гладкая доска 2. прямой (ровно вытянутый в каком-л. направлении, без избигов). Şumal çubuqlar прямые прутья, şumal ağac gövdəsi прямой ствол дерева, şumal zoğlar (pöhrələr) прямые побеги (отростки) 3. стройный: 1) красиво и правильно сложенный, хорошего телосложения. Şumal oğlan стройный юноша 2) отличающийся правильным, пропорциональным соотношением частей (о деревьях). Şumal sərv ağacı стройный кипарис
Azərbaycanca-rusca lüğət / şumal1 sif. plat, -e ; poli, -e ; droit, -e ; svelte ; élancé, -e ; ~ səth surface f polie
Azərbaycanca-fransızca lüğət / şumal1 прил. шумал (1. дуьз, кьакьан (мес. ттар, чинар); 2. пер. кьакьан, буй-бухун авай, къамат авай, мес. гада, руш).
Azərbaycanca-ləzgicə lüğəti / şumalI (Başkeçid, Cəlilabad, Çənbərək, Qazax, Şamaxı, Ucar, Zəngəzur) düz, hamar. – Şumal ağac düz olor (Qazax); – Şumal taxtadan nə isdəsəη qayıra bilərsəη (Başkeçid); – Bizim bağda şumal ağac çoxdu (Zəngəzur); – Yanıx pə:də elə şumal ağaşdar var kin, hərəsinnən üş gırdın çıxar (Çənbərək); – Şumal ağajdı, əyri döy bı (Cəlilabad) II (Ağdaş, Bərdə, Göyçay, Xudat, Zəngilan) üzərində yarpağı olan cavan tut və ya çəkil çubuğu. – Uş günnən sora, üçüncü yuxudan durannan sonra qurda veririx’ şumal (Ağdaş); – Çəkilin şumalları uzun olur (Bərdə)
Azərbaycan dilinin dialektoloji lüğəti.