* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir. – [Tapdıq] …gah yun darağının qoynuna yığılmış əlçimlərə, hərdənbir də cəhrənin tağalağına çox diqqətlə baxırdı. Ə.Vəliyev. İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçimi eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən. □ Bir əlçim – bir əldə tutulacaq qədər. Göy açıq; Nə bir əlçim bulud; Nə bir qucaq duman. R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / əlçin